Müharibə əlillərinə dövlət qayğısı və diqqət getdikcə artır

 

Əlimizdən gələni edəcəyik ki, müharibədən əziyyət çəkmiş, öz sağlamlığını, yaxınlarını itirmiş insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunsun.

 

İlham  ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

 

Əhalinin başqa təbəqələri ilə müqayisədə əlillərin  sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə daha çox  möhtac olduğunu nəzərə alan Azərbaycan dövləti onlara xüsusi diqqət və qayğı  göstərir. Bu mənada, artıq 23 ildir ki, müstəqillik yolunda qətiyyətlə irəliləyən Azərbaycan Respublikasında ölkəmizin ərazi bütövlüyü uğrunda savaşlarda iştirak edərək əlil olmuş insanların, o cümlədən Böyük Vətən müharibəsi iştirakçılarının sosial-məişət qayğılarının həlli  xüsusilə diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərman imzalaması da bundan xəbər verir.

Qeyd edək ki, Prezident fərmanına əsasən, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilironun aylıq məbləği 60 manat müəyyən olunub. Təsis edilən təqaüdü dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir.

Dövlət başçısı “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmanda dəyişiklik edilməsi barədə də sənəd  imzalayıb. Buna  əsasən, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyən edilib.

Digər tərəfdən,  Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana da dəyişiklik edilib. İmzalanan sənəddə qeyd edilir ki, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə ordenmedallarla təltif edilmiş şəxslərin, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində ordenmedallarla təltif edilmiş şəxslərin, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinin, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayandöş nişanı ilə təltif edilmiş şəxslərin, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərin və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmanda “37” rəqəmləri “45” rəqəmləri ilə əvəz edilib.

Göründüyü kimi, müharibədə fiziki sağlamlığını itirənlər də, döyüşlərdə şəhid olanların ailələri də müstəqilliyin bəhrəsini dövlətin qayğısı ilə təmin olunmaqla görürlər və bu, bir daha göstərir ki, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasət, ümumilikdə, əhalinin bütün fərdlərinin həyat şəraitinin yaxşılaşdırılmasına istiqamətlənib.  Təbii ki, bu, ictimaiyyətin də diqqətindən yayınmır və xalq arasında böyük coşqu ilə qeyd olunan axır çərşənbə günündə ölkə başçısının müharibə əlillərinin sevincinə səbəb olan fərmanlar imzalaması alqışlarla qarşılanır. Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev də Azərbaycan Prezidentinin müharibə əlillərinə daim göstərdiyi diqqət və qayğıdan söhbət açaraq dedi:

– Ölkəmizdə hər kəs bilir ki, Azərbaycan dövləti müharibə veteranlarının, şəhid ailələrinin və müharibədə sağlamlığını itirmiş insanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir. Bildiyimiz kimi, Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə böyük nailiyyətlər əldə olunub. O cümlədən, müharibə veteranlarının, şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də əhəmiyyətli irəliləyişlərə nail olunub. Qarabağ müharibəsi əlillərinə, veteranlarımıza və şəhid ailələrinə diqqət və qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 1994-cü il avqust ayının 26-da ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” fərman imzalandı. Bu fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənilməsi istiqamətində ilk addım oldu. Bundan sonra qısa zaman ərzində müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi.

Bu gün isə həmin siyasət yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Heç bir əlilin, şəhid ailəsinin gücünün çatmadığı məsələləri dövlət öz üzərinə götürüb və qısa müddətdə həll edir. Bunlardan birincisi mənzil təminatı məsələsidir. Qeyd etməliyik ki, 1997-ci ildən etibarən dövlət ardıcıl surətdə bu istiqamətdə işlər görür, müharibə əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən mənzillər verilir. Ötən zaman ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Bunlar paytaxtda, həmçinin, respublikamızın digər bölgələrində yaşayan insanlardır. Bakının Binəqədi, Yasamal, Sabunçu, Qaradağ və Suraxanı rayonları, eləcə də Abşeron, Beyləqan, Yevlax, Quba, Samux, Göygöl, Ağcabədi, Qəbələ rayonları ərazisində, Gəncə şəhərində bu kateqoriyadan olan insanların mənzillərlə təmin edilməsi davam etdirilir. Bu, davamlı bir prosesdir və gələcəkdə də növbədə duran Qarabağ əlilləri və şəhid ailələrinin mənzil təminatı istiqamətində tədbirlər reallaşdırılacaq.

Digər tərəfdən, müharibə veteranlarının, əlillərin pensiyalarının, şəhid ailələrinə ödənən müavinətlərin həcmi demək olar ki, ildən-ilə artırılır. Azərbaycan Prezidentinin imzaladığı son fərmanlarda da bu artımlar nəzərdə tutulub.  Bundan başqa, əlillərimizin minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Bəzən kimlərsə bu məsələdə bilərəkdən, ya da bilməyərəkdən manipulyasiya etməyə çalışır. Qeyd etmək istəyirəm ki, bu minik avtomobilləri bütün Qarabağ əlillərinə düşmür. Bu, yalnız hərəkət - dayaq sistemi pozulmuş əlillərə verilir. Bu haqqa sahib olan hər kəsə isə pulsuz avtomobillər paylanır. Əvvəllər bu avtomobillər müqavilə əsasında Rusiyadan alınırdı. Rusiyadakı zavod bağlandıqdan sonra bir müddət Ukraynadan belə avtomobillər ölkəyə gətirildi. Hazırda isə Naxçıvan Muxtar Respublikasında istehsal olunan “NAZ - Lifan” avtomobilləri hərəkət-dayaq sistemi pozulmuş bütün əlillərə paylanır.

Məlum olduğu kimi, müharibə əlilləri üçün Prezident təqaüdü təsis olunub. Bu isə həmin insanların dövlət qarşısında xidmətlərinin yüksək qiymətləndirildiyini göstərir. Dövlət başçısının son fərmanı ilə  həmin təqaüd daha da artırıldı.  Həmçinin, bildiyimiz kimi, dövlət şəhid ailələrinin övladlarını ödənişli təhsildən azad edilib. Əgər həmin ailələrin uşaqları ali məktəblərdə ödənişli təhsil almaq haqqı qazanırlarsa, dövlət həmin vəsaiti özü ödəyir. Bütün bunlara görə mən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin bütün üzvləri adından cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edironun humanizmə söykənən daxilixarici siyasətini bundan sonra da tam gücümüzlə dəstəkləyəcəyimizi bildirirəm.

 

 Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 19 mart.- S. 4.