Mətbuat nümayəndələrinin Masallıya infoturu

 

  Son illərdə mətbuat nümayəndələri ilə maraqlı görüşlərin keçirilməsi Masallı rayonunda ənənə halını almışdır. Bu günlərdə respublikaregion media nümayəndələri, həmçinin ayrı-ayrı agentliklərin jurnalistləri üçün təşkil olunan infotur da belə tədbirlərdəndir.

İnfotur çərçivəsində qonaqlar Heydər Əliyev meydanını, Qəhrəmanlar və Nizami Gəncəvi parklarını gəzmiş, Mədəniyyət və Gənclər Mərkəzləri ilə tanış olmuş, Masallı Regional TaekvandoBoks Mərkəzlərində məşqlərə baxmış, Bayraq meydanı və muzeyinin tikintisi ilə, ASAN xidmətinin regional mərkəzinin inşa olunacağı sahələrdə olmuşlar. Jurnalistlərlə ziyalıların görüşü açıq dialoq,  səmərəli fikir mübadiləsi şəraitində keçmişdir. Qonaqlar əvvəlcə Masallının iqtisadi inkişafından bəhs edən filmə baxmışlar. Sonra Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev son illər   əhalinin həyat səviyyəsinin yüksəldilməsi, mənəvi dəyərlərin  qorunması istiqamətində atılan addımlardan danışmışdır. 

Məktəb direktoru Yeganə İsmayılova, Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənov, dövlət qulluğu veteranı Ələşrəf Niftiyev, Mətbuat Yayımı şöbəsinin müdiri Əbülfəz Nuriyev və başqalarının çıxışlarında insan həyatında mətbuatın böyük rolu olduğu vurğulanmışdır. Təəssüflə qeyd edilmişdir ki, bəzi qəzet və saytlarda reallıqdan uzaq, yalan, böhtan dolu yazılar dərc olunur.Elə bu tədbirdən də əsas məqsəd rayonla bağlı əsl həqiqətlərə doğru-düzgün güzgü tutulmasına nail olmaqdır. KİV işçiləri Azad Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında Masallıda görülmüş işləri təqdir etmiş, göstərmişdir ki, bu inkişaf ölkə rəhbərliyinin regionlara göstərdiyi qayğının nəticəsidir. Jurnalistlər də infoturla bağlı təəssüratlarını bölüşmüş, arzu və istəklərini ifadə etmişlər. Görüşdə Masallı ilə bağlı məsələləri real işıqlandıran jurnalistlərin bir qrupuna fəxri fərmanlar və mükafatlar verilmişdir. “Xalq qəzeti”nin bölgə müxbirimükafat alanlar sırasında olmuşdur. Eyni zamanda yoxlanılmamış faktları mətbuat səhifələrinə və saytlara çıxaran, qərəzli və böhtan xarakterli yazılarla ictimai rəyi çaşdıran bəzi onlayn informasiya vasitələri  üçün üstündə “yalançı” sözü yazılmış qutuların “hədiyyə” seçildiyi bildirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov infotur iştirakçıları ilə nahar süfrəsi arxasında  görüşmüş, ölkədə siyasi plüarizmin təmin edilməsini, KİV-in sərbəst fəaliyyətinə əlverişli şəraitin yaradılmasını dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirmiş,  mətbuata dövlət dəstəyindən danışmışdır. Rayonda görülən işlər və  perspektiv vəzifələr barədə geniş məlumat verən natiq bildirmişdir ki, başlıca hədəf ölkə rəhbərinin dəstəyi ilə abadlıq istiqamətində görülən tədbirlər nəticəsində yaxın üç il ərzində rayonda həll edilməmiş hər hansı sosial problemin  qalmamasıdır. Zəruri olan budur ki, görülən işlər obyektiv işıqlandırılsın, tənqid arqumentli olsun və həqiqət ölçüsü media təmsilçiləri tərəfindən heç vəchlə itirilməsin.

 

 Ə.ƏLİYEV

 

Xalq qəzeti.- 2014.- 13 mart.- S. 5.