Naxçıvanda sahibkarlarla işgüzar görüş keçirilmişdir

 

Fevralın 28-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşü keçirilmişdir.

Tədbirdən əvvəl Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsullarının, əl işlərinin və rəsm əsərlərinin sərgisinə baxış olmuşdur. Sərgidə 80-dən artıq müəssisənin 300 növdə məhsulu nümayiş olunmuşdur. Ali Məclisin sədrinə muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, yeni yaradılmış və yaradılması nəzərdə tutulan istehsal və xidmət sahələri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 2014-cü ildə muxtar respublikada kənd təsərrüfatı, emal, yüngültikinti sənayesi üzrə ümumilikdə 64 layihə maliyyələşdiriləcəkdir.

Sərgi ilə tanışlıqdan sonra muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla keçirilən işgüzar görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək demişdir: “Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf xəttinin mühüm istiqamətlərindən birini də sahibkarlığın inkişafı təşkil edir. Sahibkarlığı inkişaf etdirmədən, kiçikorta sahibkarlıq subyektlərini hərəkətə gətirmədən davamlı inkişafa nail olmaq mümkün deyil.

Hazırda bu yol Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkə rəhbərinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 23 noyabr tarixli fərmanı sahibkarlığın inkişafına əsaslı zəmin yaratmışdır. Bu fərman, eləcə də ölkə rəhbərinin qəbul etdiyi regionların inkişafına dair birinciikinci dövlət proqramları regionların davamlı inkişafına, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə gətirib çıxarmışdır.

Ali Məclisin sədri “Heydər Əliyev ili”ndə muxtar respublikanın inkişafında, sosial-iqtisadi inkişaf proqramlarının icrasında əməyi olan sahibkarlıq müəssisələrinin bütün kollektivlərinə təşəkkürünü bildirərək demişdir: “Muxtar respublikada sahibkarlıq inkişaf etdikcə ümumi daxili məhsulda bu sahənin xüsusi çəkisi də artır. 2013-cü ildə ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faiz təşkil etmişdir. Hazırda aqrar sektorda, sənaye, ticarət və nəqliyyatda qeyri-dövlət bölməsinin payı 85-99 faiz dəyişir ki, bu da çox yüksək göstəricidir. Sahibkarlığın inkişafının mühüm göstəricilərindən biridaxili bazarın istehlak mallarına artan tələbatının ödənilməsidir. Əgər 1996-cı ildə muxtar respublikada 10 adda məhsul istehsal olunurdusa, bu gün 346 növ və 988 çeşiddə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir. Möhtərəm Prezidentimiz 2014-cü ili ”Sənaye ili" elan etmişdir. Buna uyğun olaraq ardıcıl tədbirlər görülür. Müasir sənaye parklarının yaradılması üzərində gedir. 1996-cı ilədək muxtar respublikada cəmi 56 sənaye müəssisəsi vardısa, bu gün yaradılan sənaye müəssisələrinin sayı 438-ə çatmışdır. Başqa sözlə, tarixən aqrar region kimi formalaşan muxtar respublikanın sənaye regionuna çevrilməsi üçün ciddi əsaslar yaradılmışdır”.

Qeyd olunmuşdur ki, üzunmüddətli iqtisadisosial inkişafın təmin olunmasında sahibkarlıq subyektlərinə, ələlxüsus da kiçikorta sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi mühüm əhəmiyyətə malikdir. Ötən il muxtar respublikanın bankkredit təşkilatları tərəfindən sahibkarlara 22 milyon 754 min manat kredit verilmişdir. Bunun 12 milyon 770 min manatdan çoxuya 56,1 faizi Sahibkarlığa Kömək Fondu tərəfindən göstərilmişdir. Cari ildə də yüngülemal sənayesi, kənd təsərrüfatı, tikinti materialları isteshalı sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara kreditlərin verilməsi davam etdiriləcəkdir. Göründüyü kimi, muxtar respublikada sahibkarlıq mühiti hərtərəfli qayğı ilə əhatə olunub. Bu hesaba əldə olunan nailiyyətlər də ilbəil artıb. Lakin daha yüksək nəticələrə çatmaq üçün istər dövlət orqanlarının, istərsə də sahibkarlıq subyektləri qarşısında mühüm vəzifələr durur.

Bu gün sahibkarlıq qayğı mərhələsindən istehsal olunan mal və xidmətlərə görə məsuliyyət mərhələsinə keçməlidir. Muxtar respublika sahibkarları kəmiyyətlə yanaşı, keyfiyyət amilinə də ciddi diqqət yetirməlidirlər”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, həm müvafiq dövlət orqanları, həm də sahibkarlıq subyektləri maraqlı olmalıdırlar ki, istehsal etdikləri məhsul xarici bazara çıxış imkanına malik olsun. Bunun üçün birinci növbədə keyfiyyətə diqqət yetirilməlidir.

Ali Məclisin sədri demişdir: Dövlətin sahibkara dəstəyi olduğu kimi sahibkarın da dövlətə dəstəyi olmalıdır.Ümummilli liderimiz deyirdi: “Hər bir sahibkar, adamı unutmamalıdır ki o, həm öz mənafeyi, həm də ölkəmizin mənafeyi, ümumxalq mənafeyi üçün çalışmalıdır”. Sahibkarlar fəaliyyətlərində şəffaflıq prinsipini gözləməli, dövlət qarşısında öhdəliklərə layiqincə əməl etməlidirlər. Bunun üçün isə vergilər vaxtında ödənilməli, işə götürülən işçilərlə əmək müqavilələrinin bağlanması təmin edilməli, əməkhaqları reallığı əks etdirməlidir. Dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasında, eləcə də vergidən yayınma hallarının qarşısının alınmasında sahibkarlar da üzərlərinə düşən vəzifəni yerinə yetirməli, tabeliliklərində olan işçilərə qayğı göstərməli, normal şəraitinin yaradılmasını, istehsal müəssisələrində əməyin təşkilini və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etməlidirlər.

Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar 2014-cü ilin muxtar respublikamızda “Muxtariyyət ilielan olunduğunu diqqətə çatdırmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir hüquqifiziki şəxsin də muxtariyyət ilində təşəbbüskar olacağına, muxtar respublikanın inkişafı naminə daha səylə çalışacaqlarına əminliyini bildirmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov çıxış edərək demişdir ki, muxtar respublikada iqtisadi artımın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2 milyard 338 milyon 928 min manata yaxın olmuş, sənaye, tikinti, nəqliyyat və kənd təsərrüfatında artımın əldə olunmasında sahibkarlıq müəssisələrinin özünəməxsus rolu olmuşdur.

Sahibkarlar Zakir Məmmədov və İntiqam Hüseynov çıxış edərək muxtar respublikada sahibkarlara göstərilən dövlət qayğısından danışmış, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Ali Məclisin sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 8 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir.

Sonda tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən filmə baxmışlar.

 

Xalq qəzeti.- 2014.- 2 mart.- S. 2.