Dünyanın ən nüfuzlu qadınları

 

Bu gün bütün Yer kürəsində yaşayan bəşər övladları üçün əziz və unudulmaz bir gündür - hər bir ölkə, hər bir millət özünün zərif bir parçası olan qadınların bayramını qeyd edir. Bu gün 8 Mart günü - qadınların ən çox sevildiyi, kişilərin ən çox sevindiyi bir gündür. Bu gün Yer üzünün, demək olar ki, bütün kişiləri həmrəy şəkildə bir niyyətlə yaşayır – nə isə göz oxşayan, ürəyə yatan bir hədiyyə alıb evindəki qadınları təbrik etmək arzusu hamının qəlbinə hakim kəsilib.

Əlbəttə, bu bayram günündə tariximizin səhifələrinə bəzək olmuş qadınlarımızı xatırlamağa borcluyuq. Ümumiyyətlə, dünyada ağıllı, müdrik qadınlar çox olub. Razılaşmaq lazımdır ki, çox zaman onları müəyyən tarixi şərait yetişdirir. Amma hər halda belə nüfuzlu insanlar, o cümlədən, qadınlar təmsil etdikləri millətlər üçün bir iftixar, qürur mənbəyi olur.

Azərbaycan xalqının tarixində də belə müdrik qadınlar olub. Biz onların adlarını bu gün təkcə böyük dövlət xadimlərinin, ictimai-siyasi fiqurların arasında deyil, elə sadə xalq arasında da axtara bilirik. Adları bugünkü nəsillərə nağıllarımızdan, dastanlarımızdan tanış olan qadınlarımızı - Burla xatunu, Banuçiçəyi, Nigar xanımı... bu gündə anmamaq qəbahət olardı.

Tariximizə adları qəhrəmanlar kimi düşmüş qadınlarımızdan Nüşabəni, Tomrisi, Sara xatunu... xatırlamamaq da eyni dərəcədə ədalətsizlik olardı. Məşhur şairə qadınlarımız Məhsəti Gəncəvinin, Natavanın... şeirləri indimuğam məclislərimizin bəzəyi, xanəndələrimizin dillərinin əzbəridir. Bu bayram günündə müasirimiz olan digər qadınların da adlarını iftixarla çəkirik. Sağlığında millətimizin sağlamlığı üçün fədakarcasına çalışmış görkəmli oftalmoloq alim, Zərifə xanım Əliyeva, şərqşünaslıq elmimizə özünün dəyərli töhfələrini vermiş Aida xanım İmanquliyeva bu gün minnətdarlıq duyğuları ilə xatırlanır. Onlar, eləcə də onların müasirləri olmuş digər görkəmli qadınlarımız özlərinin şərəfli işləri ilə adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazmışlar.

Bu günlərdə məlum oldu ki, Fransada yerləşən Ərəb İrsi Mədəniyyət Mərkəzi MisirinNefertiti Media Produjtion” şirkəti ilə birgə keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilin şəxsiyyəti və 2014-cü il üzrə dünyanın ən nüfuzlu xanımı elan edilib. Mehriban Əliyeva bu ada UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə, mədəniyyətin və beynəlxalq mədəni mübadilənin təbliğinə, elm, sağlamlıq, idman, təhsil, texnologiya, ətraf mühit sahəsindəki nailiyyətlərinə, Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılmasına, kimsəsiz uşaqlara qayğı və digər xeyirxah xidmətlərinə görə layiq görülüb. Bu barədə Ərəb İrsi Mədəniyyət Mərkəzinin direktoru xanım Reem Alkatri Belhassous Azərbaycanın Fransadakı səfirliyinə ünvanlandığı məktubda məlumat verib.

Avropada nəşr olunan məşhur jurnallar da ilin ən nüfuzlu qadınını seçmək ənənəsini davam etdirib. Dünyada yaxşı tanınan “Forbes” jurnalı bu günlərdə özünün yeni seçimini elan edib - Almaniyanın kansleri Anqela Merkel yenidən keçən ilin ən nüfuzlu qadını seçilib. Jurnal MerkeliAvropa İttifaqının şəriksiz lideri”, “Dəmir ledi” və “Avropada vahid qlobal iqtisadiyyatın başçısı” kimi təqdim edərək onu nüfuzlu qadınların siyahısında birinci yerə layiq görüb. Qeyd edək ki, Merkel artıq bir neçə ildir ki, dalbadal ilin ən nüfuzlu qadını seçilir. Jurnalın qeyd etdiyinə görə, Avropa İttifaqının “Dəmir ledisi öz çiyinlərində avronun sabitliyinin qoyunub saxlanması məsuliyyətini daşıyır, Almaniya tarixində kansler vəzifəsinə seçilmiş ilk qadındır və bütün bunlardan əlavə, üçüncü müddətə kansler seçilib.

Məşhur Ukrayna müğənnisi və ictimai fəallığı ilə seçilmiş Ruslana Lıjiçko da bu il dünyanın ən nüfuzlu qadınlarının reytinqində özünə yer ala bilib. Ukraynalı ulduz Kiyevdəki Maydanda xalqının azadlıq mübarizəsinə qoşulduğuna, OMON kimi tanıdığımız Xüsusi Təyinatlı Milis Dəstəsinə inadlı müqavimət göstərə bildiyinə, milis idarəsində çoxsaylı dindirməyə cəlb edildiyinə görə “Forbesin siyahısına düşüb. Müğənni bu qəhrəmanlığına görə “İntellektual igidliyə görə” ordeninə də layiq görülüb. Jurnal onun hətta etiraz əlaməti olaraq özünü xalqın gözü qarşısında yandıracağını vəd etməsini də qeyd edib. Ruslana, eyni zamanda, Ukraynanın Avropaya inteqrasiyası imkanlarının reallaşması üçün uzun müddət Maydanda xalq arasında olub, mövcud hakimiyyətin istefasını tələb edib. Ancaq siyahıda Ruslana beşinci yerdə göstərilib.

Təbii ki, “Forbesin siyahısını bir qədər baş-ayaq da qoymaq olardı, amma qadınların mübahisəsinə qoşulmaq iddiasında deyilik. Təki bu bayram günlərində inciklik olmasın. Braziliya Prezidenti Dilma Russef siyahıda keçənilki ikinci yerin sahibi Hillari Klintonu əvəz edib. Siyahıda Hindistan Milli Konqres Partiyasının lideri Sonya Qandi və Cənubi Koreyanın Prezidenti Pak Kın Xeyer alıblar.

Bir həqiqəti də nəzərə çatdırmalıyıq ki, dünyanın ən nüfuzlu qadını adına layiq görülmüş Almaniya kansleri birinci dəfə deyil ki, bu şərəfli adı qazanır. O, artıq beşinci ildir ki, dünyanın ən nüfuzlu qadınıdır. Bu, şübhəsiz ki, “Forbesin fikridir. Amma, misal üçün, almanlar belə düşünmürlər. Jurnalın Anqela Merkeli bu qədər yüksək ada layiq görməsi alman mətbuatının diqqətini, demək olar ki, cəlb etməyib.

“Forbes” hesab edib ki, Merkel, alman standartlarına görə, heç varlı deyil. Almaniya kanslerinin həyat tərzi barədə ətraflı məlumat verən nəşr bildirib ki, o, məzuniyyətini dağlarda, məsələn,Tirolda keçirməyə üstünlük verir bu zaman bütün xərclərini dövlət deyil, özü çəkir. Pal-paltarının pulunu da kansler şəxsi büdcəsindən ödəyir. Bir çox nazirlər, eləcə federal torpaqların baş nazirləri zirehliMersedes BMW-lərdə gəzməyə üstünlük versələr , Merkel özü üçün “Audi A8”-i seçib. Kanslerin şəxsi yaxtası, istirahət üçün geniş sarayları yoxdur. Ona tutduğu vəzifəyə görə dövlət şərait yaratmayıb. Buna baxmayaraq Merked iqtisadi böhranın davam etdiyi avrozonada sabitliyi qorumaq üçün cəsarətlə mübarizə aparır bəzən hətta qonşu ölkələrdən olan həmkarları ilə toqquşmalı olur.

Biz isə sülh məhəbbət carçısı olan, ən böyük missiyaları analıq olan bütün dünya qadınlarını, ilk növbədə isə Azərbaycan xanımlarını bu əziz bayramları - 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara həmişə gümrah gözəl olmağı arzulayırıq.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2014.- 8 mart.- S. 4.