LondondaBakı prosesi”nin 5 illik yubileyi keçirildi

 

 LondondaBakı prosesi”nin 5 illik yubiley mərasimi Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçirilmişdir. Bu barədə Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının, Ərəb Liqası Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad Sosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin Böyük Britaniya parlamentinin üzvləri, bu ölkənin nüfuzlu siyasətçiləri elm xadimləri iştirak etmişlər. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bildirmişdir ki, son illərdə dünya xalqları arasında dialoqun təşviqi inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu, ilk növbədə, ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlıdır Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir.

Qeyd edilmişdir ki, real coğrafi geomədəni imkanlara malik olan Azərbaycan, eyni zamanda, həm Avropa Şurasına, həm İSESCO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm İslam dövlətləri, həm Qərb ölkələri ilə dostluq əməkdaşlıq münasibətləri vardır. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu səbəbdən müxtəlif mədəniyyətlərin qitələrin qovuşuğunda yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm mədəniyyətin zənginliyiBakı prosesiçərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir.

Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs QarayevBakı prosesi”nin mahiyyəti tarixi haqqında ətraflı məlumat vermişdir. Nazir bildirmişdir ki, “Bakı prosesi” 2008-ci ilin dekabrında paytaxtımızda keçirilmiş Avropa ona qonşu regionların mədəniyyət nazirlərinin konfransında irəli sürülmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 İslam ölkəsinin iştirak etməsi ilə yeni bir formatın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraqMədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsiqəbul edilmiş, beləliklə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutanBakı prosesi”nin bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilənSənətçilər dialoq naminəlayihəsinin əsası qoyulmuşdur.

Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər verdiyi tövsiyələrBakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olmuşdur.

Ə.Qarayev qeyd etmişdir ki, “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə İslam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi dəvət olunmuşdur. Konfransda Avropa Şurasına üzv dövlətlərlə İslam Konfransı Təşkilatına üzv dövlətlərin iştirakı iləMədəniyyətlərarası dialoqmövzusundadəyirmi masakeçirilmiş birgə kommünike qəbul edilmişdir. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlamış BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edilmişdir. Prezident İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş birinci ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları haqqında məlumat verən Ə.Qarayev bildirmişdir ki, bu möhtəşəm tədbirlər UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə reallaşmışdır.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Forum hər iki ildən bir Azərbaycanda keçirilir, 2015-ci ildə planlaşdırılan Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ciddi layihə proqramlarla hazırlıq gedir. Daha sonra BMT-nin Sivilizasiyalar Alyansının strateji məsələlər üzrə müşaviri Jan Kristof Bas, UNESCO-nun sülh qeyri-zorakılıq mədəniyyəti üzrə sektorlararası platformasının rəhbəri xanım Katerina Stenou, Dünya Turizm Təşkilatının Orta Şərq üzrə regional direktoru Əmr Abdel-Qaffar, İngiltərənin ən böyük İslam Mədəniyyət Mərkəzinin (İMM) baş katibi Əhməd Dubayan başqalarının iştirakı ilə mövzuya dair müzakirələr aparılmışdır. Tədbirdə ölkəmiz haqqında film nümayiş etdirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə 2011 2013-cü illərdə Bakıda keçirilmiş birinci ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları növbəti Üçüncü Dünya Forumunun prioritetləri təqdim edilmişdir. Həmçinin tədbir çərçivəsində Azərbaycanın mədəniyyətini, adət-ənənələrini turizm imkanlarını təbliğ edən broşürlar paylanılmışdır.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 15 mart.- S. 6.