Azərbaycanda sahibkarlığın hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır

 

Ölkə Prezidentinin  “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli  fərmanı dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması  istiqamətində atılan mühüm addımlardan biridir. Bu fərmanda qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla ayrı-ayrı nazirliklərə iki ay müddətində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) “bir pəncərə” prinsipinə uyğun elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılmışdır.

Sənəddə eyni zamanda müvafiq dövlət qurumlarına tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, müddət və  xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflər hazırlamaq da həvalə edilmişdir.

Fərmanda həmçinin müvafiq dövlət qurumlarına daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması və s. məsələlərlə bağlı təkliflərin hazırlanıb respublika Prezidentinə təqdim olunması tapşırılmışdır.

Ümumiyyətlə, son illər Azərbaycanda sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində bu cür mühüm tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində özəl sektorun, kiçikorta sahibkarlığın inkişafı dinamik xarakter almışdır. Hazırda investisiyaların böyük əksəriyyətinin  özəl sektorlar tərəfindən qoyulması və bunun  əsasən daxili investisiyalar olması məhz sözügedən sahəyə yetirilən diqqətin nəticəsidir. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir. Prezident İlham Əliyev bununla bağlı  demişdir ki, biz bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün  bunun böyük əhəmiyyəti vardır.

İndiyədək qəbul edilən və uğurla reallaşdırılan regional Dövlət proqramlarında nəzərdə tutulduğu kimi, özəl sektor, kiçikorta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda sürətlə aparılır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda da bu barədə ətraflı danışılmışdır. Prezident İlham Əliyev demişdir: “Ölkəmizdə yaradılan investisiya iqlimi çox müsbətdir. Adambaşına düşən birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında ön sıralardadır. Biz son on il ərzində, eyni zamanda, sahibkarlığın inkişafına çox böyük diqqət göstərmişik. Xüsusilə, sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb edilmişdir. Sahibkarlığa Kömək Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya qoyulmuşdur. Sahibkarlara güzəştli şərtlərlə kreditlər verilmişdir. Sahibkarlığın inkişafı üçün xüsusi tövsiyə planları da tərtib edilmişdir. Ölkə iqtisadiyyatında ən çox lazım olan sahələri inkişaf etdirmək üçün artıq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər ayrılır. Beləliklə, biz son illər ərzində əsas ərzaq məhsullarımızla özümüzü daha da böyük səviyyədə təmin edirik. Mən bir neçə il  bundan əvvəl qarşıya vəzifə qoymuşdum ki, biz özümüzü 100 faiz təmin edək. Hələ ki, buna çatmamışıq. Bu barədə danışacağıq. Ancaq  sahibkarların fəaliyyəti hesabına düşünülmüş dövlət siyasəti sayəsində bu istiqamətdə çox ciddi addımlar atılmışdır...”.

Dövlət başçısı daha sonra bildirmişdir ki, mən sahibkarlarla mütəmadi qaydada görüşürəm. Son on il ərzində bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir verir...

Son illərdə Azərbaycan PrezidentininÖlkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdırstrateji xəttinə uyğun olaraq biznes investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi,  bir pəncərə” prinsipinin tətbiqi, 10 il ərzində regionlarda 100 mindən çox sahibkarın iştirakı ilə 1200-dək maarifləndirmə, biznes forumların, konfransların keçirilməsi və digər  tədbirlər  nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.

Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına  19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilmişbu layihələr hesabına 110 minədək yeni yeri yaradılmışdır.  Kreditlərin 78 faizi, açılan yerlərinin isə 81 faizi regionların payına düşür.

Bu müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti  regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görmüş, “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi broiler”də həyata keçirilən  layihələrdə iştirak etmişdir. Bu tədbirlər nəticəsində məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxmış, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür.

Müasir tələblərə cavab verən minlərlə infrastruktursosial obyektlərin inşası ilə bərabər, biznesinvestisiya mühitinin yaxşılaşdırılması  regionların iqtisadi potensialını gücləndirməklə, ümumilikdə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə, qeyri-neft sektorunun və ixracının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir. Belə ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalartekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gipsgips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlamışdır.

Təkcə güzəştli kreditlər hesabına  ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilmiş, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilmiş, 24-ü  üzrə işlər davam etdirilir.

Dövlət başçımız demişdir ki, sahibkarlığın dəstəyi ölkəmizin uğurlu inkişafını təmin edəcək. Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarları incidən şəxslər cəzalandırılacaqlar.  Onlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər.

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın  hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elminnovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi–Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 6 mart.- S. 1.