Masallının bugünü gözəldir, sabahı daha möhtəşəm olacaq
Mətbuatda çalışdığım illər ərzində jurnalistlərlə keçirilən saysız görüşlərin iştirakçısı olmuşam. Amma etiraf edim ki, əyalətdə, özü də vaxtaşırı yerli rəhbərliklə media təmsilçilərinin bir araya gələrək işgüzar müzakirələr aparmaları nadir hallarda baş verib. Bu baxımdan Masallı təcrübəsi örnək sayıla bilər. Bəlkə də, rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun ixtisasca jurnalist olması onun bu amilə xüsusi önəm verməsini şərtləndirir, KİV nümayəndələri ilə ünsiyyət və etimad atmosferi yaradır.
İki il öncə onun gözəl cənub diyarına rəhbərliyə gəlməsi ilə təqdirəlayiq ənənənin yaranmasını uğurlayıb. Qarşılıqlı faydalı əməkdaşlığın nəticəsidir ki, daha bu rayonda jurnalistlər üçün açıq olmayan məsələ qalmayıb.
Yazın ilk günlərində sayca 4-cü olan görüş-infotura paytaxt jurnalistləri də qatılmışdı. Masallı Ziyalılar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin aparıcı qəzetlərinin – “Azərbaycan”, “Xalq qəzeti” və “Respublika”nın, həmçinin “AzPRESS.az”, “Qafqazinfo”, “Publika.az”, “Virtual.az” saytlarınının, APA informasiya agentliyinin, “Azadlıq”radiosunun, ölkə televiziyalarının təmsilçiləri bir arada idilər.
Qonaqlar rayonda istifadəyə verilmiş Heydər Əliyev Meydanı, Qəhrəmanlar və Nizami Gəncəvi parklarını gəzdilər, Mədəniyyət və Gənclər Mərkəzləri ilə tanış oldular, Masallı Regional Boks və Taekvondo mərkəzlərində məşqlərə baxdılar. Hazırda inşa olunan Bayraq Meydanı və tarix-diyarşünaslıq muzeyi, uşaq incəsənət məktəbi və sair obyektlərin layihələri ilə tanışlıq maraq doğurdu.
Heydər Əliyev Mərkəzində Masallının son illərdəki nailiyyətlərini, iqtisadi inkişafını əks etdirən qısametrajlı film göstərildi. Jurnalistlərlə ziyalıların görüşü açıq dialoq, səmərəli fikir mübadiləsi şəraitində keçdi. Son illər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması üçün atılan addımlardan danışıldı. Cəmiyyət həyatında mətbuatın, informasiya texnologiyalarının böyük rolu olduğu vurğulandı. O da təəssüflə qeyd edildi ki, bəzi qəzet və saytlarda reallıqdan uzaq, yalan və böhtan dolu yazılar dərc olunur. Elə bu tədbirdən də əsas məqsəd rayonla bağlı əsl həqiqətlərin öyrənilməsinə vəsilə olmaqdır.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Azad Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında Masallıda görülmüş işləri təqdir edərək göstərdi ki, bu inkişaf ölkə rəhbərliyinin regionlara göstərdiyi qayğının nəticəsidir. Jurnalistlər də infoturla bağlı təəssüratlarını bölüşdülər, arzu və istəklərini ifadə etdilər.
Elə buradaca “Xalq qəzeti” və “Kaspi” qəzetlərinin təmsilçilərinə, “Virtual.az”, “Publika.az” saytlarına, həmçinin “Cənub xəbərləri” qəzetinə bölgə haqqında verdikləri obyektiv və təhlili yazılara görə diplom və mükafatlar təqdim edildi. Tədbirdə həmçinin subyektivliyi ilə “seçilən”, müəyyən mənada qərəzdən xali olmayan orqanlar, konkret olaraq “Gündəlik Bakı” qəzeti qeyd olunaraq qınaq “mükafat”a layiq görüldü.
İnfoturun növbəti hissəsi Masallının İstisu ərazisindəki istirahət mərkəzlərindən birində təşkil olundu. İcra hakimiyyətinin başçısı infotur iştirakçıları ilə nahar süfrəsi arxasında görüşdü. O, ölkədə siyasi plüarizmin təmin edilməsini, KİV-in sərbəst fəaliyyətinə əlverişli şəraitin yaradılmasını dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirdi, mətbuata dövlət dəstəyindən danışdı. Rayonda görülən işlər və perspektiv vəzifələr barədə məlumat verən natiq bildirdi ki, başlıca hədəf ölkə rəhbərinin dəstəyi ilə abadlıq istiqamətində görülən tədbirlər sayəsində yaxın üç il ərzində rayonda həll edilməmiş hər hansı ciddi sosial problemin qalmamasıdır. Zəruri olan budur ki, görülən işlər obyektiv işıqlandırılsın, tənqid arqumentli olsun və həqiqət ölçüsü media təmsilçiləri tərəfindən heç vəchlə itirilməsin.
Problemlərdən, çətinliklərdən də söz açıldı. Məsələn, söyləndi ki, Masallıda hər kvadratmetrə düşən əhali sayı ölkə üzrə orta göstəricidən 3 dəfə çoxdur. Artım dinamikasına nəzər salsaq, bu gün 212 min əhalisi olan Masallıda həmin rəqəm 2018-ci ildə 247, 2030-cu ildə isə təxminən 295-300 minə çatacaq. Öncə biz buna hazır olmalıyıq. Perspektiv inkişaf tempinə görə, yaxın 3 ildə Masallının əksər problemləri həll olunmalıdır.
Masallının şəhər problemi də yox deyil.
Ötən ilin göstəricilərinə görə, şəhərin
9 min əhalisi, 98 hektarlıq
şəhər ərazisi
var idi. Bu sahədə görülən
məqsədəuyğun tədbirlər
nəticəsində hazırda şəhərin
ərazisi 2400 hektara çatıb, küçələrin
sayı 2 dəfəyədək
artıb. Artıq Masallı şəhərinin
baş planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib
və dövlət planına daxil edilib. Şəhər
mərkəzində planauyğun dəyişikliklər
aparılacaq.
Bundan başqa, Masallı şəhərindəki məktəblərin
tutumu 3,5 mini keçmir. Lakin bu məktəblərdə
təhsil alanların sayı 5 mini ötür.
Uşaq bağçalarının sayı
ölkə üzrə
göstəricilərdən aşağıdır.
Bu problemlərin aradan qaldırılmasında xeyriyyəçilərin
də köməyindən
istifadə edilir. Ötən il
iki iş adamı ayrı-ayrılıqda
Boks və Taekvondo mərkəzlərinin
inşasını həyata
keçirib. Hazırda “Palmali” şirkəti
Masallı stadionunda yenidənqurma işlərinə
başlayıb. Burada Uşaq
Futbol Akademiyasının
da inşasına hazırlıq görülür.
Ötən il
bir xeyriyyəçi Ərkivan qəsəbəsində
möhtəşəm mərasim
evi tikdirib. Vətənə, yurda ürəkdən
bağlı olan belə təəssübkeş
insanlarla əlaqələr
beləcə işgüzar
şəkil alır.
Artıq rayonda 2 uşaq bağçasının tikintisinə
başlanıb. Kolatan və
Bədəlan məktəblərinin
bəzi korpusları da uşaq bağçası
kimi inşa ediləcək. Vaxtilə Bədəlana Pribaltikadan gözəl bir layihə gətirilmişdi:
2 idman zalı, nəhəng kitabxanası
ilə birlikdə. İndi həmin layihə
də reallaşdırılır.
Səhiyyənin də mənzərəsi xeyli
cansıxıcı idi.
Rayonda əsaslı
təmirə ehtiyacı
olan xəstəxanalar
vardı. Neçə kənd tibb
məntəqəsi evlərdə
yerləşirdi. Artıq bunlar
keçmişdə qalmaq
üzrədir. 15 məntəqə üçün
ayrıca binalar inşa edilib. Rayon Mərkəzi Xəstəxanası,
Boradigah qəsəbə
və Kalinovka kənd xəstəxanalarının yüksək
səviyyədə təmir işləri bir neçə aya başa çatacaq. Masallı Mərkəzi Xəstəxanası
üçün müasir
və mükəmməl
avadanlıq, xüsusi
tomoqrafiya qurğuları
gətiriləcək. Türkiyədə müvafiq kurslara
kadrlar göndəriləcək.
Daha sonra başçı bildirdi: “Masallıda kollec açılması ilə bağlı ilkin mərhələ işləri də başa çatır. Bu kollecdə tibb
kadrları hazırlanacaq.
Turizm zonasında masajçılara, müvafiq
tibbi aparatlarla işləməyi bacaran kadrlara olan tələbat ödəniləcək.
Kollecə qəbul zamanı rus və ingilis dillərini bilən gənclərə üstünlük
veriləcək. Ümumiyyətlə, turizm sahəsi fəaliyyətimizdə başlıca
istiqamət təşkil
edəcək. Biz elə
istirahət bazası yaratmaq istəyirik ki, ilboyu və
yüksək xidmətlə
işləyə bilsin.
Masallı kənd təsərrüfatı
rayonudur. Torpaq az, işləmək
istəyən çoxdur.
Hazırda rayonda aqroparklar
qurulması məsələsi
gündəmdədir. Bunun üçün 250 hektar yer də ayrılıb.
Rayonun ərazisi dağlıq və aran hissələrdən
ibarətdir. Dağlıq hissədə qələviləşmiş
torpaqlar olduğu üçün burada taxılçılığın inkişafı mümkünsüzdür.
Bütün güc çayçılığa
və subtropik bitkilərə verilməlidir.
Muğan
zonasında isə şoran torpaqlar daha çoxdur. Ən adi müqayisələrdən
də bəlli olur ki, bir
hektarda əkilmiş kartof, çiyələk eyni həcmli ərazidə əkilən
taxıldan xeyli artıq gəlir gətirir və daha çox insanın işlə təmin olunmasına imkan yaradır. Deməli, ixtisaslaşma bu yöndə getməlidir.”
Rayonun sənaye potensialı qonşu rayonlara nisbətən böyükdür.
Burada tikinti materialları və mebel istehsalı
daha geniş yayılıb.
Masallı ustaları
ev şəraitində
belə yüksək keyfiyyətli mebellər istehsal edir. Bakıda, Türkiyədə,
Malayziyada hazırlanan
mebellərdən fərqi
olmur.
Mənbəyini Yardımlı dağlarından
götürən Viləş
çayının Masallı
şəhərindən keçən
hissəsində, çay
vadisində, sağ və sol sahillərdə bulvar yaradılması üçün vəsait
ayrılıb və bu iş yaxın
vaxtlarda öz həllini tapacaq. Qala bazarının arxasından
Olimpiya İdmanKomleksinə
kimi meşəlik salınması və yaşayış binalarının
tikilməsi nəzərdə
tutulur. Bu ərazidə 3 körpü
olacaq. Bulvar hissəsində qədim
mini-şəhər, uşaq-əyləncə
mərkəzi və sair obyektlər də salınacaq. Kosaküllə şəhəri birləşdirən hissədə
də körpü tikiləcək. Ərkivanda piyadalar
üçün yerüstü
keçidin layihəsi
artıq hazırdır.
Həmin
körpülərin konstruksiyası,
işıqlandırılması ən yüksək standartlara uyğun olacaq. Ərazidə
park da salınacaq.
R.Hüseynov bildirdi ki, rayonun
büdcəsi 28 milyon
manatdır. Bunun 20 milyonu əmək
haqqına sərf olunur. Qalan 8 milyon küçələrin
abadlaşması, kommunal
xidmətlərin yaxşılaşdırılması
kimi məsələlərə xərclənir.
Hər həftə müxtəlif
formalarda qəbullar olur: 1-ci günlər
virtual formada, 2-ci günlər
icra hakimiyyəti aparatında, 3-cü günlərsə
yerlərdə səyyar
görüşlərlə. Bundan əlavə, başçı
hər 5-ci gün hətta gedib sakinlərlə evlərində
də görüşür.
Bəzi qəzetlər yazır ki, guya, şikayətçilər
binanın arxa qapısında qəbul edilir. Təsəvvür edin, bəzən
100-ə yaxın şikayətçi
gəlir. Binanın
arxasında bağça,
oturacaqlar var, şikayətçilərə pulsuz çay, su verilir. Bunun nəyi
pisdir ki? Bir qrup araqızışdıran isə
görülən işlərə
kölgə salmaq üçün hadisələri,
necə deyərlər,
əyri güzgüdə
təqdim etmək istəyir. Qoy onlar ictimai rəyi çaşdırmasınlar.
Jurnalistlər görüşdən razı
qaldılar və arzu etdilər ki, belə tədbirlər
davamlı olsun, Masallı təcrübəsi
geniş yayılsın.
Media mənsubları açıq
görüşlərdə birbaşa ilkin mənbədən məlumat alsalar, səhvlər də az olar, həqiqət
də təhrif edilməz.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 29 mart.- S. 6.