İdarəetmə qərarlarının qəbulunda informasiya sistemlərinin rolu

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı olaraqİdarəetmə qərarlarının qəbulunda informasiya sistemlərinin rolumövzusunda respublika elmi konfransı keçirilmişdir.

Konfransın mövzusu müasir şəraitdə qərar qəbulu məsələlərində informasiya texnologiyalarından istifadənin aktuallılığına həsr olunub. Konfransın işində dövlət qurumları, bələdiyyələr, respublikanın ali təhsil müəssisələri həmçinin qeyri-hökumət təşkilatı nümayəndələri, tanınmış alimlər qabaqcıl texnologiyalar üzrə tanınmış mütəxəssislər iştirak etmişlər.

 Elmi konfransını giriş sözü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov iştirakçıları salamlamış, ümummilli liderin dövlətçiliyimizin qorunması sahəsində gördüyü işlərdən danışaraq, onun dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha xatırlatmışdır. Rektor Heydər Əliyev dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, onun zəngin idarəetmə təcrübəsindən danışmış, bu irsin tələbə müdavimlərə öyrədilməsi üçün akademiyada həyata keçirilən məqsədyönlü işlərdən söz açmışdır.

U. Ələkbərov əsası ümummilli lider tərəfindən qoyulan strateji istiqamətin, onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərin görüldüyünü qeyd etmişdir.

Respublika elmi konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasınınDövlət idarəçiliyində informasiya texnologiyalarıkafedrasının müdiri, iqtisad elmləri doktoru X.HüseynovaDövlət sektorunda idarəetmə qərarlarının qəbulunda mütərəqqi texnologiyaların tətbiqi xüsusiyyətləri”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi, texnika elmləri doktoru, gömrük xidməti general-mayoru İ.BabayevDövlət təşkilatlarında innovasiya layihələrinin idarə olunması prinsipləri”, Energetika Nazirliyinin Dövlət Beynəlxalq Proqramlara Nəzarət Departamentinin rəhbəri, iqtisad elmləri doktoru M.MəmmədovEnerji sektorunun idarəedilməsində proqram məqsədli metodun səmərəliliyi”, AMEA-nın İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru A.Muradov “İKT-nin iqtisadi inkişafa təsiri: səmərəlilik, reallıqlar perspektivlər”, AMEA-nın Kibernetika İnstitutunun dosenti H.Cəfərova “Bank göstəricilərinin klaster modelinin qərar qəbulunda rolu”, Qərb Universitetinin kafedra müdiri, dosent E.AbasovQeyri-müəyyənlik şəraitində bank risklərinin riyazi modelləşdirilməsi”, Qərb Universitetinin dosenti A.HəsənovaOyunlar nəzəriyyəsinin qərar qəbulunda tətbiqivə.s mövzularda məruzə maraqlı təqdimatlarla çıxış etmişlər.

Elmi konfransda qabaqcıl texnologiyaların tətbiqinin əhəmiyyəti, əldə edilmiş uğurlar dünya təcrübəsindən istifadə problemləri müzakirə olunmuş, inkişaf perspektivləri konkret təkliflərlə müəyyənləşdirilmişdir.

 

Ə.BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 2 may.- S. 8.