İsmayıllı:
Sevinc sizə yaraşır
Heydər Əliyev adına Mərkəzi Meydanda Novruz bayramı münasibətilə geniş tədbir keçirildi. Öncə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şirniyyat nümunələrindən ibarət sərgiyə baxdılar.
Novruz bayramı həm də el adət-ənənələrini nümayiş etdirmək üçün əla bir fürsət olub. İsmayıllı rayonu xalqımıza məxsus milli xüsusiyyətləri ilə zəngin bir ərazidir. Nümayiş olunan xalçaçılıq və toxuculuq nümunələri bir daha təsdiq edir ki, rayonda qədim xalq sənətinin ənənələri olub və indi də qorunur.
Sakinləri bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yüzillərdən bəri yol gələn Novruzun tarixin bütün dönəmlərində özünəməxsusluğunu qoruyub saxladığını diqqətə çatdırdı. Bildirildi ki,bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, 2010-cu ildən Novruz bayramı dünyanın bir neçə xalqının qeyri-maddi irsi kimi UNESCO-nun siyahısına daxil edilib.
Meydanda qurulan tonqala od vurulmaqla
bayram şənliklərinə
start verildi. Bahar qızın gəlişi
bayram şənliyinə
xüsusi rəng qatdı. Daha sonra Novruzun
baş qəhrəmanları
- Keçəl və
Kosanın gəlişi
başqa bir əhval-ruhiyə yaratdı.
Meydanda öz məharətlərini
göstərən gənc
idmançılar bura
toplaşanların marağına
səbəb oldu.
Eyni zamanda, rayonda fəaliyyət göstərən folklor ansamblları müxtəlif
rəqslər ifa etdilər. Min illərin sınağından
çıxan, öz ilıq addımlarıyla yurdumuza qədəm qoyan bu bayram
şənliyində səslənən
mahnılar, rəqs nümunələri insanları
bir daha birliyə, xeyirxahlığa
səslədi. Bayram təntənəsi
geniş konsert proqramı ilə davam etdirildi. Bir-birindən maraqlı mahnı və rəqslər tamaşaçıların
alqışları ilə
qarşılandı.
İ.MUSAOĞLU
Xalq qəzeti.- 2014.- 20 mart.- S. 5.