Unudulmaz şəxsiyyət

 

Teymur Elçin – 90

 

Teymur Əliyev, yaradıcılıq təxəllüsü Elçin, 15-ə yaxın şeir kitabı olmasına,  yaradıcılığı haqqında namizədlik dissertasiyası yazılmasına, barəsində  xeyli yazı çap olunmasına baxmayaraq, hər seydən qabaq Azərbaycanın ən ucqar yerlərində belə tanınmış nüfuzlu şəxsiyyət və görkəmli təşkilatçı idi.

Onun  haqqında hələ 1957-1964-cü illərdə Azərbaycan TeleviziyaRadio Verilişləri Komitəsinin  sədri işləyəndən xoş sözlər eşidirdim. Sədrin tələbkar, nizam-intizamlı, işindən, professional idarəetmə üslubundan əfsanələr gəzirdi. Sonralar dostlarım olmuş Rauf İsmayılov, Nahid Hacızadə, Gəray Fəzli, Bünyad Məmmədov Teymur Əliyevin həftə verilişlərinin müzakirəsini nə dərəcədə tələbkar apardığını ağızdolusu tərifləyirdilər.

Teymur Əliyev həddən artıq işgüzar insan idi. Tez-tez  onun TeleviziyaRadio Verilişləri Komitəsinin binalarında müxtəlif şöbələri gəzdiyini və çox lazımlı tapşırıqlar  verdiyini görürdük. Teymur Əliyevin təşkilatçılıq qabiliyyəti hələ gənclik illərindən diqqəti cəlb edirdi. Buna görə də 1964-cü ildə onun Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdürü vəzifəsinə dəvət edilməsi heç kəsdə təəcüb yaratmadı. Bir çox görkəmli yazıçılar, nazirlər və partiya işçiləri onu gələcəkdə daha böyük vəzifələrdə  görürdülər.

Bu möhtəşəm nüfuz sahibilə keçən əsrin 70-ci illərindən dəfələrlə görüşmək mənə də nəsib olmuşdu. Bir dəfə Mədəniyyət Nazirliyindən mənə xəbər gəldi ki, sabah filan saatda Mərkəzi Komitədə T.Əliyevin qəbulunda olmalısan.

Doğrusu, narahatlıq keçirdim ki, məni nə üçün çağırır. Keçmişimə və hazırki, durumuma nəzər saldım və əmin oldum ki, heç bir yerdə, heç bir səhv buraxmamışam. MK-nın buraxılış şöbəsindən icazə kağızını alıb T.Əliyevin kabinetinin yanına gəldim. Çox keçməmiş məni müdirin kabinetinə dəvət etdilər.T.Əliyev son dərəcə konkret adam olduğundan mənimlə görüşəndən sonra birbaşa mətləbə keçdi:

- Birinci katibin tapşırığı ilə Bakıda Siyasi Teatr açmaq istəyirik. Belə bir teatr kommunizm ideyasının 100 illərlə keçib gəldiyi yolu, onun mahiyyətini, gələcək inkişafını və ölkəmizin xoşbəxt gələcəyini təbliğ etməlidir. Utopik sosialistlərdən  marksizmə, leninizmdən bu günə qədər tarixdə və siyasi ədəbiyyatda öz  əksini tapan fikirlər, böyük həcmli əsərlər bu teatrda ifaçılar tərəfindən canlı olaraq təbliğ edilməlidir. Biz burada götür-qoy elədik və belə qərara gəldik ki, bu teatrı yaratmağı sənə tapşıraq. Nə deyirsən?

Mənə etimad göstərdiklərinə görə T.Əliyevə öz minnətdarlığımı bildirdim. O, əlavə etdi ki, get və qısa bir müddətdə Siyasi Teatrın proqramını, üçillik repertuar planını, aktyorların və başqa işçilərin ştat cədvəlini yaz gətir.

Teymur Əliyev mənə bu tapşırıqları verəndə mən onun üzünə diqqətlə baxırdım. Onun xarakterinin incəliklərini duymaq istəyirdim. Əlimi ilk dəfə sıxanda mən onun azacıq qarayanız olduğunu gördüm. Lakin danışdıqca onun daxildən gələn hisslərlə üzünün tədriclə ağardığını, müdrik bir adama çevrildiyini  gördüm.

Demək olar ki, bir ay ərzində mən T.Əliyevin tapşırığını yerinə yetirib ona çatdırdım və məni Mədəniyyət Nazirliyinə çağırdılar. Yazdığım proqramın bir nüsxəsini nazir müavini M.Ziyadovun stolunun üstündə gördüm. O, bu  proqramdan T.Əliyevin xoşu gəldiyini bildirdi. Siyasi Teatra dəvət olunacaq aktyorların siyahısında bəzi dəyişikliklər etdi və söylədi ki, cümə günü saat ikidə  T.Əliyevin yanına getməliyəm.T.Əliyevlə ikinci görüşümüzdə əhval-ruhiyyəsi  cox yüksək idi. Sanki, mühüm bir işin qələbəsini duyurdu. Teatrı Plexanov  Leninin partiya quruluşu barədə mübahisələrinə həsr edilmiş bir əsərlə açmaq qərarına gəldik.Teymur müəllim əsərə müəlliflik üçün Elmlər Akademiyasından bir nəfəri çağıracağına işarə vurdu. Söhbətini qurtardı və mən getməyə hazırlaşarkən Teymur müəllim soruşdu:

 

- Sən neçənci ildən partiyanın üzvüsən?

 

Mən cavab verdim ki, partiyanın üzvü deyiləm.

 

Teymur müəllimin sifəti qaraldı. Gördüm ki, sözüm ona yaxşı təsir bağışlamadı. O saat da səhvimi düzəltmək istədim, dedim ki, lazımdırsa mən tezliklə partiyaya keçə bilərəm.

Teymur müəllimin əhvalı dəyişmişdi. Mən davam edirdim, lakin o, sözümü kəsdi:

 

 - Bu bir az...yaxşı olmadı.

 

- Mən tezliklə ərizə verərəm.

 

- Yox, get. Sənə xəbər verərəm.

 

Bu məsələ elə bununla da bitdi. Söhbətə bir daha qayıtmadıq. Siyasi Teatr da açılmadı.

Teymur müəllimin mənə təəccüb qəzəblə yoğrulmuş?” sualına mən sonralar bir dəfə rast gəldim. Söhbət onun mədəniyyət nazirinin müavini işləyən zamanlar oldu. O vaxtlar mənə fəxri ad verməmişdilər. Teymur müəllim məni həmişə görəndə bu barədə təəssüflə danışardı və həmişə də mənə kömək eləyəcəyini deyirdi. Nəhayət, mən də fəxri ad alanlar siyahısına düşdüm. Bu hadisədən üç-dörd ay keçmişdi. Mənə elə gəlirdi ki, fəxri ad almaq heç də istedadlı olmaq və müvəffəqiyyət qazanmaq demək deyil. Fəxri adım olmayan günlərdə necə əzablar çəkdiyimi yadıma salaraq öz-özümə gülürdüm. Bu əhval–ruhiyyə ilə yenə Mədəniyyət Nazirliyinə getmişdim və dəhlizdə Teymur müəllimə rast gəldim. Gülə-gülə məndən soruşdu:

 

- Əməkdar incəsənət xadimi adını alandan sonra kefin necədi?

 

Mən düşünmədən cavab verdim ki,"Teymur müəllim, boş şey imiş". Bax elə bu anda onun böyük təəccüb nida ilə ikinci?!” sualını eşitdim. Etiraf edirəm ki, cavabımda olan səhvimi o dəqiqə başa düşdüm. Axı Teymur Əliyev həmişə komsomol  partiya vəzifələrində çalışmışdı. Bu vəzifələrdə onun hədsiz əziyyətləri zəhməti olmuşdu. O, həmin vəzifələrdə öz əqidəsinə, işinə sadiq qalmışdı. İnsanlarla münasibətini həmişə düzgün, ədalətli, qarşılıqlı hörmət, tələbkarlıq əsasında qurmuşdu. Elə buna görə hörməti, yaxşılığı, qiyməti itirən adamlardan xoşu gəlməzdi. Mənə “Nə?!” deyəndə onun gözlərində həmin bu ifadələri oxudum.

Bir müddət Teymur Əliyevin gözünə görünməməyə çalışdım. Lakin yenə xəbər verdilər ki, Mədəniyyət Nazirliyinə T.Əliyevin yanına gəlməliyəm. Həmişə olduğu kimi, bu dəfə də nə üçün çağırıldığımın səbəbini bilmirdim. Tezliklə onunla söhbətimizdən məlum oldu ki, Gənc Tamaşaçılar Teatrı üçünQar qız” adlı mənzum pyes yazmışdır. Teymur müəllim əsəri oxumaqfikrimi bildirmək üçün mənə verdi. O zaman mən artıq Akademik Milli Dram Teatrında işləyirdim. Görkəmli dramaturqumuz İ.Əfəndiyevin “Büllur saraydalirik dramını tamaşaya hazırlamışdım. Uzun illərdən sonra mən özana sənət vətənimə” qayıtmışdım. Bu xoşbəxtliyimdə T.Əliyevin xüsusi qayğısını heç vaxt unutmaram.

Qar qız” nağıl pyesini oxuyanda çox sevindim. Sevincimin səbəblərindən  biri bu idi ki, mən T.Əliyev kimi mötəşəm şəxs və şairlə rejissor kimi  işləmək səviyyəsinə gəlib çatmışdım. Teymur müəllimlə hər hansı bir dialoq aparmaq o qədər də asan deyildi. O, öz nüfuzu, tutarlı, ağıllı arqumentləri ilə  qarşı tərəfi çox asanlıqla öz təsiri altına ala bilirdi. Düşünürdüm ki, indi mən onun  uşaqlar üçün yazdığı pyesdə rejissor kimi bəzi çatışmayan yerlər görsəm, ona necə söyləyə biləcəyəm. Lakin mənim tərəddüdlərim əbəs imiş. Əsər barəsində  söhbətlərimizi, adətən, onun nazirlikdəki kabinetində aparırdıq. Dialoqlarımız nə konflikt yaradırdı, nə də uzun sürürdü. Əsərə aid söylədiyim iradları ən geci  2-3  günə düzəldirdi. Dəqiqlik, operativlik onun xüsusiyyəti idi.Müəllif kimiçox tələbkar və diqqətli idi.Belə xüsusiyyətləri mən İ.Əfəndiyevdə görmüşdüm. Lakin ondan fərqli olaraq, T.Əliyev əsərinin tamaşası hazırlanan  vaxtlarda məşqlərdə az-az görünürdü. Bunun səbəbi təkcə bizə olan inamı deyil, həm də nazirlikdə işinin gərgin olması idi.

Qar qız”ın ilk tamaşası o zaman 26-lar adına Mədəniyyət Evinin salonunda  oldu. Çünki Gənc Tamaşaçılar Teatrı o zaman yenidən tikilirdi.

Baxış günü, həmişə olduğu kimi, hamımız həyəcanlı idik."Qar qız" tamaşası təbii teatr sənətinin ifadə vasitələri əsasında qurulmuşdu. Hadisələr təbii dekorlar  önündə cərəyan edirdi.Teymur müəllim öz tamaşasını böyük sevinclə qəbul etdi. Tam üç mövsümQar qız” teatrın repertuarında müvəffəqiyyətlə nümayiş etdirildi.

Keçən əsrin 90-cı illərində mən tez-tez Teymur müəllimin öz həyat yoldaşı  ilə dənizkənarı bulvarda gəzişdiyinin şahidi olurdum. Ömrünü məsuliyyətli, gərgin vəzifələrdə keçirmiş T.Əliyev bulvarda həyatdan razı, nikbin, məğrur addımlarla  gəzirdi. Bulvardakı adamlar onu şəxsən tanıyırdılar. O da hamısı ilə gülə-gülə salamlaşırdı. Çünki Allah da şahiddir ki, o, bu həyatda məğrur yaşamış, ədalətlə ömür sürmüş, sədaqətlə öz əqidəsinə və xalqına xidmət etmişdir.

 

Ağakişi KAZIMOV,

 

xalq artisti, professor

 

Xalq qəzeti.- 2014.- 28 mart.- S. 6.