Bakı Ali Neft Məktəbində “Bakı qış neft məktəbi” adlı layihəyə başlanılmışdır

 

Bakı Ali Neft Məktəbində (BANM) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə doğru” proqramı çərçivəsində “Bakı qış neft məktəbi” adlı layihəyə başlanılmışdır. “Bakı qış neft məktəbi”ində Almaniyanın müxtəlif nüfuzlu universitetlərində bakalavr, magistrdoktorluq dərəcələri üzrə təhsil alan 12 tələbə ilə yanaşı, 5 azərbaycanlı tələbə də iştirak edir.

Layihəyə əsasən, tələbələr Azərbaycanın enerji siyasəti, qlobal neft sənayesi, neftqaz quyularının qazılmasında tətbiq olunan yeniliklər, bərpa olunan enerji mənbələri mövzularında kurslar keçəcəklər. Proqram çərçivəsində tələbələr akademik biliklərlə yanaşı, Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün Səngəçal neft terminalı, palçıq vulkanları, tarixi neft quyuları və neft muzeyi kimi əhəmiyyətli yerlərlə də tanış olacaqlar. Həmçinin tələbələr Azərbaycanı daha yaxından tanımaq məqsədilə əsrarəngiz təbiəti olan Şəkiyə səyahət edəcək, Milli Azərbaycan Tarixi Muzeyini, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Azərbaycan Milli İncəsənət Muzeyini də ziyarət edəcəklər.

Proqram iştirakçıları 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirələrini yad etmək üçün Quba soyqırımı məzarlığına da baş çəkəcəklər.

Proqramın sonunda iştirakçılara BANM-nin sertifikatları veriləcəkdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 4 mart.- S. 6.