BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov martın 12-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdson ilə görüşmüşdür.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, QAK-ın Azərbaycandakı nümayəndəliyinin ölkəmizdəki uzunmüddətli və davamlı fəaliyyəti müsbət dəyərləndirilən görüşdə qeyd olunmuşdur ki, bu qurum ilə  Azərbaycan arasında mövcud səmərəli əməkdaşlıq bu günuğurla davam etdirilir. Azərbaycanın belə bir nüfuzlu qurumun İcraiyyə Komitəsinin üzvü olması da bunu təsdiqləyir.

Görüşdə Azərbaycan Hökumətinin digər ölkələrə də humanitar dəstək sahəsində göstərdiyi fəaliyyət, bu baxımdan görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan Hökuməti Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həllində böyük layihələr həyata keçirmişbu sahəyə əhəmiyyətli dərəcədə vəsait xərcləmişdir. Hökumətin bu addımı BMT QAK-ın və digər nüfuzlu beynəlxalq qurumların rəhbərləri tərəfindən də müsbət qiymətləndirilmişdir.

Görüşdə, həmçinin BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Hökumətinin dəstəyi ilə 2005-ci ildən başlayaraq hər il ölkəmizə səfər edərək qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxsləoftalmoloji  xidmət göstərən Yaponiyanın “Fuci Optikal  Ltd. şirkətinin doktoru Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyətinin apreldə ölkəmizə edəcəyi səfər, məcburi köçkünlərin problemlərinin öyrənilməsi, onların həlli yollarının axtarılması məqsədilə QAKn ölkəmizdəki nümayəndəliyi tərəfindən Azərbaycan hökuməti və bir sıra beynəlxalq və milli QHT-lərlə əməkdaşlıq şəraitində 2013-cü ildə məcburi köçkünlər arasında keçirilmişYaş, gender və müxtəlifliyin təşviqi müştərək qiymətləndirilmə”nin nəticələri də müzakirə edilmişdir.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə digər məsələlərlə yanaşı, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihələr və qarşıda duran vəzifələr,  nümayəndəliyin perspektiv planları, Azərbaycan hökumətinin  beynəlxalq humanitar təşkilatlara dəstəyi, onların fəaliyyətinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən məqsədyönlü şəkildə istiqamətləndirilməsi və s. məsələlər də müzakirə olunmuş, müvafiq rəy və təkliflər səsləndirilmişdir.

 

Xalq qəzeti. - 2014.- 13 mart.- S. 3.