Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış

 

AMEA Fəlsəfə Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərovun (Qəzənfəroğlu) yeni kitabı çapdan çıxmışdır. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)” adlı monoqrafiyasında ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətt izah olunur. Bunlar İslam-Türk mədəniyyəti ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; Rus-Avropa-Qərb mədəniyyəti ideologiyası: qərbpərəstlik, avropasayağımollanəsrəddinçilik”, milli bolşevizm-sosializm, sovet azərbaycançılığıdır.

Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə müasir dövrümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda müəllifin Azərbaycan Milli İdeyası Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapıb. Özəlliklə, milli ideyaların çağdaş dövrdə dərəcədə aktuallığı məsələsi araşdırılmış, yeni fikirlər irəli sürülmüşdür. Eyni zamanda, monoqrafiyada milli şüur məsələsi, milli şüurun dini dəyərlər vətəndaş cəmiyyəti ilə oxşar fərqli cəhətləri ilk dəfə tədqiqata cəlb edilmişdir.

Müəllifin fikrincə, hazırda Azərbaycan xalqının milli şüuruna ciddi təsir göstərən faktorlar arasında qloballaşma prosesi xüsusi yer tutur. Bir çoxları hesab edirlər ki, qloballaşmanın əsas ideyaları modernləşmə, postmodernləşmə, demokratiya, liberalizm vətəndaş cəmiyyətidir. Bütün bunlar Azərbaycan vətəndaşının təfəkküründə yaxşı halda beynəlmiləl, pis halda isə kosmopolit şüur formalaşdıra bilər. Bu ideyaların tətbiqi zamanı sosial mənşəyindən, irqindən, milli mənsubiyyətindən, dinindən asılı olmayaraq bütün insanların hüquq azadlıqları önə çəkildiyi üçün millilik arxa plana keçirilir. Xüsusilə, son zamanlar vətəndaş cəmiyyəti, çoxmədəniyyətlilik, informasiya cəmiyyəti, tolerantlıq anlayışlarının qloballaşma prosesinin tərkib hissəsi kimi təbliği çox düşündürücüdür. Biz qloballaşma prosesi anlamında aldadıcı zahirən müsbət görünən (məsələn, fərdin azadlığı millətin dövlətin azadlığında üstündür) ideyaların içində şüurlarımıza yeridilən, milli dini mənəviyyatımıza uyğun olmayan məsələlərdə son dərəcə diqqətli olmalıyıq. Bu baxımdan monoqrafiyadan fəlsəfə, tarix, politologiya, ədəbiyyat, dilçilik, etnoqrafiya, kulturologiya başqa elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərinbakalavrların, magistrlərin, doktorantların, elmi işçilərin, müəllimlərin, eyni zamanda, geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulur.

Onu da qeyd edək ki, eyniadlı kitabın birinci hissəsi 2012-ci ildə nəşr olunmuşdur. Kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Əli Abasov fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2014.- 2 may.- S. 8.