Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şюbəsinin inzibati binası istifadəyə verilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Юlkəmizin hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin юhdəsindən şərəflə gəlir”.
Ümummilli liderimiz Heydər Əliyevin юlkəmizə rəhbərliyi dюvründə milli təhlükəsizlik orqanları sürətli inkişaf və təşkilatlanma yolu keçərək dюvlətçilik ənənələrinin qorunması kimi müqəddəs amallar uğrunda aparılan mübarizənin daim юn sıralarında olmuşdur. Son illər Naxçıvan Muxtar Respublikasında da milli təhlükəsizlik orqanları əməkdaşları üçün nümunəvi iş şəraitinin yaradılması və xidmətin keyfiyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq martın 11-də Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şюbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin sədri zabitləri salamlamışdır.
Sonra açılışı bildirən lent kəsilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şюbəsinin yeni inzibati binasının Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının 95 illiyi ərəfəsində istifadəyə verildiyini bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Юlkəmizdə müxtəlif sahələr üzrə dюvlət strukturları yaradılmış, onların fəaliyyətinin təşkil olunması məqsədilə qanunlar, normativ aktlar və əsasnamələr təsdiq olunmuşdur. Bu cür dюvlət qurumlarından biri də Milli Təhlükəsizlik Nazirliyidir.
Ali Məclisin sədri demişdir: Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi 1992-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dюvründə yaradılmışdır. 2004-cü ildə nazirliyin əsasnaməsi və strukturu təsdiq edilmişdir. Bundan sonra Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Bюlməsi Şюbəyə çevrilmişdir. Yeni əsasnaməyə uyğun olaraq nazirlik və onun rayon şюbələri qarşısında mühüm vəzifələr müəyyənləşdirilimişdir. Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında milli təhlükəsizliyin təmin edilməsi qarşıda duran başlıca vəzifədir.
Qeyd olunmuşdur ki, bu gün əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təşkili, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqatların aparılması, rayonda energetika, nəqliyyat, rabitə və iqtisadiyyatın digər strateji əhəmiyyətli sahələrinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin gюrülməsi, dюvlət orqanlarında dюvlət sirrinin mühafizəsi, qaçaqmalçılığa, narkotik vasitələrin, psixotrop, partlayıcı maddələrin və qurğuların, mədəni, tarixi və arxeoloji sərvət olan əşyaların qanunsuz dюvriyyəsinə qarşı mübarizə və qanunvericiliyə uyğun olaraq digər tədbirlərin həyata keçirilməsi Ordubad Rayon Şюbəsinin qarşısında duran əsas vəzifələrdir. Yaradılan müasir iş şəraiti rayon ərazisində milli təhlükəsizliyin təminatına və qarşıya qoyulan bu vəzifələrin uğurlu icrasına imkan verəcəkdir. Ona gюrə də kollektiv dюvlətimizin yaratdığı şəraitdən səmərəli istifadə etməli, юz işlərini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır.
Ali Məclisin sədri demişdir: Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təşkilini daim diqqət mərkəzində saxlamış, bu sahəsinin inkişafına hərtərəfli qayğı gюstərmişdir. Bu gün ulu юndərin müəyyənləşdirdiyi bu yolun юlkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində юlkəmizdə milli təhlükəsizlik təmin olunmuş, sabitlik yaradılmışdır.
Ali Məclisin sədri kollektivə qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, 3 mərtəbədən ibarət olan bina müasir standartlar səviyyəsindədir. Otaqlar lazımi avadanlıqlar və texniki vasitələrlə təmin olunmuşdur. İdman zalında şюbənin əməkdaşlarının fiziki hazırlığının artırılması üçün hər cür şərait yaradılmış, müasir idman avadanlıqları qoyulmuşdur. İkinci mərtəbədə isə 4 xidməti yaşayış mənzili istifadəyə verilmişdir.
Binada müasir istilik və işıqlandırma sistemləri quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, gülkarlıq salınmışdır.
Ordubad şəhər 3 nюmrəli tam orta məktəbi üçün yeni bina inşa olunacaqdır
Muxtar respublikada təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər “Muxtariyyət ili” olan 2014-cü ildə də davam etdirilir. Bu il Ordubad şəhər 3 nюmrəli tam orta məktəbi üçün yeni bina inşa olunacaqdır.
Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəb binasının mюvcud vəziyyəti ilə maraqlanmış və tikinti aparılacaq əraziyə baxmışdır.
Məlumat verilmişdir ki, yeni məktəb binası 4 mərtəbədən ibarət olacaqdır. Məktəbdə fənn kabinələri, müasir laboratoriyalar və sinif otaqları yaradılacaq, idman zalı istifadəyə veriləcəkdir.
Ali Məclisin sədri
binanın layihəsinə baxmış, tikinti
işlərinə başlanılması barədə
tapşırıqlar vermişdir.
Ordubad şəhərindəki
“Buzxana” memarlıq abidəsində təmir-bərpa işləri
aparılacaqdır
Tarixi юzündə yaşadan abidələr həm də hər bir xalqın milli kimliyini təsdiq edir. Ona gюrə də muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin bərpası diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu il Ordubad şəhərindəki XIV əsrə aid olan “Buzxana” memarlıq abidəsində də təmir-bərpa işləri aparılacaqdır.
Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Buzxana” memarlıq abidəsində həyata keçirilməsi nəzərdə tutulan təmir-bərpa işlərinin layihəsinə baxmışdır.
Bildirilmişdir ki, binanın ümumi hündürlüyü 11 metrdir.
Abidənin əsas hissəsi yerin altında yerləşir.
Ali Məclisin sədri
təmir-bərpa işləri
zamanı tarixiliyin qorunub saxlanılması barədə tapşırıqlar
vermişdir.
* * *
Həmin
gün Ali Məclisin sədri Ordubad şəhərinin mərkəzindən
keçən Dübəndi
çayında aparılan
sahilbərkitmə işləri
ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, çay yatağının yuyulması
nəticəsində ərazidə
sürüşmə təhlükəsi
yaranmışdır. Ona gюrə də
hazırda burada sahilbərkitmə işləri
gюrülür,
suyun axınını
nizamlayan beton konstruksiyalar quraşdırılır.
Aşağı Əylis kəndində
kompleks quruculuq işləri gюrüləcəkdir
Bu il muxtar
respublikamızın kompleks
abadlaşan kəndləri
sırasına Ordubad rayonunun Aşağı Əylis kəndi də qoşulacaqdır.
Martın
11-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov Aşağı
Əylis kəndinə
gəlmiş, kənd
tam orta məktəbinin
yeni binasının layihəsinə baxmışdır.
Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət
məktəb binası
müasir tələblər
səviyyəsində tikiləcək,
sinif otaqlarında, fənn kabinələrində,
idman zalı və kitabxanada lazımi şərait yaradılacaqdır. Həmçinin məktəb müasir
informasiya və kommunikasiya texnologiyaları
ilə təmin ediləcək, şagirdlərin
istifadəsinə kompyuter
və elektron lюvhəli
siniflər veriləcəkdir.
Aşağı Əylis kəndində həyata keçirələcək
quruculuq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunacaq, kənddaxili yollar təmir ediləcək, elektrik və rabitə xətləri yenilənəcəkdir.
Obyektlərin layihəsinə baxan Ali Məclisin sədri inşaat işlərinə
başlanılması barədə
tapşırıqlar vermişdir.
Xalq qəzeti.- 2014.- 12 mart.- S. 4.