Vergi xidməti əməkdaşları
arasında ənənəvi şahmat turnirinə
yekun vurulmuşdur
Vergi xidməti əməkdaşları arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulmuşdur.
Yarışlara aprel ayının
12-də start verilmişdir.
Vergilər Nazirliyinin struktur
bölmələrinin əməkdaşlarının
iştirak etdiyi turnir Olimpiya sistemi üzrə keçirilmişdir.
Vergilər nazirinin müşaviri Asif Cahangirov yarışın maraqlı
rəqabət şəraitində
keçdiyini bildirmiş,
qalib gəlmiş əməkdaşları diplomlarla
təltif etmişdir.
Turnirin qalibi Vergilər Nazirliyi aparat rəhbərinin müavini Əli Həsənov olmuşdur. Vergi Auditi
Departamentinin əməkdaşı
Azay Məmmədov turnirdə 2-ci yeri tutmuşdur. 3-cü yer uğrunda yarışda Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı
Şəhriyar Məmmədov
qalib gəlmişdir.
Şahmat turnirində həmçinin
Azərbaycanın istedadlı
şahmatçısı Vüqar
Həşimovun xatirəsini
yad etmək məqsədilə ən sürətli qələbə
üçün xüsusi
mükafat və diplom təsis edilmişdir. Həmin mükafata Vergilər
Nazirliyinin aparat rəhbərinin müavini
Əli Həsənov layiq görülmüşdür.
Xalq qəzeti.- 2014.- 4 may.- S. 7.