Çətin sınaqlardan böyük şöhrətə aparan iyirmi iki il

 

Düz 10 il əvvəl, 2004-cü ilin mart ayında Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin ən ali mükafatı Olimpiya ordeninə layiq görülmüşdür

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 1992-ci il martın 10-da rəsmən fəaliyyətə başlamasından 22 il ötür. İyirmi iki il zaman kəsiyi baxımından çox olmasa da, MOK bu müddət ərzində ölkəmizdə Olimpiya Hərəkatının inkişafını daim diqqət mərkəzində saxlamaqla çətin sınaqlardan tarixi nailiyyətlərə və böyük şöhrətə  aparan şanlı bir yol keçmişdir. Təsadüfi deyil ki, Azərbaycan Milli Olimpiya Komitəsinin məqsədyönlü fəaliyyəti ildən-ilə beynəlxalq idman dairələrində daha böyük rəğbətlə qarşılanır və başqalarına nümunə göstərilir.

Məhz belə fəaliyyət sayəsində paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün bölgələrində də Olimpiya Hərəkatı getdikcə daha geniş vüsət alır, idman işlərində ciddi irəliləyişlər baş verir, beynəlxalq meydanda, o cümlədən dünya idmançılarının ən ali məclisi olan Olimpiya oyunlarında həmvətənlərimizə təqdim olunan medalların sayı Olimpiadadan, Olimpiadaya artır.  Bu məqam dövlət başçımız İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi haqqında” 17 aprel 2012-ci il tarixli sərəncamında da xüsusi qeyd olunmuşdur: “... Ötən dövr ərzində Milli Olimpiya Komitəsi işini yalnız Olimpiya oyunlarında iştirakla məhdudlaşdırmamış, respublikada Olimpiya ideallarının bərqərar olması və idmanın hərtərəfli, ahəngdar inkişafı naminə səmərəli fəaliyyət göstərmişdir.”

Bu maraqlı bir faktdır ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi olimpiya ilində həyata vəsiqə almışdır. 1992-ci ildə İspaniyanın Barselona şəhərində keçirilmiş XXV Yay Olimpiya Oyunlarına dörd ay qalmış respublikamızda MOK rəsmən fəaliyyətə başlamışdır. AncaqBarselona” və “Real”ın vətənində idmanımızın ən yaxşı nümayəndələri Müstəqil Dövlətlər Birliyinin yığma komandasının bayrağı altında çıxış etmişlər.

Barselona startlarından sonra respublikamızda Olimpiya Hərəkatı tədricən öz istiqamətini, fəaliyyət dairəsini genişləndirsə də, əsl tərəqqi və inkişaf yoluna yarandığı gündən beş il sonra, 1997-ci ildən qədəm qoydu. Həmin il iyulun sonuncu, 31-ci günü Azərbaycanda Olimpiya Hərəkatı, bütün idmanımız üçün mühüm bir hadisə ilə əlamətdar oldu: Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin iclasında yekdilliklə MOK prezidenti seçildi. Bu gün ümumdünya olimpiyaçılar ailəsinin  ən nüfuzlu üzvlərindən biri olmağımıza aparan yol da əslində öz başlanğıcını həmin yay günündən götürür.

Beynəlxalq idman dairələrində yüksək nüfuz qazanılması isə Milli Olimpiya Komitəsi başda olmaqla Gənclər və İdman Nazirliyinin və digər əlaqədar təşkilatların qarşıya qoyulan vəzifələri ardıcıl surətdə, birgə səylə həyata keçirmələri sayəsində mümkün olmuşdur. Keçilən uğurlu yolda, ölkəmizdə Olimpiya Hərəkatının geniş vüsət almasında, əldə olunan nailiyyətlərdə onların hamısının xidməti vardır.

Böyük qələbələrin tələb etdiyi ən vacib, ən zəruri şərt idman ustalığının durmadan artırılması üçün məşğələlərdə hər cür şərait yaradılmasıdır. Cənab İlham Əliyevin də Milli Olimpiya Komitəsinə prezident seçildiyi elə ilk günlərdən hamı əminliklə yəqin etdi ki, idmanımızın bəxti bir daha gətirmişdir. Respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində idmançıların ən yaxın dostu kimi onlara xüsusi qayğını öz üzərinə götürən ulu öndər Heydər Əliyevdən estafeti qəbul edən onun layiqli davamçısı İlham Əliyev də idmanın inkişafına böyük əhəmiyyət verərək onu gündəlik nəzarətdə saxlayır. Məhz 1997-ci ildən MOK prezidenti, 2003-cü ildən isə həm də dövlət başçısı kimi cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən müxtəlif tədbirlərin, görülən işlərin, qarşıya qoyulan və müvəffəqiyyətlə yerinə yetirilən vəzifələrin həllinə göstərilən daimi qayğının nəticəsidir ki, bu gün Azərbaycan idmanının uğurları dünyanın hər yerində böyük əks-səda doğurur. Bu isə o deməkdir ki, Azərbaycan idmanında, Olimpiya Hərəkatında Milli Olimpiya Komitəsi prezidentinin rəhbərliyi ilə öz işinin öhdəsindən layiqincə gəlməyi bacarangüclü peşəkarlardan ibarət komanda çalışır.

Bu səmimi və əzmkar komanda Azərbaycan idmanı Olimpiya oyunlarında müstəqil şəkildə təmsil olunmağa başladıqdan sonra ölkəmizə həm müntəzəm surətdə gənclərin istifadəsinə verilən və bu gün sayı artıq 41-ə çatan olimpiya idman komplekslərinin, həm də Atlanta-1996-dan London-2012-dək 26 olimpiya medalının, o cümlədən 6 qızıl mükafatın sevincini yaşatmışdır. Bu medallar bizim tarixi nailiyyətimiz və milli sərvətimiz, onların sahibləri isə qürur mənbəyimizdir.

Dünya şöhrətli olimpiya çempionlarımızın və mükafatçılarımızın adları Azərbaycan idmanı tarixində əbədi yaşayacaq. Onların hər biri əsl sınaq və şöhrət meydanı olan Olimpiya oyunlarında qəhrəmanlıq nümunəsi göstərmiş, özləri kimi güclü və iddialı rəqiblərlə ağır mübarizədən qalib ayrılıb fəxri kürsüyə yüksəlməklə, müxtəlif ölkələrin nəhəng idman saraylarında milli bayrağımızın şərəfini uca tutmaqla Vətənə əsl sevgi nümunəsi göstərmişdir.

Azərbaycanın olimpiya qəhrəmanları dünya idmanı tarixində dərin iz buraxmışlar. Hər dəfə söhbət ölkəmizdə Olimpiya Hərəkatından, onun inkişaf tarixindən və keçdiyi yoldan düşəndə təbii ki, onların adları böyük hörmətlə çəkiləcək. Sərbəst güləş ustası, ilk müstəqil Olimpiadamızın ilk mükafatçısı Namiq Abdullayevin 1996-cı ildə Atlantadan (ABŞ) gətirdiyi gümüş medal, bundan dörd il sonra Sidneydə (Avstraliya) çempionluq zirvəsini fəth etməsi, stend atıcısı Zemfira Meftahəddinovanın da elə həmin Olimpiadada qızıl medala sevinməsi, boksçu Vüqar Ələkbərovun bürünc mükafatı, Afina-2004-də Fərid Mansurovun (yunan-Roma güləşi) qızıl, Meftahəddinova, güllə atıcısı İradə Aşumova, rinq ustaları Ağası Məmmədov və Fuad Aslanovun bürünc medalları, 2008-ci ilin səkkizinci ayında Pekində bütün rəqiblərini bir göz qırpımında ippon fəndinə məruz qoyan cüdoçu Elnur Məmmədlinin çempionluğu, “klassiklər” Rövşən Bayramovla Vitali Rəhimovun gümüş mükafatları, digər güləşçilərimiz Mariya Stadniklə Xetaq Qazyumovun, tatami ustası Mövlüd Mirəliyev və boksçu Şahin İmranovun bürünc medalları, nəhayət, iki il əvvəl olimpiadaların növbəti səhifəsinə çevrilən və xatirələrdə hələ təzə olan London-2012-də Toğrul Əsgərovla Şərif Şərifovun (hər ikisi sərbəst güləş) qızıl, Bayramovla Stadnikin gümüş, ağırlıqqaldıran Valentin Xristov, Emin Əhmədov (yunan-Roma güləşi), boksçular Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovun, güləşçilər Yuliya RatkeviçQazyumovun bürünc mükafatları Azərbaycan idmanını göylərə, olimpiya səmasına qaldırmış, ölkəmizin isə beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır.

Beynəlxalq Olimpiya Komitəsinin iki çox yüksək mükafatı da Azərbaycanda Oilimpiya Hərəkatının ümumdünya olimpiyaçılar ailəsinə verdiyi böyük töhfələrin inamlı təsdiqidir. Ümummilli lider Heydər Əliyev Olimpiya Hərəkatı və idman sahəsində böyük xidmətlərinə görə dövlət xadimlərinə verilən “Olimpiya ləyaqəti” mükafatına layiq görülmüşdür. Bu barədə qərar Milli Olimpiya Komitələri Assosiasiyasının 1997-ci ildə İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilmiş Baş Məclisində qəbul edilmişdir. Özübütün ölkəmiz üçün bu fərəhli hadisə İlham Əliyevin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti rolunda debüt ilinə təsadüf etmişdir.

İkinci məqam. Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Olimpiya Hərəkatında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ən ali mükafatı Olimpiya ordeni ilə təltif olunmuşdur. Bu barədə düz on il əvvəl, 2004-cü ilin mart ayında BOK-un mənzil-qərargahında qərar qəbul edilmişdir. Beləliklə, Afina Olimpiadası ilində ölkəmizə Olimpiya ordeni də gətirilmişdir.

Bundan bir ay sonra, apreldə Azərbaycan rəhbəri Prezident Sarayında Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali SmirnovuRusiya  Olimpiya Komitəsinin baş katibi Leonid Miroşniçenkonu qəbul edərkən V.Smirnov İlham Əliyevi dövlət başçısı seçilməsi və Olimpiya ordeni ilə təltif olunması münasibətilə təbrik edərək demişdir: “Mən bu ordenlə təltif olunmağınızla  bağlı iclasda iştirak etmişəm. Bu iclasda Beynəlxalq Olimpiya Komitəsinin prezidentidörd vitse-prezidenti iştirak edirdi. Onlar bu qərarı yekdilliklə qəbul edərək  Sizin ölkənizdə idmanın inkişafı və yüksəlişinə verdiyiniz şəxsi töhfələri xüsusi qeyd etdilər. Böyük məmnunluqla vurğulandı ki, Siz ölkə Prezidenti olduqdan sonra da Olimpiya Komitəsinin prezidenti vəzifəsində də qalmısınız. Bu, dövlətin başçısı kimi  Sizin bədən tərbiyəsi, idmanOlimpiya Hərəkatının inkişafına, sağlam və möhkəm gənclərin tərbiyəsinə necə böyük diqqət yetirdiyinizi bir daha göstərir. Mən Beynəlxalq Olimpiya Komitəsinin bu qərarı ilə və onu yerinə yetirməyimlə fəxr edirəm. Biz, habelə  Sizinlə dostluğumuz və ölkənizin idman təşkilatları ilə əlaqələrimizlə də fəxr edirik. Olimpiya Hərəkatı çox incə bir hərəkatdır və Sizin kimi təcrübəli rəhbərlərin onu dəstəkləməsinin böyük əhəmiyyəti var”.

Göründüyü kimi, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT kimi sıralarında 200-dən artıq ölkəni birləşdirən Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan dövlətinin və idmanımızın liderinin ümumdünya Olimpiya Hərəkatında xidmətlərini yüksək qiymətləndirmişdir. Cənab İlham Əliyevin Azərbaycan idmanına, ümumdünya Olimpiya Hərəkatına verdiyi töhfələrin nəticəsidir ki, bu gün Azərbaycan adı ən qüdrətli idman dövlətləri ilə bir sırada çəkilir, respublikamız əsl idman ölkəsinə çevrilmişdir, idmanımızın ən yaxşı nümayəndələri Olimpiya oyunlarında, dünyaAvropa çempionatlarında, Paralimpiya oyunlarında, Yeniyetmələrin Olimpiya Oyunlarında, ümumdünya universiadalarında, İslam Həmrəyliyi Oyunlarında və daha neçə-neçə mötəbər yarışda yüksək hazırlıq səviyyələri ilə diqqət mərkəzində olurlar.

Artıq 11-ci ildir ki, Azərbaycan dövlətinin başçısı kimi həyatın bütün sahələrində ölkəmizi inamla qələbədən-qələbəyə aparan Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin respublikamızda “İdman ilielan olunması da ölkə rəhbərinin insan həyatının ayrılmaz tərkib hissəsi olanadamlara sağlamlıq, gümrahlıq bəxş edən, onlarda vətənpərvərlik hisslərini gücləndirən, qələbə əzmi, möhkəm iradə, xeyirxahlıq, Vətən sevgisi kimi nəcib keyfiyyətlər aşılayan bədən tərbiyəsi və idmana necə mühüm əhəmiyyət verdiyini bir daha təsdiq edirdi. “İdman ilinin London Olimpiadası-2012-də Azərbaycan üçün 10 medalla əlamətdar olması da çox yerinə düşdü.

Ölkəmizdə bədən tərbiyəsi məşğələlərinin, kütləvi startların, böyük nailiyyətlər idmanının, Olimpiya Hərəkatının daim diqqət mərkəzində saxlanılması beynəlxalq idman dairələrinin Azərbaycana olan etimadını getdikcə daha da artırır. Avropa Olimpiya Komitəsinin 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Oyunlarının təşkilini gözəl paytaxtımız Bakıya həvalə etməsi tarixi qərardır və respublikamızın vətəndaşları bu yüksək etimada görə haqlı olaraq fəxr edə bilərlər. Avropa Oyunları proqramına daxil olan 19 növdən yeddisində–velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, çimərlik voleybolu üzrə yarışlarda 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziyalar oynanılmasının nəzərdə tutulması qarşıdakı startlara marağı ikiqat artıracaq.

İndi Avropa Oyunlarına hazırlığın qızğın çağıdır. Oyunların iştirakçıları öz ustalıqlarını yeni inşa olunan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və ən müasir standartlara uyğun gələn digər idman bazalarında nümayiş etdirmək imkanı qazanacaqlar.

Avropa Oyunları-2015-dən sonrakı illərdə isə planetin ən yaxşı  qrossmeysterləri Dünya kuboku yarışında və Ümümdünya Şahmat Olimpiadasında iştirak etmək üçün Azərbaycan paytaxtına gələcəklər, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları da Bakıda çox möhtəşəm idman hadisəsinə çevriləcək. Şübhəsiz, bu yarışlar da Azərbaycanda idmanOlimpiya Hərəkatı tarixinə istər onların yüksək səviyyədə təşkili, istərsə də idmançılarımızın göstərəcəkləri nəticələr,  qazanacaqları medallisenziyalar baxımından parlaq səhifə kimi daxil olacaq.

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 12 mart.- S. 3.