Azərbaycan bu gün Avropa Şurası üçün çox önəmli tərəfdaşa çevrilmişdir

 

Respublikamızın may ayından etibarən AŞ PA-ya sədrlik edəcəyi barədə məlumat isə xarici siyasətimizin uğurlarından xəbər verir

 

Ölkəmizin uğurlarına sevinən əcnəbi ekspertlər yazırlar ki, yenicə başlanmış may ayı Azərbaycan diplomatiyası və bu ölkənin xarici siyasətini yeridənlər üçün kifayət qədər önəmli və əlamətdar olacaq. Çünki məhz may ayının son günlərindən etibarən ilin axırınadək Azərbaycan Avropa Şurasının Parlament Assambleyasına sədrlik edəcək.

Hələ ilin əvvəlindən məlum olan bu məsələnin bilavasitə indi, özü   tez-tez gündəliyə gətirilməsi isə Azərbaycan diplomatiyasını son günlər  kifayət qədər fəallaşması ilə əlaqələndirilir.  Son günlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  özünün bütün çıxış və nitqlərində ölkəmizin xarici siyasətinin əsas prioritetlərini və bu sahədəki uğurlarımızı xüsusilə diqqət mərkəzində saxlayır.

Dövlət başçımızın bu il  aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqi isə bu baxımdan xüsusilə seçilirdi. Bu da təsadüfi deyildi. Çünki torpaqlarımızın böyük bir hissəsinin düşmən işğalı altında olması nəticəsində respublikamızın əsas ərazisindən ayrı düşmüş Naxçıvan dövlətin uğurlu siyasəti nəticəsində həm iqtisadi cəhətdən qüdrətlənib, həm də muxtar respublikanın hərbi-müdafiə imkanları heç zaman olmayan bir şəkildə möhkəmləndirilib. Ona görə də dövlət başçımızın bu iki amili tamamlayan xarici siyasətimiz, diplomatik fəaliyyətimiz barədə bilavasitə Naxçıvanda söz açması mühüm siyasi əhəmiyyət kəsb edirdi.  Yəni təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan xarici siyasətimizin uğurları bu gün təkcə ölkəmizdə deyil, eləcə də bütün dünyada məmnunluqla qarşılanır.

Ölkənin politoloq  siyasi ekspertləri qətiyyətlə söyləyirlər ki, ümummilli liderimizin  siyasi müdrikliyi bu gün artıq xarici siyasətimizin möhtəşəm uğurlarında  da öz təsdiqini tapır. Bu bir həqiqətdir ki, bizim respublikamızla eyni zamanda dövlət müstəqilliyinə qovuşmuş ölkələrin heç birində Azərbaycandakı kimi hərtərəfli islahatlar aparılmaması ilə yanaşı, həmin ölkələrin heç birində bizdəki qədər diplomatik nailiyyətlər əldə edilməyib. Qeyd  edilən nəticənin bir səbəbi ulu öndər Heydər Əliyevin xarici siyasət kursumuza verdiyi tarixi önəm idisə, digər səbəbi də Prezident İlham Əliyevin peşəkar diplomat olması  öz siyasi fəaliyyəti dövründə xalqın etimadını qazanmasıdır.

Məhz həmin  mütəxəssislər qeyd edirlər ki, coğrafi baxımdan Qərb ilə Şərqin qovuşuğunda, zəngin neft-qaz ehtiyatlarına malik olan, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən Azərbaycan üçün xarici siyasətin düzgün seçilməsi ölkənin müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsində başlıca amillərdən biri olaraq qalır.

Heydər Əliyevin müəyyən etdiyiPrezident İlham Əliyevin uğurla yürütdüyü  balanslaşdırılmış xarici siyasətimizin əsas istiqamətləri bazar iqtisadiyyatına və qanunun aliliyinə əsaslanan demokratiyanın inkişaf etdirilməsindən, ölkəmizin  ərazi bütövlüyüsuverenliyinin bərpa edilməsindən, dövlətimizin  təhlükəsizliyinin, siyasi müstəqilliyinin təmin olunmasından, suverenliyimizin    respublikamızın ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılmasından ibarətdir.

Prezidentin Naxçıvanda qeyd etdiyi kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması,  qonşu ölkələrlə  qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi, regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Bu zaman gənc müstəqil respublikamızın  NATO, Avropa Birliyi, Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla AvropaTransatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiyasının əhəmiyyətini xüsusilə vurğulamalıyıq.

 

Respublikamız haqqında qələmə alınan çoxsaylı hesabatlarda qeyd edildiyi kimi, son 10 il ərzində Azərbaycan dövləti kəmiyyət və  keyfiyyətcə çox ciddi nailiyyətlərə imza atıb. Məsələn,  ölkədə  daxili siyasi sabitliyin yaradılması və uzunmüddətli xarakter alması, iqtisadiyyatda əldə edilmiş uğurlarbunun təsiri ilə dövlətin iqtisadi qüdrətinin artması, beləliklə də xarici asılılığın tamamilə aradan qalxması bizim diplomatik uğurlarımızın sırasındadır.

Eyni zamanda, ölkənin xarici siyasət kursunu müəyyən edən şəxsin, yəni, dövlət başçısının milli maraq və mənafelərimizin  qorunmasını əsas şərt kimi ortaya qoyması və nəhayət, xarici siyasətdə peşəkar yanaşmanın gücləndirilməsi də dövlətimizə xüsusi uğurlar gətirir.

2003-cü ildən ötən müddət  ərzində Azərbaycanın xarici siyasətinin ən mühüm nailiyyətlərindən biri kimi Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin reallaşması göstərilə bilər.  Azərbaycan bu strateji əhəmiyyətli layihənin reallaşması üçün diplomatik səyləri artırmış və onu regional siyasətinin əsas prioritetlərindən biri halına gətirmişdir. 2004-cü il iyunun 14-də Tiflisdə Gürcüstanın Prezidenti Mixail Saakaşvili ilə birgə keçirilmiş mətbuat konfransında Prezident İlham Əliyev bu məsələnin nə qədər vacib olduğunu söyləmiş,  2004-cü il  avqustun əvvəllərində  Ankarada keçirilmiş Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin inkişafı və Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə danışıqlara həsr olunmuş görüşdə məsələ reallaşdırılmağa daha da yaxın olmuşdur.  Nəhayət, 2005-ci ilin  may ayında Bakı şəhərində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası prezidentlərinin Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi haqqında birgə bəyanatı imzalanmışdır.

Həmin tarixi hadisələrin ardınca - 2007-ci il fevralın 7-də, Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə layihənin reallaşdırılmasına dair sazişlər imzalanmışdır. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini artıran bağlantı kimi bu layihənin həyata keçirilməsi Azərbaycanın bölgədəki mövqeyini daha da gücləndirmiş, onun mühüm tranzit ölkəsi statusunu möhkəmləndirmiş oldu.

Təbii ki, ölkəmizin xarici siyasətində ən prioritet sahələrdən biri də Azərbaycanın Avropa İttifaqı  ilə əməkdaşlığa önəm verməsidir. Belə ki, son on ildə bu məsələ  ölkənin təhlükəsizlik ehtiyacları çərçivəsindən kənara çıxaraq, iqtisadi, siyasisosial sahələrdə də genişlənib. Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə Avropa İttifaqı - Azərbaycan Fəaliyyət Planı qəbul edilib. Bu plan Azərbaycan və Avropa İttifaqı  arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadiinstitusional islahatlar sahələrində əməkdaşlığı inkişaf etdirir, əməkdaşlığın keyfiyyətcə yeni  müstəviyə  qaldırılması üçün əsaslar yaradır.

 Amerika Birləşmiş Ştatlarındakı dostlarımız yazırlar ki, Azərbaycan  təkcə Avropa ilə deyil, eləcə də  dünyanın aparıcı dövlətlərindən biri  olan ABŞ-la hələ  2000-ci illərin əvvəllərindən, 11 sentyabr terror hücumlarından sonra genişlənən strateji tərəfdaşlıq münasibətlərində də önəmli nəticələr əldə edə bilib. Belə ki, Azərbaycan ABŞ-ın terrora qarşı qlobal mübarizədə ən mühüm tərəfdaşlarından biri kimi çıxış edib və həmin  mövqeyinə sadiq qalır.

Prezident İlham  Əliyevin peşəkar diplomat və təcrübəli dövlət xadimi kimi həyata keçirdiyi xarici siyasətin uğurlu addımlarını təkcə respublikamızın  ikitərəfli əməkdaşlıq etdiyi ölkələrlə münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsindəki çoxtərəfli əməkdaşlığımızda da görürük. Azərbaycan Respublikasının  böyük səs üstünlüyü ilə dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də ötən 10 il ərzində  dövlətimizin yeritdiyi xarici siyasətin əsas nailiyyətlərindən biridir.

Ekspertlərin fikrincə, bu nəticənin əldə edilməsində Azərbaycanın fəal xarici siyasət aparması, xarici ölkələrdəki diplomatik təmsilçiliklərinin sayını dəfələrlə artırması, coğrafi baxımdan uzaqda yerləşməsinə baxmayaraq yeni-yeni ölkələrlə uğurlu ikitərəfli münasibətlərin formalaşdırılması, nəhayət, BMT Baş Assambleyası çərçivəsində intensiv , effektiv lobbiçilik və çoxsaylı xarici səfərlər əsas rol oynayıb.

Heç bir azərbaycanlının unuda bilməyəcəyi məqamlardan birini yada salaq.  2011-ci il oktyabrın 25-də Azərbaycan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına üzv seçildi.  Dünyanın 155 ölkəsinin Azərbaycanı bu səsvermədə dəstəkləməsi böyük diplomatik uğur kimi hamı tərəfindən tanınıb. Bu səsvermə Azərbaycanın təkcə region deyil, dünya üçün önəmli ölkələrdən biri olduğunu ortaya qoyub. Sonradan məlum olub ki, Ermənistan da əvvəlcə BMT Təhlükəsizlik Şurasına seçilmək iddiasına düşüb, ancaq heç bir şansı olmadığını görərək bəri başdan öz namizədliyini geri götürüb.

 2000-ci illərin ortalarından başlayaraq Azərbaycan diplomatik təmsilçiliklərinin sayını davamlı olaraq artırmaq strategiyasını həyata keçirməyə başlayıb. Dövlətin iqtisadi qüdrətinin artması imkan yaradıb ki, Azərbaycan daha çox ölkədə öz səfirliklərini açsın.  2004-cü ildən başlayaraq respublikamızın  xarici ölkələrdəki səfirliklərinin, diplomatik korpuslarının sayı təxminən 3 dəfədən çox  artıb. Yeri gəlmişkən,  dövlətimiz  xaricdəki diplomatik təmsilçiliklərinin sayının artırılması ilə yanaşı, onların  peşəkar kadrlarla təmin edilməsinin də qayğısına qalır.  Bu zərurətdən irəli gələrək, 2006-ci ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində diplomatik kadrlar hazırlayan Azərbaycan Diplomatik Akademiyası yaradılıb.

 Ötən yazılarımızda dönə-dönə qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin xarici siyasətdə ən böyük önəm verdiyi məsələlərdən biri də formalaşdırılmış ənənəvi diplomatiyanın hücum diplomatiyası taktikası ilə  əvəz edilməsidir.  Nəticədə xarici siyasətin daha dinamik forma alması, bu siyasəti həyata keçirən qurumlar arasında koordinasiyanın gücləndirilməsi üçün Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin Bakı müşavirələrinin ənənəsi qoyulub. İlk belə müşavirə 2004-cü il iyulun 27-də keçirilib. Həmin müşavirədə çıxış edən Prezident İlham Əliyev səfirlərin qarşısında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün informasiya sahəsində “hücum diplomatiyası” vəzifəsini qoyub.

Cənab Prezidentin bu il aprelin 24-də Praqada  Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr edilmiş sammitdəki kəsərli çıxışı, xüsusən, Ermənistan prezidenti Serj Sarkisyanın cəfəng bəyanatlarına tutarlı cavablar verməsi məhz həmin hücum diplomatiyasının növbəti mərhələsinin təzahürü idi. Dövlət başçımız həmin çıxışı ilə təkcə Ermənistana və onun havadarlarına mesaj vermirdi. Həm də bütün dünya siyasətçilərinə xatırladırdı ki, cənablar, artıq ikili standartlardan əl çəkməyin vaxtıdır.

Beləliklə, gənc müstəqil dövlətimizin beynəlxalq aləmə sürətli inteqrasiyasını təmin edən Heydər Əliyev siyasi kursu cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, xarici siyasətdə də öz  uğurlu nəticələrini verməkdədir.

 

İttifaq MİRZƏBƏYLİ

 

 

Xalq qəzeti.- 2014.- 4 may.- S. 1.