Azərbaycanda insan hüquqlarının müdafiəsi

dövlət siyasətinin əsas istiqamətlərindəndir

 

Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.

 

Heydər ƏLİYEV

 

Ümummilli lider

 

Hər bir müstəqil dövlətin imicini, demokratik proseslərin inkişafına önəm verməsini və  beynəlxalq aləmdəki reytinqinin göstəricisini insan hüquq və azadlıqlarının müdafiəsinə münasibəti, həmin dövlətdə bu sahəyə göstərilən diqqət və qayğı müəyyənləşdirir. Çünki demokratiyainsan hüquqları bir-biri ilə sıx əlaqəlidir və biri digərini şərtləndirir.

Yalnız demokratik prinsiplərin qorunmasına və inkişafına xüsusi önəm verilən ölkələrdə insan hüquq və azadlıqlarının müdafiəsinə real təminat verilir. Son illər Azərbaycanda həyata keçirilən islahatlar, insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən tədbirlər, qəbul edilən qanunvericilik aktları ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəldir. Bu da ondan irəli gəlir ki, əsas insan hüquq və azadlıqlarının qanunvericilikdə və real həyatda təmin edilməsi cəmiyyətdə demokratiyanın təşəkkülü və geniş inkişafı üçün həlledici amil rolunu oynayır.

Hüquqi, demokratiksivil cəmiyyətli dövlət quruculuğu yolunda inamlı və qətiyyətli addımlar atan müstəqil Azərbaycan  Respublikası “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı  qəbul etdikdən sonra  bir müddət hələ də rus imperiyasının təsirindən ayrıla bilmədi. Baxmayarq ki, dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycan da demokratik inkişaf yolu ilə irəlilədiyini bəyan etmiş, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatı məsələsi  mühüm vəzifələrdən biri elan olunmuş, ancaq bu sahədə heç bir uğura imza atılmamışdı. Birbirini əvəz edən hakimiyyət nümayəndələrinin dövlət idarəçiliyindəki naşılığı müstəqilliyimizi məhvə doğru aparırdı.

Yalnız xalqın təkidli xahişləri ilə ulu öndər Heydər Əliyevin  yenidən Azərbaycan rəhbərliyinə qayıdışından sonra müstəqilliyimiz qorunub saxlanıldı və əbədi oldu. Müdrik şəxsiyyətin demokratik prinsiplərin inkişafı istiqamətində atdığı  qətiyyətli addımlar özünü insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də büruzə verdi. Ulu öndər bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ulu öndər ölkəmizdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin qorunması məsələsini dövlətçilik fəaliyyətinin  prioritet sahələrindən birinə çevirdi. Ümummilli lider dərin zəkası, qeyri-adi idarəçilik keyfiyyətləri ilə qanunçuluğu, insan hüquqlarının qorunmasını təmin etmək və bu yolla dövlətçilik ənənələrini yeni zirvələrə qaldırmaqla, Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirmək üçün zəruri hüquqi baza formalaşdırmış oldu.   1998-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış sərəncamla ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi. Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əksini tapdı. Məhz bundan sonra ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində görülən fundamental tədbirlər davam etdirildibu sahədə çox ciddi nailiyyətlər əldə edildi. “Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin” – deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli humanizm siyasətinin realqanunauyğun nəticəsi kimi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yönündə yeni keyfiyyət dəyişiklikləri baş verdi. Eyni zamanda, bu sahədə əldə edilən nəticələr hüquqi dövlət quruculuğuna töhfə verən əhəmiyyətli faktor kimi çıxış etdi. Onu da qeyd edək ki, Azərbaycanda amnistiya institutunun əsası da məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə çıxış etmişdir. Bununla bağlı Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla, ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləmiş, 1998-ci il fevralın 10-da tarixi qərar qəbul etmişdir. Beləliklə, Azərbaycanın adı Şərqdə ölüm hökmü cəzasını ləğv edən  ilk ölkə kimi tarixə düşdü. Ulu öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, amerikalı məşhur siyasi xadim Zbiqnev Bjezinski 1998-ci ildə etdiyi çıxışlarının birində demişdir: “Heydər Əliyev zəngin dövlətçilik və idarəetmə təcrübəsi əsasında qısa müddətdə Azərbaycanda insan hüquqlarının ən yüksək səviyyədə təmin edilməsinə nail olmuşdur.”

Heydər Əliyevin təşəbbüsü ilə 1998-2002-ci illərdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Qanun, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olundu və “Avropa insan hüquqları Konvensiyası” təsdiq edildi. Böyük tarixi şəxsiyyət  ədalətli və müdrik dövlət rəhbəri kimi yaxşı bilirdi ki, hər bir dövlətin gələcəyi yalnız qanunların işləməsindən, insan hüquqlarının qorunmasından asılıdır.  Məhz buna görə də ulu öndər hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali vəzifəsinə çevirdi.

Ümummilli lider Heydər Əliyevi insan hüquq və azadlıqlarının qorunması istiqamətində  böyük şəxsiyyət kimi xarakterizə edən mühüm keyfiyyətlərdən birionun  günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı və  islah etməyi də bacarması ilə bağlı idi. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlar kimi böyük əhəmiyyət kəsb edir.

İnsan hüquqlarının təminatı Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir. Bu, gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə, həmçinin son illər qəbul edilən qanunvericilik aktlarında da öz əksini tapır. Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən  Prezident İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm əhəmiyyətli qərarlar qəbul etmuş, sərəncamlar imzalamışdır. Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk” – deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən davamlı işlər insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu sahənin daim dövlətin diqqət mərkəzində saxlanıldığını bildirərək demişdir: Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.

İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edilmişdir. Sənəddə qeyd edildiyi kimi, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğuinsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Ötən illər ərzində Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.

“Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir”- deyən  Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər ardıcıllığı ilə diqqət çəkir. Dövlət başçısının 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” 2006-cı ildən uğurla həyata keçirilən insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq yeni istiqamətləri müəyyən etmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamın imzalanmasından sonra belə mükəmməl Fəaliyyət Proqramının təsdiq olunub ictimai müzakirəyə çıxarılması bir daha Prezident İlham Əliyevin iqtisadi potensialın insan kapitalına çevrilməsi tövsiyəsinə uyğun həyata keçirilən islahatların davamlı olmasının göstəricisidir. İnkişaf Konsepsiyasında təbii resurslardan səmərəli istifadə, qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin, sahibkarlığın gücləndirilməsi kimi vəzifələr əksini tapırsa, Milli Fəaliyyət Planında bu məqsədlərə çatmağın aparıcı qüvvəsi olan insan amilinə diqqət və qayğı, insan hüquqlarının müdafiəsi önə çəkilir, yeni prioritetlər müəyyənləşdirilir.

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən  yüksək səviyyəli tədbirlərin nəticəsini  son on ildə  imzalanmış əfv sərəncamları ilə azadlığa çıxanların sayı da göstərir. Fakt üçün diqqətə çatdıraq ki, Prezident İlham Əliyev  son 10 ildə 35 160 nəfərdən çox məhkumun azadlığa buraxılmasını təmin edən sənədlər imzalayıb.

 Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. AŞPA-nın ötən sessiyalarının birində qurumun Azərbaycan üzrə həmməruzəçiləri Pedro ArqamundCozef Debono Qrex ölkəmizlə bağlı məruzələrində respublikamızda beynəlxalq dəyərlərə əsaslanaraq diqqət yetirilən qanunvericilik bazasının, məhkəmə, hüquq, ədliyyə sisteminin və digər sahələrin təkmilləşdirilməsində, korrupsiyaya qarşı mübarizədə əldə olunmuş uğurlar xüsusilə qeyd olunmuşdur.

“Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında” qəbul olunmuş qanunlara müvafiq olaraq icazəli mitinq və aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılması və aksiya iştirakçılarının hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən qorunması insanların öz fikirlərini sərbəst ifadə etmələri üçün əlverişli şərait yaradılmasının nəticəsi kimi dəyərləndirilməlidir.

Bütün bunlardan sonra bəzi ermənipərəst beynəlxalq təşkilatların, həmçinin bir sıra  riyakar qurumların havadarı olan Leyla Yunus kimi əsli-nəcabəti bəlli olmayan üzdəniraq hüquq müdafiəçilərinin ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması barədə qərəzli hesabatları və məlumatları ikrah hissi ilə qarşılanır. Artıq beynəlxalq aləmdə belə yalanböhtanlara inanan yoxdur. Çünki Azərbaycanın hər bir sahəsində olduğu kimi, insan və vətəndaş hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində də həyata keçirilən tədbirlər bu gün uğurla davam etdirilir. Bu uğurlar  dünya birliyi  tərəfindən dəstəklənir və yüksək dəyərləndirilir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 25 iyun.- S.4.