QOBUSTAN: İl ildən uğurlu gəlir

 

Ötən il Qobustan üçün uğurlu olub. Rayon simasını başdan-başa dəyişib. Yeni yollar çəkilib, sosial obyektlər istifadəyə verilib. Bu barədə 2013-cü ilin yekunlarına həsr olunmuş yığıncaqda ətraflı söhbət getdi.

Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, ötən ilin may ayında möhtərəm Prezidentimiz İlham Əliyev rayona gəlib Qobustan şəhərində Olimpiya İdman Kompleksinin, Gənclər Mərkəzinin, Bayraq meydanının açılışlarında, Qobustan-Xilmilli yolunun istifadəyə verilməsində iştirak edib, Qobustanın Bağ-Bağat Mərkəzində  görülmüş işlərlə tanış olub. İctimaiyyətin nümayəndələri ilə görüşən Prezident rayonda mövcud olan problemlərlə maraqlanıb, həmin məsələlərin həlli üçün  öz tövsiyə tapşırıqlarını verib. Bu tarixi səfərdən dərhal sonra imzaladığı sərəncama əsasən Qobustan şəhərində 50 çarpayılıq yeni xəstəxananın tikintisinə başlanılıb. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadı inkişafı Dövlət Proqramının icrasının başa çatdığını bildirən natiq qeyd etdi ki, istər birinci istərsə ikinci Dövlət Proqramı rayonumuzun inkişafında son dərəcə mühüm rol oynayıb, gənc Qobustan şəhəri yaranıb Prezidentin diqqət qayğısı nəticəsində inkişaf edib.

İkinci Dövlət Proqramının icrası nəticəsində, son beş ildə ümumi məhsul buraxılışı 2 dəfə artıb. Bu artım kənd təsərrüfatında 89,7, nəqliyyatda 66,5 faiz, ticarətdə 7 dəfə təşkil edib.

Rayonda ümumi məhsul buraxılışı 8,6, o cümlədən kənd təsərrüfatı üzrə məhsul buraxılışı 11,4, əsas kapitala yönələn investisiyalar 61,6, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 59,6 faiz artıb.

Pərakəndə əmtəə dövriyyəsi 71, əhaliyə göstərilən pullu xidmətlər isə 97 faiz yüksəlib. 2013-cü ildə rayonda 2242 yeni yeri açılıb ki, onlardan 257-si daimi, 1985-i isə mövsümi yerləridir.

2013-cü ildə rayonda sahibkarlığın inkişafı məsələləri diqqət mərkəzində olub. Bu barədə danışan icra başçısı bildirdi ki, 2012-ci ildə 31 layihə üzrə 298 min manat kredit verildiyi halda, 2013-cü ildə 46 layihə üzrə bu rəqəm 491 min manat təşkil edib bunun nəticəsində xeyli yeni yerləri yaradılıb.

Daha sonra məruzəçi aqrar sahədə qazanılan uğurlardan danışdı. Qeyd etdi ki, hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalçılarına 2 milyon 151 min 368 manat subsidiya  verilib. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalında nəzərəçarpacaq dərəcədə artım əldə olunub.

Ötən il rayonda 64 min tondan artıq taxıl istehsal edilib ki, bu da əvvəlki ildəkindən 11 faiz çoxdur.

Heyvandarlıq məhsullarının istehsalında da artım dinamikası saxlanılıb. Belə ki, hesabat dövründə süd istehsalı 2,4, ət ət məhsullarının istehsalı 3, yumurta istehsalı 2,6, yun istehsalı isə 1,2 faiz artıb.

Hesabat dövründə QobustanAqroservisfilialı üçün Təklə kəndində müasir tələblərə cavab verən  inzibati anbar binaları tikilib. Ötən dövr ərzində filial 9 ədəd kombayn, 15 ədəd təkərli traktor alınıb.

Şəhər əhalisinə keyfiyyətli rabitə xidməti göstərmək məqsədilə müasir tələblərə cavab verən inzibati binalar tikilib, son tamamlama işləri aparılır. Rayonun Cəmcəmli kəndində müasir elektron avtomat telefon stansiyası üçün bina istifadəyə verilib, daha 5 kənddə isə ATS binaları cari təmir edilib. Yekəxana kəndində yeni poçt şöbəsi açılıb.

2013-cü il rayonda yol infrastrukturunun inkişafı ili kimi yadda qalıb. Belə ki, cənab Prezidentin iştirakı ilə 13000 nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən 23 kilometrlik Qobustan-Xilmilli yolu istifadəyə verilib. Dövlət başçısının 4 dekabr 2013-cü il tarixli 137 nömrəli sərəncamı ilə 15000 nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən Təklə-Sündü-Xilmilli yolunun çəkilişinə başlanılıb.

Bundan əlavə, Çalov kəndinə gedən yola asfalt örtüyü vurulub. Daxili imkanlar hesabına gediş-gəlişdə daim çətinliklər yaranan ucqar Nardaran kəndinə daş örtüklü 18 kilometr uzunluğunda yol çəkilib.

Qobustan şəhərində isə 2,7 kilometr uzunluğunda yola asfalt vurulub, idman kompleksinə gedən yolda bardürlər qoyulub, yaşıllıqlar salınıb.

Əhaliyə keyfiyyətli elektrik enerjisi,  təbii qaz içməli suyun verilməsi məsələləri daim diqqətdə saxlanılıb.

Hazırda Qobustan şəhərinə  alternativ elektrik enerjisinin verilməsi üçün stansiyanın tikintisi başa çatdırılıb, “Yeni massivadlanan əraziyə 630 kilovatlıq transformator qoyulub. Bu istiqamətdə işlər davam etdirilir.

Rayonda mövcud elektrik verilişi xətləri öz istismar müddətini çoxdan başa vurub. Buna baxmayaraq əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə  təmir işləri davam etdirilib, istehlak olunan enerjinin dəyərinin ödənilməsi üçün zəruri tədbirlər görülüb.

Keçən il Bədəlli kəndinə təbii qaz verilib. Bu il isə  Poladlı, Təsi, Yekəxana, Sədəfli Şıxzahırlı kəndlərinə təbii qazın verilməsi nəzərdə tutulur.

Yarandığı vaxtdan  içməli su sarıdan korluq çəkən, ərazisində heç bir su mənbəyi olmayan Ərəbqədim, Göydərə Cəmcəmli kəndlərinə içməli suyun verilməsi 2013-cü ildə təmin edilib. Bu hadisəni toy-bayramla qarşılayan kənd sakinləri bu müqəddəs işə görə ölkə Prezidentinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Məruzəçi sonra rayonda təhsil, səhiyyə sahəsində qazanılan uğurlara da toxundu. Bəzi problemləri qeyd etdi. Göstərdi ki, ötən illər ərzində rayonda 2220 şagird yerlik 12, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə 620 şagird yerlik 4 məktəb binası inşa edilib. Hesabat dövründə 624 yerlik Cəyirli   420 şagird yerlik Ərəbqədim tam orta məktəblərində bərpa gücləndirilmə işləri həyata keçirilib. 180 yerlik Cəyirli ümumi orta məktəbinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Hazırda 180 şagird yerlik Çuxanlı kənd tam orta məktəbi üçün yeni binanın tikintisi aparılır. Rayonun Sündü kəndində 40 yerlik uşaq bağçası qapısını balalarımızın üzünə açıb.  Adil Məmmədov təəssüflə bildirdi ki, əksər sahələrdə, xüsusilə səhiyyə, təhsil, aqrar digər sahələrdə kadr çatışmazlığı mövcuddur.  Biz yaxın illərdə təhsil sahəsində olan bu geriliyi aradan qaldırmalı, bu sahədə ən qabaqcıl rayonlardan birinə çevirilmək üçün bütün bilik bacarıqlarımızı səfərbər etməliyik.

Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev iştirak çıxış etdi.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 1 mart.- S. 5.