Səmimiyyət
nümunəsi
O gün görüşəcəkdik... Vədələşmişdik ki, həmin gün redaksiyada görüşək. Əslində, “görüşdük”... Həmişəki kimi, heç birimiz vədimizə xilaf çıxmadıq. Lakin redaksiyada yox..,
Əmircan qəbiristanlığında...
Səhər tezdən işə gələrkən aldığımız bəd xəbər hamımızı sarsıtdı: İbrahim dünyasını dəyişmişdi! Heç vaxt ağlımıza gəlməzdi ki, onun yoxluğu ilə qarşılaşacağıq, özü də belə tez. İnsanları sarsıdan da çox vaxt bu olur: ölümündən ehtiyat etdiklərimizin deyil, etmədiklərimizin ölüm xəbəri...
Artıq bundan sonra dostları, yaxınları, 14 mart tarixini heç vaxt xoş bir gün kimi xatırlaya bilməyəcəklər. Bu tarixdə “Xalq qəzeti”nin kollektivi olaraq, biz bir dostumuzu, sevimli həmkarımızı itirdik. Təbii ki, dərin yasa batmış kollektivdə heç kəs bu acı sonluğa inanmaq belə istəmirdi. Lakin bu, həqiqət idi. Nə qədər acı olsa da barışmalı idik. Biz onu itirmişdik... O gün bütün dostları, tanışları, yaxınları onun aramızdan vaxtsız, cavan ikən köçməsinə göz yaşı axıtdı...
O, xaraktercə bütöv insan idi, yarımçıqlığı xoşlamazdı: ürəkdən sevərdi, ürəkdən nifrət edərdi, ürəkdən sevinərdi, ürəkdən gülərdi.., ürəkdən də vəfat etdi.
Bəli, comərdliyinə, səmimiyyətinə,
ağlına hörmət bəslədiyimiz bir
Azərbaycan oğlunu itirdik.
Nə etmək
olar... Görünür, bu da bir tale qisməti imiş. İbrahim iki ay da yaşasaydı, dost-tanış
yığışıb onun
37 yaşını qeyd
edəcəkdi. O, 1977-ci il mayın
14-də (Qəribəliyə bax: mayın 14-də dünyaya gəldi, martın 14-də isə dünyasını dəyişdi)
Qərbi Azərbaycanın
Ağbaba mahalının
Göllü kəndində
anadan olmuşdu. 1998-cü ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsini,
2006-cı ildə Azərbaycan
Memarlıq və İnşaat Universitetininin
mühəndis iqtisadiyyatı
fakültəsini bitirmişdi.
2007-ci ildə Azərbaycan Qafqaz Univesiteti biznesin təşkili və idarəedilməsi fakültəsinə
qəbul olmuş,
2009-cu ildə magistratura
pilləsini fərqlənmə
diplomu ilə başa vurmuşdu.
İbrahim qeyri-adi insan idi. İnsanlarla münasibətində ədalət prinsiplərinə
dəqiqliklə əməl
etməyə çalışardı.
İradı da elə bildirərdi ki, qarşı tərəfi ümidsizliyə salmasın,
xətrinə dəyməsin.
Son dərəcə əməksevər idi.
Ən gərgin iş saatlarında belə kabinetinə daxil olan insanlara
qarşı alicənablığını
itirməzdi. Eşitdiyimizə görə, prorektor
təyin olunduğu Sumqayıt Dövlət Universitetində də mehriban, səmimi, işgüzar mühit yaratmışdı. İşə çox böyük enerji sərf edər, başladığı
işi yeni uğurlu təməllər
üzərində qurmaq
üçün həvəslə
çalışırdı. Buna görə də
qısa müddət ərzində kollektivin, rəhbərliyin etimadını
qazanmışdı. Bir
sözlə, o, əsl
insan idi...
Mərhum xalq şairimiz
Cabir Novruzun “Sağlığında qiymət
verin insanlara” şeirini oxuyanda bu fani dünyadan
nakam getmiş, hələ sağ ikən dəyəri, qədri bilinməmiş şəxslər göz önündə canlanır.
Belə hallar həmişə olmuş və olacaqdır. İnsanlar bəzən
hətta özlərinə
ən yaxın adamları belə sağ ikən qiymətləndirməyə tələsmirlər.
Bu dünyadan köçəndən sonra
isə onlar haqqında ağız dolusu danışmağa başlayır və bununla sanki mərhum
qarşısında borclarını
ödədiklərini sanırlar.
Sağlığında dəyəri verilməmiş
insanın öləndən
sonra haqqında deyilən ən xoş sözlər isə nə qədər cəlbedici görünsə də, bir o qədər də mənasız alınır.
Bu baxımdan o, şanslı
idi, ona görə ki, onun dəyəri hələ sağlığında
verilmişdi. İbrahim layiqli ömür
sürdü. Çalışdı, öyrəndi, əziyyət
çəkdi, illərini
mətbuat orqanlarında
keçirdi, “Respublika”
qəzetində, daha sonra isə “Xalq qəzeti”ndə işlədi. Baş redaktorun
müavini vəzifəsinədək
yüksəldi. AMEA Z.M. Bünyadov adına
Şərqşünaslıq İnstitutunun doktorantı
oldu. Ay yarım bundan əvvəl Sumqayıt Dövlət Universitetinin prorektoru vəzifəsinə təyin
edildi. Müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakçı oldu, çıxışlar etdi.
Yəni, o, sağlığında
qiymətləndirilməmək kimi bir mənəvi
problem yaşamadı. Daim işlədiyi
müəsisələrdə sevildi, seçildi, hörmət-izzət sahibi
oldu. Üstəlik, Tanrı ona
xoşbəxt ailə
sahibi, iki gül balanın atası olmaq kimi şərəfli hiss də yaşatdı.
Yaşına görə sanballı
məqama, əhəmiyyətli
uğurlara sahib olmuşdu. Lakin onun çatışmayan
bir şeyi var idi. Vaxtı.
O, bunu bilməsə də, tale onun barəsində öz hökmünü vermişdi.
Amma o, az müddətdə əsl Azərbaycan oğluna yaraşan xasiyyəti ilə, karyerasındakı
uğurlarla özünü
sübut etməyi bacardı. Taleyi qısa, ömür
yolu isə zəngin oldu.
Sosial şəbəkələrdə onun vəfatı barədə xəbərləri
paylaşdıqdan dərhal
sonra tanışların,
yeni insanların, hətta həyatda görüşmədiyi bəzi
virtual dostların üzüntülü
reaksiyası “isti-isti”
özünü büruzə
verdi. Onlardan birini
diqqətə çatdırmaq
istərdik. Gənc
tədqiqatçı-alim Yusif
Əliyev yazır: “Onun şəklini görər-görməz düşündüm
ki, yəqin, dostumuz növbəti uğura imza atıb, yüksək vəzifəyə təyinat
alıb. Nə biləydim ki, İbrahim
Allahın dərgahına
yüksəlib. Onun ömrünün
37-ci ilində ölümü
qəlbimizə 37-ci illərin
dağı qədər
dağ çəkdi.”
Bəli, bu, həqiqətdir ki, İbrahim Nizami oğlu Ömərov belə tezliklə “əlvida” deyiləcək insan deyildi. O, səmimiyyətin özü
idi...
Həyatın kimə aman
verməsi ilə, kiminlə amansız davranması haqqında ədalət mühakiməsi
qurmadan ailəsinə,
yaxınlarına, dost-tanışlarına
“Başınız sağ
olsun” deyirik. Uca Allahdan İbrahimin ruhuna rəhmət diləyirik.
Anar TURAN
Xalq qəzeti.- 2014.-
16 mart.- S. 6.