Xəzər rayon məktəbliləri biliklərini nümayiş etdirmişlər
Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun orta ümumtəhsil məktəbləri şagirdləri arasında “Breyn- Rinq” intellektual oyunu təşkil edilmişdir.
“Azərbaycan Gəncliyi - 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək, şagirdlərin intellektual və mədəni səviyyəsini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli təşkil etmək, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha dərindən öyrənmək, ümumbəşəri və milli dəyərlərə yiyələnmək, şagirdlər arasında ünsiyyət əlaqələrini gücləndirmək məqsədilə təşkil edilən belə yarışlar rayonda artıq ənənə halını almışdır. Budəfəki “Breyn-Rinq” intellektual oyununun rayon mərhələsində orta məktəblərdən 20 komanda iştirak etmişdir.
Yekun nəticələrə görə, birinci yeri 123 saylı orta məktəbin komandası qazanmışdır. İkinci və üçüncü yerləri 136 və 125 saylı orta məktəblərin şagirdləri tutmuşlar.
Leyla QURBANOVA
Xalq qəzeti.- 2014.- 15 mart.- S. 7.