Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq

 

Əli bəy Hüseynzadə - 150

 

Araşdırmaçıların bir qismi “Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq” triadasının  Cəmaləddin Əfqaniyə, bir qismi Yusuf Akçuraya, bir qismiZiya Gökalpa aid olduğu qənaətində israr edir. Triadanın Əfqaniyə, Akçuraya, yaxud Gökalpa aid oduğunu iddia edənlərə ən tutarlı cavabı 1924-cü ildə Ziya Gökalpın vəfatı ilə əlaqədar yazdığı “Ziya Gökalp haqqında xatirə və mülahizələr” məqaləsində Yusuf Akçuranın özü verirdi:

“Türkləşmək, islamlaşmaq, müasirləşmək... türkçülərin fəaliyyətində bir vəchə mahiyyətini haiz olan bu üçüz (üçlü) ümdənin əsl atası Hüseynzadə Əli bəydir. Məhz siyasət sahəsində, biri digərinə zidd kimi görünən türklük, islamlıq, osmanlılıq siyasətlərinin, bu üç tərzi siyasətin, qabili-təlif olduğunu Əli bəy iddia etmiş və “Füyuzat”ın 10 iyul ihtilalından əvvəl çıxmış nüsxələrindən birində “türklük, islamlıq və avropalılıq” qayələrinin məmzucən (sintez edərək, birləşdirərək) istehsalını tövsiyə eyləmişdi”.

1928-ci ildə də Yusuf Akçura həmin fikrində israrlıydı: “Əli bəy Hüseynzadənin bu üçlü düsturu, iyi bulunmuş məsud ümdələrdəndir; bu ümdə, türk aləminin hər tərəfinə yayılmış və ələlxüsus məşrutiyyətdən sonra İstanbulda çox işlənmişdir: Məsələn, Gök Alp Ziya bəy “Türkləşmək, islamlaşmaq, müasirləşmək” mövzusu üzərinə bir çox yazı yazmışdır”.

(Yusuf Akçuranın bu sözlərinə François GeorgeonGökalp qaynaq vermədən “istinsah” etsə də” sözlərini artırıb. “İstinsah etsə də” burada bir şeyə baxaraq eynisini yazsa da, (kopiya etsə də) anlamına gəlir).

Əli bəy Hüseynzadə çağdaş türk cəmiyyətini quracaq türk qanlı, islam imanlı, Avropa mədəniyyət tərzini mənimsəmiş fədainin mənəvi yapısını və səciyyəsini şəkilləndirərərək, türk aləminin yalnız bu dəyərlərə söykənən məfkurənin timsalında qurtuluşa qovuşacağına inanırdı.

 “Yaradılış etibarı ilə filosof təbiətli, dərvişməşrəb” olan Əli bəy Hüseynzadə gerçəkdən də öz sakit, təvazökar halı ilə düşüncələrdə çevriliş yaratdı. Milyonlarla insana sirayət edə bildi. Yüz ildir ki, türk dünyasının mənəvi problemləri onun yandırdığı çırağın işığında çözülür.

Türk hissiyyatı ilə mütəhəssis, islam diniylə mütədəyyin və Avropa mədəniyyəti-hazırasıyla mütəməddin” olmağa (Türk hissiyatı ilə duyğulu,  islam dininə bağlı, çağdaş Avropa mədəniyyət tərzini mənimsəməyə - A.T.) çağıran Əli bəy istisna olunarsa, ona qədər məsələni bu şəkildə düşünən və ifadə edən başqa biri yoxdur və elə buna görə də Əli bəy bu istiqamətdə birinci dahimizdir. Bütün türk dünyası miqyasında birinci dahi.

Türk-İslam-Avropa dəyərlərinin sintezindən hasilə gəlmiş bir cəmiyyəti hazırlamaq ideyası ona məxsusdur. İdeyanın ictimai təfəkkürə sirayət etməsi Əli bəy Hüseynzadə ilə başlanır: “Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə müraciət etmək istəyiriz, özlərinə deyil. Biz istəyiriz ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəyiriz ki, ölkəmiz onların beyinlərini həzm etsin. Yoxsa mədələrində həzm olunmasın”.

Hüseynzadə Avropaya necə yönəlməyin dürüst  sağlam yolunu belə nişan verirdi. İyirminci yüzilin əvvəllərində yeni məfkurəvi türk düşüncəsi dünyanın gələcəklərinə, bəşəriyyətin sabahlarına doğru belə yola çıxırdı.

Əli bəy Avropanın birləşə bilməsinin təməlində xristian qardaşlığının dayandığını bilirdi və elə buna görə də türklərin cahan  səhnəsindəki birliyini təmin edə biləcək ən qüvvətli amil kimi həm də islamı görürdü. Beynəlmiləl ümmət fəlsəfəmizi meydana çıxaran, islam dinini milli ideologiyanın tərkibində görüb dəyərləndirən, islam amilini milli triadanın guşə daşlarından biri kimi müəyyənləşdirənlərin sırasında  Əli bəy Hüseynzadə birincidir.

Əli bəyin qənaətinə görə, “türklərin külliyyatı etibarilə sair dinlərə meylistedad göstərməmələri və nadirən göstərənlərin isə milliyyət və qövmiyyətlərini qayıb edərək gah çinli, moğolhindulara, gah əqvami-nəsərayə qarışıb qayib olmaları və biləks türklərin ancaq müsəlmanlığa meyyalmüştaq bulunmaları və islamı qəbul etdikdən sonra bir tərəfdən aləmi-islamın mühüm bir rükn və istinadgahı sırasına keçmələri, digər tərəfdən də ancaqancaq bu dini mübin sayəsində öz qövmiyyət və milliyyətlərini mühafizə edib təmini bəqa edə bilmiş olmaları fövqəladə şayani-diqqət bir maddədir...”

1905-ci ildə Əli bəy Hüseynzadə millətin sağsol meyllərini təmsil edən iki amansız qüvvə ilə amansız bir mübarizəyə başlayırdı. Sağdakılar təzə və yenivarsa ona qarşı çıxan, millətin irəliləməsinə sədd çəkən mühafizəkarlar, soldakılar isə türk millətinin rəqiblərini kor-koranə təqlid etmək, birdən-birə irəli sıçramaq, özlərini qorxulu girdablara, uçurumlara atmaq istəyən zavallı təqlidçilər idi.

Birincilər islam dininin ruhuna vaqif olmayıb öz zövq və həvəslərinə uyğun bir halda qalmaq istəyənlər, ikincilər isə “islamda mədəniyyətə, tərəqqi və təkamülə xidmət edəcək bir şey yoxdur”, - deyənlər, Avropa cəhətindən əsən bütün yelləri, hətta zəhərli yelləri belə şəfaətbəxş hesab edənlər idi: “Bunlar bütün şu maddiyunluğun, dəhriyunluğun, iştirakiyunluğun mahiyyətlərinə özləri belə agah olmadan bu təriqi-fəlsəfiyyələri nəşrə çalışıyorlar!.. Nə böyük yanlışlıq!.. Biz arzu edəriz ki, bizim tərəfimizə baxıldıqda... türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar deyilsin. Yoxsa türklərin, müsəlmanların irtidad edib (dönüklük edib) firəngləşməsi, firənglərin ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk ya müsəlman tərəqqisi demək deyildir!..”

41 yaşlı Əli bəy Hüseynzadənin ümummilli mücadiləsi, çağdaş Azərbaycan, daha geniş anlamda bütün türk dünyası tarixində, bəlkə də, ilk ümummilli məfkurə savaşı belə başlanırdı: “Çirkablara daş atmalıdır, həm də doluncaya, yox edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır, qayalar yuvarlatmalıdır. Daş, qaya kafi deyildir. Oraları tibbin tövsiyə etdiyi zəhərli-zəhərli mikrob öldürücü məvaddi-əfniyyə ilə doldurmalı, üzərinə neft qazı tökməli, sonra da atəş yağdırmalı, ta ki, üfunətindən, üzviyyatı-sariyyəsindən bir əsər qalmasın! Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli - Avropa qiyafətli fədai!”.

1907-ci il idi, XX yüzil türk dünyasının milli ideoloyi düsturunu - türkləşmək, islamlaşmaq, müasirləşmək triadasını türk ictimai-siyasi fikrinə Əli bəy Hüseynzadə belə aşılayırdı.

 

***

 

1914-cü il dekabrın 11-də  M. Ə. Rəsulzadə “İqbal” qəzetində dərc etdirdiyi “Diyanət, milliyyət və məişət nöqteyi-nəzərindən kənd məktəbləri” məqaləsində yazırdı: “Mədəni yaşayış üçün üç əsas lazımdır: milliyyət, beynəlmilliyyət və əsriyyət. Milliyyətin rüknü ana dili, beynəlmilliyyətin əsası - din və əsriyyətin binası - əsrə hakim olan ülumfünun ilə məhəllinə görə onun vasitəsi olan dillərin öyrənməsidir. Vaxtilə möhtərəm Əli bəy Hüseynzadə əfəndi “Füyuzatdaislam əqidəli, türk qanlı və Avropa qiyafəli insan olalım” - demişdi ki, qəsdi də bu idi”.

Qafqaz türkləri” əsərində də M.Ə. Rəsulzadə mövcud qənaətini təsbit edirdi.

Mirzə Bala Məmmədzadə yazırdı: “İslam ümməti (milləti) dövründən (yəni hər kəsin özünü yalnız müsəlman hiss etdiyitürklüyünü, milliyyətini dərk etməmiş olduğu bir dövrdən) hənuz çıxmaqda olan Azərbaycan milli mühitini çalxalayan: qərbçilik - avropaçılıq, şərqçilik - islamçılıq və türkçülük - milliyyətçilik cərəyanlarını “türkləşmək, islamlaşmaq və müasirləşmək” şəklində ifadə edib formula halına salmağa müvəffəq olmuş Azərbaycanın böyük oğluböyük türkçü mərhum professor Əli bəy Hüseynzadənin (sonralar bu düsturu Ziya Gökalp İstanbulda işləmişdir) gərək dil, gərəksə fikir baxımından Rəsulzadə üzərində böyük təsiri olmuşdur”.

François Georgieon Yusuf Akçuradan bəhs edən məşhur “Türk milliyyətçiliyinin kökənləri” kitabında yazırdı: “Əslində, bu formulu kəşf edən Azərbaycan kökənli... Hüseynzadə Əli idibunu 1907-ci ildə, Bakıda yayımlanan “Füyuzat” dərgisindəki bir məqaləsində ortaya atmışdı”.

Yakob M. Landau daPantürkizm” əsərində eyni fikri davam etdirirdi: “Qafqazlı... Əli Hüseynzadə 1907-ci ildə “Füyuzat” dərgisində türk milliyyətçiliyinin amacını türkçülük, islamçılıq, avropaçılıq olaraq nişan verirdi. Onun yaklaşımı kəndi xalqı arasında milliyətçiliyin nətliyə qovuşmasında üç aşamayı yansıtdı. Bu üç aşama içində türkçülük ən zor və anlamlı ünsür oluyordu”.

Qərbçilik və türkçülüyü birləşdirən görüşün öndəri (Hilmi Ziya) Əli bəy Hüseynzadə Yusuf Akçuranın üçlü təsnifindəki osmanlıçılığın yerinə Avropalaşmaq qanadını təlim edir. Ziya Gökalpın əvvəllər yalnız islamçı, daha sonra yalnız qərbçi olan baxışlarında təshihlər edir. Qərbləşmə amilini çağdaş mədəniyyət tərzini mənimsəmək anlamına gətirərək ona mədəni düsturun daha ikivacib qolunu - türkləşmək və islamlaşmaq fəlsəfəsini də təlqin edir, nəzəri-metodoloji və siyasi istiqaməti müəyyənləşdirir: türkləşmək, islamlaşmaq və müasirləşmək.

Nəinki türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq, Əli bəyə qədər heç indiki anlamıyla türkçülük düşüncəsi mövcud olmayıb. Sonrakı mərhələdə Osmanlıçı-türkçü (və müəyyən mənada Əli Suavinin təmsil etdiyi) cəbhəni  qəbul etməyən yeni ədəbi cərəyanı da məhz Əli bəy Hüseynzadənin doğurduğu dalğa hasilə gəlirdi.

Yusuf Akçura yazırdı: “Əli bəy Hüseynzadənin ”şairanə turançılığı, 1908-ci ildən sonra İstanbulda digər turançıları, başlıca Ziya Gökalpı yaratmışdır". “Əli bəy Hüseynzadənin üçlü düsturu bütün türk dünyasında yeni üfüqlər açdı... Bu səssiz-səmirsiz inqilabçı məmləkətimizdə türkçülüklə xalqçılığın bir mürşidi idi” (Ziya Gökalp). Ziya Gökalpın üzərində Hüseynzadənin təsiri türkçülük tarixinin, bir başqası deyil, elə Ziya Gökalp tərəfindən “Türkçülük nasıl doğdu” məqaləsində etiraf olunmuş ən mühüm məqamlardan biridir.

Bay Mehmet Tevfiqə görə: “... Ziya Gökalp ilk şüurlu milliyyət fikrini Hüseynzadədən iqtibas edən (alan, istifadə edən) zümrə içində idi. Mərhumun farikaları arasında qədirşünaslıq da vardı. Hüseynzadənin fəzli-təqəddümünü (öncüllük, birincilik məziyyətini) elan etməkdən çəkinməz və haqqında çox dərin bir hörmət göstərərdi. Hüseynzadəyə “yalavac” (peyğəmbər, elçi) ləqəbini verən Ziya Gökalpdır”.

Türk milli ədəbiyyatının qurucularından Əli Canib Yöntəm “barmaqla sayılabiləcək alimlərdən” hesab etdiyi Əli bəy barədə 1962-ci ildə yazdığı məqaləni “Ziya Gökalpa türkçülüyü aşılayan adam - Əli bəy Hüseynzadə” adlandırmışdı. Hilmi Ziya Ülken isə əlavə edirdi ki:  “Hüseynzadənin sakin və ədəbi turançılığı Ziyada aktivmücadil Turançılıq şəklini almışdı”.

Səməd Ağaoğlunun qənaətini də xatırlatmaq yerinə düşür: “Dövrünün böyük mürşidi Ziya Gökalpaİslam ümmətindən, qərb mədəniyyətindən, türk millətindən olmaq" tezini Əli bəy Hüseynzadə ilham etdi”.

Amerikalı alim Tadeuş Svietoxovski ünlü yəhudi şərqşünası Uruel Heydin çox dəqiq və cəsarətli qənaətini xatırladır. Ona görə cəsarətli deyirəm ki, Heyd böyük milli şair Məhməd Əmin Yurdaqulu da Əli bəydən təsirlənən aydınların sırasında görüb: “Hüseynzadə Əli bəyin bir şerinin başlığı olan Turan imzası ilə yazdığı yazılar bir ovuc da olsa bəzi aydınları etkiləməkdə daha başarılı olmuşdu. Bunlar arasında Məhməd Əmin Yurdaqul və Hüseynzadəni ən önəmli müəllimlərindən biri olaraq görən, gələcəyin türkçülüyünün peyğəmbəri Ziya Gökalp ona çox şey borcludurlar”.

Əli bəy Qabriel de Tardenin  milliyyət fikri qəzetlə başlayır. Qəzet eyni lisanda danışan insanları publika halında toplayaraq onlara müştərək bir vicdan verirqənaətinin mahiyyətini bildiyi üçünbütün Rusiya islamlarının ilk yövmi (gündəlik) qəzetəsi olanHəyat”ın ilk saylarından başlayaraqtürk kimdir kimlərdən ibarətdir?” məsələsini qabartmaqla, əslində, türkçülüyün siyasi əsaslarını hazırladığını açıq şəkildə meydana qoyurdu.  Bu baxımdan, “Həyattürk düşüncəsinə istinad edən ortaq milli bir vicdanı yaratmağın ilk örnəyi hesab oluna bilər olunmalıdır.

Azərbaycan bayrağını mənalandıran üç ümdə amilin ideoloqu Əli bəy Hüseynzadədirməqaləsində İldəniz Qurtulan yazırdı: “Üç amili bir prinsip kimi irəli sürən ilk ideoloq böyük dahimiz Əli bəy Hüseynzadədir”.  Əli bəy Hüseynzadənin belə bir təşəbbüsdə olduğunu hələ 1928-ci ildəMəktubi-məxsus”u incələyən Yusuf Akçura görüb dəyərləndirmişdi: “Əli bəy... müzakirələrdə iştirak edən tərəflərin tezis antitezislərini yüksək bir sintez halında birləşdirmək istəmişdir”.

Əslində, birləşdirmişdir.

Əhməd Cəfəroğlunun yazdıqlarını bir qədər fərqli şəkildə belə səsləndirmək olar: “Bu ixtiyar imanlı türkçü”, bu üçlü məramla milli istiqlalın fikri mücadiləsinin əsas qanununu - “Ana Yasasını meydana qoymuşdur”.

 

Azər TURAN

 

Xalq qəzeti.- 2014.- 13 mart.- S. 5.