Dövlət qulluğunda olmaq imtiyaz deyil,

məsuliyyətdir, insanlara xidmət imkanıdır

 

 Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas  vəzifəsidir.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməklə beynəlxalq münasibətlərdə öz sözünü demək üçün inamla fəaliyyətə başlamış və beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilmişdir.

 

Müdrik dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı siyasi kurs öncə gənc müstəqil dövlətimizin hərtərəfli formalaşdırılmasını, sonra isə sürətli inkişafını təmin etmişdir. Respublikamız böyük qayıdışdan sonra beynəlxalq aləmdə qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlarını uğurla davam etdirməyə başlamışdır. Cəmiyyət həyatının bütün sahələrində aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, elektron hökumətin qurulması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarət idi. Həmin istiqamətdə atılan mühüm addımlardan biri dövlət qulluğu sahəsində aparılan islahatlardır.

Dövlətçiliyin müxtəlif dönəmlərində və dünyanın əksər xalqlarında mövcud olmuş dövlət qulluğunun təkamül prosesi müəyyən tarixi mərhələlər keçərək müasir formanı almışdır. Tarixçilərin fikrincə, dövlət qulluğunun yaranma tarixi qədim Çindən başlanır. Müxtəlif mənbələrin verdiyi məlumata görə, dövlət qulluqçusu vəzifəsinə seçim tarixdə ilk dəfə olaraq məhz bu ölkədə, hələ eramızdan əvvəl Han sülaləsi dövründə olmuşdur. Həmin hadisə Şərqdə dövlət qulluğunun əsasını qoymuşdur. Qərbdə isə dövlət qulluqçularının bacarıqlarına görə seçilməsi çox sonralarfeodal quruluşunun dağılması və milli dövlətlərin yaranması dövrünə təsadüf etmişdir. XVII əsrdə Prussiyada ilk dəfə müsabiqəyə əsaslanan dövlət qulluğuna seçim sistemindən istifadə edilmişdir. Həmin seçim XIX əsrin əvvəllərində Napoleonun islahatlarının əsasını təşkil etmişdir. İngilisdilli ölkələrdə isə dövlət qulluğuna qəbulla bağlı qaydalar daha sonrakı dövrdə yaranmışdır. Beləliklə, eramızdan əvvəl başlayaraq, müasir günə kimi olan dövr ərzində dövlət qulluğunun məqsədləri, vəzifələri, funksiyaları, prinsipləri yaradılmış, formalaşdırılmış və inkişaf etdirilmişdir.

Təbii ki, müstəqilliyin ilk illərində Azərbaycanda yaşanılan problemlər, xüsusən, xaos, anarxiya və hərc-mərcliyə səbəb olmuş siyasi diletantlıq dövründə nəinki dövlət qulluqçularının seçilməsi, heç dövlət qulluğunun fəlsəfəsi barədə düşünmək, danışmaq belə mümkün deyildi. Ona görə də respublikamızda bu məsələlər, yuxarıda qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra reallaşdırıldı. Müstəqilliyin ilk illərində ölkədə yaradılmış süni problemlər o qədər fəsadlar vermişdi ki, hətta, Heydər Əliyevin dövlət başçısı seçilməsindən sonra da dövlət qulluğu və dövlət qulluqçusu məsələləri öz həllini tezliklə tapa bilməmişdir. Odur ki, ölkəmizdə dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin olunması və eyni zamanda, məsuliyyətlərinin artırılması üçün 2000-ci ildə “Dövlət qulluğu haqqında” Qanun qəbul edlmişdir.

Adıçəkilən qanun qəbul edilənə qədər dövlət qulluqçularının fəaliyyəti Konstitusiya, əmək qanunvericiriliyinin normaları və s. normativ-hüquqi aktlarla tənzimlənirdi. Həm yerli, həm də beynəlxalq ekspertlərin fikrincə, müstəqil Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul edilmiş ilk qanunun çox böyük ictimai-siyasisosial əhəmiyyəti olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur. Həmin qanuna görə, dövlət qulluğunda insan resurslarının idarə olunması istiqamətində siyasətin inkişaf etdirilməsi və bu siyasətə ictimai etimadın artırılması dövlətin əsas məqsədlərindən biridir.

Əslində, dövlət qulluğu nə deməkdir? Adıçəkilən qanunda göstərilir ki, dövlət qulluğu dövlətin konstitusiya ilə müəyyən edilmiş məqsədlərini, funksiyalarını reallaşdırmaq üçün vətəndaşların xüsusi təşkil olunmuş fəaliyyəti, onların bu prosesdə praktiki və peşəkar iştirakıdır. Dövlətin ayrılmaz hissəsi olmaqla dövlət qulluğu müəyyən muxtariyyətə malikdirmüasir dövlət institutları sistemində xüsusi yer tutur. Dövlət qulluğu sisteminə daxildir: Birinciinstitusional (hüquqi, təşkilati) prossesual strukturlar. İkinci - dövlət orqanlarında məşğul olan xüsusi hazırlanmış peşəkar şəxslərdövlət qulluqçuları.

Siyasi tarixi ədəbiyyatlarda dövlət qulluğu prinsiplərini müxtəlif kriteriyalara görə təsnifləşdirirlər. Yanaşmaların birinə görə, prinsiplərin bir hissəsi yalnız bütövlükdə dövlət qulluğuna, ikinci hissəsi dövlət qulluqçularına, üçüncü növ prinsiplər isə dövlət qulluğu ilə bağlı müəyyən münasibətlərə daxil olan vətəndaşlara aid edilir. Dövlətin idarə edilməsi analogiyasına uyğun olaraq isə, dövlət qulluğunun konstitusional təşkilati-funksional prinsipləri vardır. Azərbaycanda dövlət qulluğunun konstitusional prinsiplərinin əsasını Azərbaycan Respublikasının Konstitusiyasının maddələri əks etdirir, digər normativ-hüquqi aktlarda isə bu prinsiplər daha da konkretləşdirilir.

Dövlət qulluğunun təşkili fəaliyyət göstərməsi baxımından dövlət qulluğu prinsipləri əsasən iki qrupa bölünür: dövlət qulluğunun təşkili prinsipləri dövlət qulluğunun praktiki fəaliyyət prinsipləri. Dövlət qulluqçuları dövlət qulluğuna girdiyi gündən müəyyən vəzifə səlahiyyətlərini həyata keçirməyə başlayırlar. Bütün dövlət qulluqçularının vəzifə səlahiyyətləri eyni deyildir. Dövlət qulluqçuları arasında əmək bölgüsü aparılmışdır bu da dövlət qulluqçularının müəyyən sahə üzrə ixtisaslaşmasına fəaliyyətlərini daha səmərəli həyata keçirmələrinə təsir edir.

Azərbaycan dövlətinin bu məsələ ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri odur ki, dövlət qulluğuna vətənpərvər, yüksək ixtisaslı, müasir dünyagörüşlü yeniliklərə meyilli kadrlar seçilməli yerləşdirilməlidir. Bu məqsədlə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsas fəaliyyət istiqamətləri məhz həmin tezislərin həyata keçirilməsindən ibarətdir.

Dövlət qulluğu haqqındaQanunun dördüncü maddəsində göstərilir ki, dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: Dövlət qulluqçusu fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası ərazisində Konstitusiyanın aliliyi bütün hüquq sisteminin onun ayrı-ayrı elementlərinin ahəngliyini sabitliyini təmin edir. Qanunun aliliyi prinsipinə daxildir: dövlət qulluqçularının xidməti vəzifələrini həyata keçirərkən dövlətə sadiqliyi prinsipi dövlətin vətəndaşların dövlət qulluqçularına etibar etməsi prinsipi. Qanunçuluq həm dövlət idarəetməsində tətbiq olunan vasitə, üsul metodların tətbiqetmə sərhədlərini müəyyən edir. Məhz , bütün bunları nəzərə alan Prezident İlham Əliyev dönə-dönə vurğulayır ki, dövlət qulluqçusunun əsas vəzifələrindən biri odur ki, o, xalqın xidmətçisidir.

 Dövlət qulluğuna qəbul məsələlərinə gəlincə isə qeyd etməliyik ki, “Dövlət qulluğu haqqındaQanunun 28-ci maddəsi məhz bu məsələləri əhatə edir. Dövlət qulluğuna vətəndaşlar müsabiqə ya müsahibə əsasında qəbul edilirlər. Müvafiq dövlət qulluğunu idarəetmə orqanı həmin vəzifələrin tutulması üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq dövlət qulluğunu idarəetmə orqanına təqdim edirlər. Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 gün ərzində keçirilir vahid test imtahanından söhbətdən ibarət olur. Müsabiqənin elan edilməsi, keçirilməsi yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Test imtahanından müvəffəqiyyətlə çıxanlar söhbətə buraxılırlar.

Test nümunələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hazırlanır təsdiq olunur. Qanunvericilikdən başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən keçmiş namizədlər dövlət orqanı rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək öz qərarı ilə bir il müddətinə stajçı kimi qulluğa götürür boş vəzifəyə təyin edir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işinə göz qoyur staj müddəti qurtardıqdan sonra stajçının dövlət qulluğuna götürülməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Qanunvericilikdən başqa qayda nəzərdə tutulmadıqda, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi (kontrakt) bağlamaq yolu ilə iki illik sınaq müddəti ilə işə qəbul edilir. Kontraktda sınaq müddəti ərzində işin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə işə qəbul kontraktının nümunəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada təsdiq olunur.

Sınaq müddəti ərzində kontrakt pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri kontraktın şərtlərinə əməl etməklə işləmiş şəxsin daimi dövlət qulluğuna götürülməsi haqqında əmr verir bu şəxslə müvafiq kontrakt bağlanır. Sınaq müddəti ilə bağlı digər məsələlər qanunvericiliklə müəyyən edilir. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.

Bundan başqa, onu da qeyd etməliyik ki, vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutması zamanı da hüquq bərabərliyi təmin olunur. Dövlət qulluğu haqqındaQanunun 27-ci maddəsi bu prinsiplə bağlıdır. Həmin maddədə göstərilir ki, Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan vətəndaşlarının dövlət qulluğuna girmək hüququ vardır. Bu maddə ilə Azərbaycanda dövlət qulluğuna qəbulda diskriminasiyanın hər hansı bir formada üzə çıxmasının qətiyyətlə qarşısı alınmışdır.

Bu prinsip onu göstərir ki, vətəndaşlar dövlət qulluğuna girdikdən sonra, artıq dövlət qulluqçusu kimi fəaliyyət göstərdikdə onların hüquqları bərabərdir. Dövlət qulluqçularının hüquqlarına təsir edən yeganə amil qulluqçunun keyfiyyəti ilə əlaqədar məsələlərdir.

Qanun dövlət qulluqçularının sosialhüquqi müdafiəsini, onların ailələri və özləri üçün lazımi həyat şəraitinin yaradılması məsələsini də yüksək səviyyədə təmin edir. Bu prinsipə aid olan məsələlər qanunun 19, 21, 22, 23, 24-cü maddələrində öz əksini tapıb. Dövlət qulluqçusunun əsas hüquqlarından biri dövlət maaşı almasıdır. Dövlət qulluqçusu layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər alır. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Yəni, dövlət qulluqçuları üçün normal əmək fəaliyyəti və həyat şəraitinin yaradılması məsələsi daim diqqət mərkəzindədir.

Bir sözlə, səsi BMT Təhlükəsizlik Şurasının tribunasından gələn, “kosmik ölkələr klubuna daxil olan, iqtisadi inkişaf tempinə görə dünyanın aparıcı dövlətləri ilə yanaşı dayanan gənc müstəqil Azərbaycan Respublikası bütün başqa məsələlərdə olduğu kimi, dövlət idarəçiliyi məsələsində də özünəməxsus nümunə formalaşdırmışdır. Bu nümunə dövlət başçısının qətiyyəti, “Dövlət qulluğu haqqında” Qanunun mükəmməlliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yüksək səviyyəli fəaliyyəti nəticəsində ərsəyə gəlmişdir.

 

 İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2014.- 22 iyun.- S.3.