Qaçqın və məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda mühüm vəzifələr qarşıya qoyulmuşdu. Bunun davamı olaraq ölkə rəhbəri 2007-ci il 31 oktyabr və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə bu istiqamətdə daha mükəmməl və qlobal işlərin görülməsi üçün böyük perspektivlər açdı... Ölkə rəhbərinin fərman və sərəncamları, ardıcıl qayğı və diqqəti, göstəriş və tövsiyələri nəticəsində bu istiqamətdə çox mühüm işlər görüldü, böyük uğurlar qazanıldı.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məlumatlarından və “Xalq qəzeti” redaksiyasına daxil olan məktublardan, müraciətlərdən, rəy və təkliflərdən məlum olur ki, bu istiqamətdə xeyli görülmüşdür.

Keçən ilin aprelində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli 13 yaşayış binası, eləcə də Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsinə inşa edilmiş 9 mərtəbəli 10 evsentyabrda Bərdə rayonunda 870 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli 15 yaşayış binası istifadəyə verilmişdir.

Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin yataqxanalarında və Bakının Binəqədi rayonunda, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri çətin şəraitdə yaşayırdılar. Onlar, ümumilikdə 1440 ailə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində tikilmiş təzə evlərə köçürülmüşdür. Mingəçevir şəhərindəki fin tipli qəsəbədə və orta məktəb binalarında müvəqqəti məskunlaşmış 502 ailə isə həmin şəhərdə yeni inşa edilmiş yaşayış kompleksində rahat mənzillərlə təmin edilmişdir.

Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 ailə üçün tikilmiş evlərdə rahat mənzillərlə təmin edilmişdir. Qəbələ rayonunda məskunlaşmış 155 ailəyə orada inşa edilmiş 5 mərtəbəli 2 evlə, Bərdədə məskunlaşmış 870 ailə isə yeni yaşayış kompleksi ilə təmin olunmuşdur. İsmayıllı rayonunda 45 məcburi köçkün ailəsi, İmişli rayonunda 225 ailə yeni salınmış qəsəbələrə köçürülmüşdür.

Eləcə də Gəncə şəhərində 5 mərtəbəli 25 yaşayış binası və 500 yerlik Mədəniyyət Sarayı, İncəsənət məktəbi və s. yardımçı binalar 1500 məcburi köçkün ailəsinin istifadəsinə verilmişdir.

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 80 ailəyə 1 ədəd və Balakən rayonunda 45 ailəyə 1 ədəd 5 mərtəbəli yaşayış evləri tikilmişdir. Eyni zamanda, Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün 300 şagird yerlik yeni binanın tikintisibaşa çatdırılmışdır.

Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində 160 ailə üçün 2 ədəd, Qaradağ rayonununÜmid” qəsəbəsində 1-ci mərhələdə 200 ailə üçün 3 ədəd 5 mərtəbəli yaşayış binalarının tikintisi başa çatmaq üzrədir. Bu istiqamətdə kompleks işlər görülür. Belə ki, 6 rayonda 2330 məcburi köçkün ailəsinin, o cümlədən Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230 (birinci mərhələdə 89), Ağdam rayonunda 632, Bərdə rayonunda 1700 (birinci mərhələdə 588), Göygöl rayonunda 600 və Beyləqan rayonunda 320 məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələrin tikintisinə diqqət artırılmışdır.

Mingəçevir şəhərində 1500, Sabunçu rayonunda 800, Pirallahı rayonunda 330, Füzuli rayonunda 400, Sabirabad rayonunda 440, Qazax rayonunda 300, Beyləqan rayonunda 146 ailəlik yaşayış məntəqələrinin salınması üçün layihə-smeta sənədlərinin hazırlanması istiqamətində kompleks işlər görülür.

Qeyd edək ki, Bakı şəhərindəki yataqxanalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi istiqamətində çox mühüm işlər görülür. Məcburi köçkünlər üçün Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisindən 500 hektar torpaq sahəsi alınmış, burada kompleksin baş planının hazırlanmasına dair layihə tapşırıqları, layihə-axtarış işləri görülmüşsmeta sənədləri hazırlanmışdır. Artıq birinci mərhələnin layihə işləri ilə bağlı müqavilə də bağlanmışdır.

Onu da qeyd edək ki, dövlət büdcəsində nəzərdə tutulan 3,5 milyon manat investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün 114 evin tikintisibaşa çatdırılmışdır.

Sevindirici haldır ki, 2013-cü ildə 5741 ailə və ya 28700 nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu da 2012-ci ilə nisbətən 1188 ailə və ya 5935 nəfər çoxdur.

Beləliklə, bir il ərzində 292 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınmış, 2736 şagird yerlik 5 məktəb inşa edilmişdir. Həmçinin, 4 uşaq bağçası, 5 tibb məntəqəsi, 4 klub - icma mərkəzi, 4 inzibati bina tikilib istifadəyə verilmişdir. Bundan əlavə, 30,7 kilometr yol, 54 kilometr su xətti, 117 kilometr elektrik xətti, 42 kilometr qaz xətti, 8 kilometr istilik xətti, 25 kilometr kanalizasiya xətti çəkilmiş, müxtəlif həcmə malik 18 su anbarı, 9 nasos stansiyası, 18 komplekt transformator yarımstansiyası inşa edilmiş, 22 ədəd yüksəkgərginlikli transformator quraşdırılmışdır. Tikinti, quraşdırma və abadlıq işlərinin görülməsi üçün Dövlət Neft Fondundan 300 milyon manat, büdcədən və investisiya xərclərindən isə 68 milyon manat olmaqla 368 milyon manat vəsait ayrılmışdır. Bu da 2003-cü ilə nisbətən 18 dəfə çoxdur.

Ümumiyyətlə, müqayisə etsək, son 10 il ərzində 2,2 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 37 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu da indiyədək yeni salınmış qəsəbələrə köçürülənlərin 92 faizini təşkil edir.

 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış 1585,4 milyon manat vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmışdır.

Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 7 musiqi və incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 45 mədəniyyət mərkəzi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilmiş, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr elektrik, 333 kilometr qaz xətti çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

İndiyədək 40 min ailə və ya 180 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2013-cü ildə ayrılmış 91,29 milyon manat vəsait müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir. Dövlət büdcəsindən 2013-cü il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədi ilə ayrılmış 113,4 milyon manat vəsait məcburi köçkünlərə bankomatlar vasitəsilə çatdırılmışdır.

Görülmüş ümumi işlərdən əlavə, nazirlik, komitə, şirkət, konsern, səhmdar cəmiyyətlər, eləcə də idarə və müəssisələr tərəfindən bayramlarda məcburi köçkünlərə 5 milyon manat həcmində müxtəlif yardımlar göstərilmiş və xeyriyyə tədbirləri həyata keçirilmişdir.

Onu da qeyd etmək olar ki, soba yanacağının alınması üçün təsdiqlənmiş 5,2 milyon manat vəsait hesabına payız-qış mövsümündə hər ailəyə ayda 40 litr olmaqla, 50 min məcburi köçkün ailəsinə neft paylanılmışdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 18 rayon (şəhər) icra hakimiyyətinə 553,1 min manat, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında isə 31 ailəyə 36,7 min manat, cəmi 589,8 min manat məbləğində humanitar yardım verilmişdir. Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış, özlərindən asılı olmayan səbəblərə görə yerlərin itirmiş və işlə təmin olunmamış 11 min nəfərdən çox məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir. Onların müvəqqəti məskunlaşdıqları 72 obyektdə cari təmir işləri aparılmışdır.

Dövlət Komitəsinin nəzdində olan aqrar sənaye və aqrar fermer təsərrüfatları tərəfindən son bir ildə 1 milyon 10 min manatlıq sənaye malları istehsal edilmişdir. 25651 şəxsə məcburi köçkün statusumüvafiq vəsiqə verilmişdir.

Ötən ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti məskunlaşma obyektlərinə 50 ədəd müxtəlif markalı güc tranformatoru, 44 ədəd artezian və digər su nasosu, 4370 metr güc kabeli, 82,5 min metr elektrik naqilibaşqa yardımçı avadanlıq və müvafiq materiallar verilmişdir.

Keçən il qaçqın və məcburi köçkün soydaşlarımızın sosial problemlərinin həlli üçün ayrılmış 637 milyon manat vəsaitdən 299 milyonu büdcə, 300 milyonu Dövlət Neft Fondunun, 24 milyonu beynəlxalq təşkilatların və 14 milyonu digər təşkilatların vəsaiti hesabına olmuşdur. Bu da 2003-cü illə müqayisədə 528 milyon manatya 5,8 dəfə çoxdur.

Beləliklə, 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,4 milyard manat həcmində vəsait sərf olunmuşdur. Ondan 2 milyard manatı dövlət büdcəsinin, 1,5 milyard manatı Dövlət Neft Fondunun və 0,9 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. Onu da qeyd edək ki, bu vəsaitin 84 faizi, yaxud 3,7 milyard manatı son 10 ildə istifadə olunmuşdur.

Dövlət proqramının məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğunun azaldılması üzrə 2-ci bölməsində nəzərdə tutulan tədbirlərlə əlaqədar yeni yerlərinin yaradılması daim diqqət mərkəzində saxlanılır.

Belə ki, hesabat dövründə 1985, o cümlədən məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə 750 nəfər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyionun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 2244 nəfər daimi işlə, 4404 nəfər isə mövsümi işlə təmin olunmuşdur. 570 nəfərə işsiz statusu verilmiş, 615 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 455 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 185 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.

Onu da qeyd edək ki, son 10 il ərzində 86,8 min nəfər müvafiq işlə təmin edilmiş, 4,340 nəfərə işsiz statusu verilmişdir. 2716 nəfər peşə hazırlığı kurslarına, 1,901 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 16 min ailəyə ünvanlı sosial yardım verilmişdir.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 10 ildə 1841 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 37,2 milyon manat, o cümlədən 2013-cü ildə 307 məcburi köçkün sahibkara 5 milyon manat güzəştli kredit verilmişdir.

Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanılmış kredit sazişi (“Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi”) üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 2013-cü ildə respublikanın 16 şəhər və rayonunda dəyəri 2,58 milyon manat olan müxtəlif növ 31 icma mikrolayihəsi icra edilmişdir. Bu icma mikrolayihələrinin icrası nəticəsində 16 min nəfər faydalanmışdır. Ümumilikdə, həmin saziş üzrə 310 min nəfərin faydalandığı (bunun da 83 faizi məcburi köçkündür) və dəyəri 30 milyon manat təşkil edən 520 müxtəlif növ mikrolayihə icra edilmişdir.

Ötən bir ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 688 nəfərə ümumi məbləği 1,38 milyon manat təşkil edən mikrokredit verilmişdir. 10,8 min nəfər məcburi köçkünə verilmiş mikrokreditin məbləği 7,7 milyon manat olmuşdurbu proqramlardan 46 min nəfər məcburi köçkün faydalanmışdır.

“Azərenerji” ASC tərəfindən ümumilikdə 97630 mənzildə elektrik sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda fərdi evlərdə 60800, yığcam məskunlaşma obyektlərində isə 33300 mənzildə, ümumilikdə - 94100 ədəd (96,4 faiz) elektrik sayğacı quraşdırılmışdır. Bunlardan 32500 ədədi (34,5 faiz) “smart-karttipli sayğaclardır. “Bakıelektrikşəbəkə” ASC tərəfindən fərdi və yığcam yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması 100 faiz başa çatdırılmışdır.

Dövlət proqramı üzrə bu istiqamətdə kompleks işlərin görülməsi davam edir.

 

İsaq ƏMƏNULLAYEV

 

Xalq qəzeti.- 2014.- 16 mart.- S. 3.