Milli-mədəni irsimiz dil amili

 

Müasir dövrdə Azərbaycan dövlətinin mədəniyət siyasəti uğurla həyata keçirilir, xalqımızın zəngin mədəni irsi milli-mənəvi dəyərlərinin qorunub saxlanılması istiqamətində  ardıcıl tədbirlər aparılır. Milli-mədəni irsimizin tədqiqi təbliği sahəsində alimlərin elmi  araşdırmaları, mili varlığımızın qorunması inkişafında dilin rolu daha da artır. Bu baxımdan tanınmış jurnalist, publisist, ictimai xadim, tədqiqatçı Telman Quliyevin “Milli-mədəni irs dil amilinə kulturoloji baxış” kitabı xüsusilə diqqəti cəlb edir. Müəllif  yeni nəşrdə ölkəmizdə mədəniyyət siyasəti sahəsində qazanılan nailiyyətlərdən iftixarla söhbət açır, Azərbaycan dövlətçiliyinin təməlinin, əsasının, milli varlığımızın  mədəniyyətə bağlı olduğunu göstərir. Eyni zamanda, mədəni irsimizin qorunub inkişaf etdirilməsində dilin rolu  araşdırılaraq Naxçıvan dialektinin terminoloji leksikası nümunəsində nəzərdən keçirilir.

Kitabın “Milli mədəni irs sahəsində dövlət mədəniyyət siyasəti”, “Mədəni irsin tədqiqi məsələləri”, “Milli-mədəni varlığın mühafizəsində dil amili”(Dilin kulturoloji mahiyyəti) bölmələrindən  aydın olur ki,  müstəqil Azərbaycan Respublikası demokratik mədəniyyət siyasətini həyata keçirərək müasir dünya mədəniyyətinə inteqrasiya olunur. Bu sahədə qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyini getdikcə möhkəmləndirir demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi sürətlə inkişaf etdirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi: “Biz öz milli-mədəni dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır bunlar indi bizim xalqımızın mənəviyyatını  təşkil edən amillərdir” fikri  müasir gənclərimizin milli ruhda, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə  olunması kimi vacib aktual məsələləri qarşıya qoyur. Fərəhləndirici haldır ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev  bacarıqla uzaqgörənliklə Heydər Əliyevin Azərbaycan xalqının mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Mədəniyyət siyasətinin mütərəqqi təminatlı perspektivləri özünü  Naxçıvanın tarixi-mədəni irsinə münasibətdə göstərir. Muxtar Respublikada Azərbaycan xalqının tarixi, elmi mədəni irsi formalaşmışdır.

Ölkəmiz mədəni dünyaya inteqrasiya yolu  ilə inamla irəliləyir beynəlxalq mədəniyyət təşkilatlarının kulturoloji layihələrinə qoşulur. Bu mənada  bəşəriyyətin kulturoloji irsinin öyrənilməsi, mühafizəsi təbliği məsələləri mədəni dünyanı getdikcə daha çox düşündürür. Artıq mədəni irsin qorunub saxlanması inkişaf etdirilməsi müstəqil Azərbaycanın mədəniyyət siyasətinin əsas vəzifələrindən birinə çevrilmişdir. Bu vəzifələrin icrası yolunda  Azərbaycan xalqı azad suveren dövlət quraraq mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratrik ölkələrin təcrübəsindən  istifadə edir.

Kitabda mədəni irsimizin tədqiqi məsələlərindən söz açan müəllif göstərir ki, Azərbaycan xalqı öz kökləri ilə bəşəri düşüncə yaradıcı həyat fəaliyyətinin min illik dərinliklərinə, ilkin sivilizasiya epoxasından qabaqkı arxaik dövrə gedən zəngin maddi mənəvi mədəniyyət yaratmışdır. Mədəniyyətimizin nəsildən-nəsilə ötürülməsi, digər xalqlara təsiri, yaşaması inkişafı dil sayəsində mümkün ola bilər. Dilimiz həm millətimizin, həm mədəniyyətimizin formalaşıb inkişaf etməsində ən böyük varlıqdır... Dil məsələsində dünya  mütəfəkkirləri ilə eyni mövqedən çıxış edən Azərbaycan ziyalıları da bu elmi qənaətlərə tərəfdar çıxmışlar ki, dil hər bir milli mədəniyyətin canı, cövhəridir.

Kitabın “Folklorun toplanması məsələləri” (Folklor etnoqrafik irs) bölməsində milli-mədəni irsin öyrənilməsində bir sıra elmlərin qarşılıqlı əlaqəsinə ehtiyac olduğu göstərilir: Folklorun   etnoqrafik irsin bütöv bir kulturoloji vahid halında öyrənilməsinin yalnız digər ictimai, sosial humanitar elmlərlə vəhdətdə mümkün olması tezisi elmi sayıla bilər. Azərbaycan folkloru etnoqrafik irsin ümumi ortaq cəhətləri ilə yanaşı yerli şəraitdən irəli gələn müəyyən fərqli çalarları da vardır. Bu mənada Naxçıvan folklorunun dialektinin özünəməxsus xüsusiyyətləri bölgənin indiyədək öyrənilməmiş materiallarının öyrənilməsi işini aktuallaşdırır.

Kitabda müəllifin uzun illər araşdırmaları nəticəsində ərsəyə gətirdiyi “Naxçıvan rayon şivələrində terminoloji səciyyə daşıyan leksika” mövzusunda elmi-tədqiqat işi, folklor etnoqrafik irsimizin öyrənilməsinə kiçik bir töhfə olan bu tədqiqat Naxçıvan bölgələrindən toplanmış folklor etnoqrafik mahiyyətli materialların izahından ibarətdir. Toplama materiallarında əkinçiliklə bağlı terminlər, taxılçılıqla, bitkiçiliklə, maldarlıqla, köçəriliklə əlaqədar olan sözlər yer almışdır. Habelə insan heyvan xəstəlikləri, bunların təzahürü müalicəsinə aid sözlərin, toxuculuğa,vəhşi heyvan, quş həşarat adlarının, məişət leksikasına aid sözlərin, binaların, evlərin hissələrinə, tikinti materiallarına aid kəlmələrin, astronomik adların, baramaçılığa arıçılığa aid terminlərin nəhayət, toy yas mərasimlərinə aid sözlərin işlədilmə arealı göstərilərək izahlı təsviri verilmişdir.

Naxçıvan dialektinin terminoloji leksikası, Naxçıvan şivələrində işlənən bəzi termin səciyyəli sözlərin başqa qohum dillərlə  müqayisəsi, bir çox sahələrə aid terminlər sözlər Azərbaycan dilinin ayrı-ayrı dialektlərinin öyrənilməsi baxımından  mühüm əhəmiyyət daşıyır. Azərbaycan dilinin dialektləri özündə tarixiliyi, yüz illər boyu milli dəyərləri mühafizə etmiş, ümumtürk mədəniyyətinin izlərini qoruyub saxlamışdır. O cümlədən Naxçıvan dialektində termin səciyyəli sözlər  araşdırılarkən ümumtürk mədəniyyətinin ortaq oxşarlıqlarına sıx rast gəlinir. Türk dilləri ilə müqayisəli şəkildə öyrənilən termin səciyyəli sözlərin əksəriyyəti ümumtürk mədəni irsinin daşıyıcısıdır. Əkinçilk, heyvandarlıq, arıçılıq, dulusçuluq, adət-ənənlərimizlə bağlı olan sözlərin arxasında böyük bir mədəniyyət dayanır.

“Ziya” Nəşriyyat-Poliqrafiya  Mərkəzində  nəşr olunmuş kitabın redaktoru ön sözün müəllifi Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, əməkdar jurnalist, professor Ramiz Əsgərdir. Kitab tələbələr, müəllimlər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

Afət SADIQOĞLU

 

Xalq qəzeti.- 2014.- 7 mart.- S. 7.