Görkəmli dilçi alim, nüfuzlu türkoloq

 

Zərifə Budaqova - 85

 

Ərəb nağıllarından birinin adı belədir: “Adamlar neçə cür olur?” Bu nağılda məşhur bir alim adamların dörd cür olduğunu söyləyir:  Birinci qrup adam hər şeyi bilir, nə bildiyini özü də anlayır. Bu, alimdirondan ibrət götürmək lazımdır. İkinci qrup adam da bilir, ancaqbildiyini özü bilmir. Bu, yatağan adamdır və onu oyatmaq lazımdır. Üçüncü qrup adam bir şey bilmir, özübilir ki, heçbilmir. Bu adamın öyrənməsi üçün ona kömək etmək lazımdır. Dördüncü qrup adam isə heçbilmir və bilmədiyini özübilmir. Bu adam avamdır və onun haqqında yaxşı bir söz deyə bilməzsən.

 Birinci qrup adamlardan söz düşəndə xatırladığımız alimlərdən biri də görkəmli dilçi-türkoloq Zərifə İsmayıl qızı Budaqovadır. Zərifə xanım ömrünü ən qiymətli mənəvi sərvətimiz olan Azərbaycan dilinin elmi cəhətdən hərtərəfli və dərindən öyrənilməsinə, bu dilin ali statusunun qorunmasına və onun cəmiyyətdə sevdirilməsinə həsr etmişdir. Belə bir müqəddəs və nəcib onu filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (indiki AMEA-nın) kimi şərəfli mövqelərə ucaltmışdır. O, yüzdən çox elmi əsərin müəllifi kimi tanınmış, respublikada dilçi alimlər nəslinin yetişməsində səmərəli fəaliyyət göstərmişdir. Zərifə xanım iyirmidən çox elmlər namizədi və doktoru yetişdirmişdir.

Alimin “Azərbaycan dilinin sintaksisi”, “Azərbaycan dilinin morfologiyası”, “Müasir Azərbaycan dilində söz birləşmələri”, “Müasir Azərbaycan bədii dilinin üslubiyyatı”, “Azərbaycan dilinin orfoqrafiya qaydaları”, “Azərbaycan dilinin durğu işarələri”, “Müasir Azərbaycan ədəbi dilində sadə cümlə”, rus dilində yazılmış “Azərbaycan dilinin qrammatikası” (fonetika, morfologiya, sintaksis) kitabları on illərdir ki, fundamental elmi mənbə, ümumişlək məxəz rolu oynayır və dilçilərimizin stolüstü kitablarından sayılır.

Zərifə İsmayıl qızı Budaqova 1929-cu ildə anadan olmuş, 1936-cı ildə orta məktəbə getmişdir. 1943-cü ildə pedaqoji texnikuma, 1945-ci ildə Ermənistan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. O, 1948-ci ildə Bakı şəhərinə köçmüş və təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) dil-ədəbiyyat fakültəsində davam etdirmişdir. Gənc filoloq  1949-cu ildə ali təhsilini başa vurmuş, EA-nın Ədəbiyyat və Dil İnstitutunun dilçilik üzrə aspiranturasına daxil olmuşdur. Zərifə xanım elmi işini davam etdirmək üçün SSRİ EA-nın Ədəbiyyat və Dil İnstitutuna ezam olunmuşdur. 1953-cü ildə soydaşımız MoskvadaMüasir Azərbaycan dilində tərz kateqoriyası” mövzusunda dissertasiya müdafiə etmişfilologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Yeri gəlmişkən, qeyd edək ki, Zərifə xanım bu mövzuda elmi yazarkən türkologiyada felin tərzləri, ümumiyyətlə, tərz kateqoriyası barədə müxtəlif fikirlər söylənilirdi. Məsələn, N.K.Dmitriyev, A.N.Baskakov, İ.A.Batmanov və başqaları tərz kateqoriyası dedikdə , hal, hərəkətin təkrar olunmasını, sürəkliliyi, davamlılığı, hərəkətin müxtəlif istiqamətləri və s. kimi məsələləri izah edirdilər. B.M.Yunusəliyev, Borovkov, Xarisov, Şaripov və başqaları isə belə hesab edirdilər ki, tərz kateqoriyası , hal və hərəkətin bitməməsini, başlanmasını bildirir. Onlar, eyni zamanda, felin tərzində onun zamanının da rolunu qeyd edirdilər. Azərbaycan dilçiliyində tərz kateqoriyasından bəhs edən M.Xəlifəzadə də tərz kateqoriyasını düzgün müəyyənləşdirməmiş, bu kateqoriya ilə felin zamanlarını və formalarını qarışdırmışdır.

Türkologiyada və Azərbaycan dilçiliyində tərz kateqoriyası ilə bağlı fikir müxtəlifliyi mövcud olduğu bir dövrdə Zərifə xanım belə çətin mövzuda dissertasiya yazmış, problemin həllinə nail olmuşdur. O, digər türkoloqlardan fərqli olaraq, tərz kateqoriyasının əmələgəlmə qaydalarını müəyyən etmişbir sistem yaratmışdır. Bununla da məsələnin həllinə öz elmi töhfəsini vermişdir.

Zərifə Budaqova 1953-cü ildən Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun (indiki AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu) müasir Azərbaycan dili şöbəsinə rəhbərlik etmişdir. O, 1963-cü ildə “Müasir Azərbaycan dilində sadə cümlə” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru alimlik dərəcəsi, 1968-ci ildə professor elmi adı almışdır. Alim Nəsimi adına Dilçilik İnstitutunun direktoru olmuşdur.

Zərifə xanım müasir Azərbaycan dilinin morfologiyasına, sintaksisinə, orfoqrafiyasına, üslubiyyatına, eləcə də türkologiyanın müxtəlif problemlərinə dair əsərlərin müəllifi olmaqla, dilçiliyin nəzəri və əməli məsələlərinə dair qiymətli tədqiqatlar aparmışdır. Görkəmli dilçi Azərbaycan dilinin qrammatik qayda-qanunlarını rus dilində çap etdirməklə, dilimizin imkanlarını rusdilli oxuculara çatdırmış və bununla Mirzə Kazım bəyin yolunu davam etdirmişdir. Mirzə Kazım bəyin hələ 1839-cu ildə Peterburqda çap etdirdiyiTürk-tatar dilinin qrammatikası” kitabı sonrakı dövrdə qrammatika kitablarının yazılmasında nümunə olmuşdur.

Professor Zərifə Budaqovanın 1977-ci ildə çap etdirdiyi “Azərbaycan dilində durğu işarələri” adlı kitabı təsadüfi tədqiqat əsəri deyildir. Yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında, aydın və ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Hər bir durğu işarəsi müəyyən məqsədlə işlədilir. Başqa sözlə, durğu işarələrinin cümlədə vəzifəsi, xidməti rolu vardır. Bütün zamanlarda durğu işarələrinin yerli-yerində işlənməsinə ehtiyac duyulur. Bütün bunları nəzərə alaraq professor Zərifə Budaqova “Azərbaycan dilində durğu işarələri” kitabını yazmaqla hər hansı durğu işarəsinin yerli-yerində işlədilməsinin möhkəm qaydalarını dəqiq izah etmiş, bu sahədə qaranlıq məqamları dəqiq aydınlaşdırmışdır.

Zərifə xanım Azərbaycan dili ilə bağlı yazdığı kitablarında ciddi elmi-nəzəri təhlillər aparmış, həm dilimizin zənginliklərini, həm də problem və qayğılarını aktual mövzuya çevirə bilmişdir. Onun “Azərbaycan ədəbi dilinin çiçəklənməsi” adlı məqaləsi ədəbi dilimizin bir sıra xüsusiyyətlərini dərindən səciyyələndirir. Alim Azərbaycan ədəbi dilində funksional üslubların işləkliyini bədii ədəbiyyatın inkişafı, elm, mətbuat, radio və televiziyanın, kargüzarlığın, rəsmi yazışmaların inkişafı ilə əlaqələndirmişdir. Mətbuat dilinin müxtəlif üslub növlərinin meydana gəlməsini də alim qəzet və jurnal materialları əsasında təhlil etmişdir. Azərbaycan dilinin kütləvi informasiya vasitələrinin dili kimi xidmət göstərməsi məsələsi də Zərifə xanımı bir dilçi kimi düşündürmüşdür.

Zərifə Budaqova dilçilərin qarşısında bir sıra vəzifələrin durduğunu da xüsusilə qeyd edirdi. Həmin vəzifələr indi də aktuallığını itirməmişdir. Məsələn, qəzet, jurnal və bədii əsərlərdə ikili və mübahisəli orfoqrafik nöqsanların olması, orfoepik normalara riayət edilməməsi, bədii dilin özünəməxsus xüsusiyyətlərinin süni şəkildə ədəbi dil normalarına tabe edilməsi, dilin bütün üslublarının eyni səviyyədə öyrənilməsi, dilimizin izahlı omonim, sinonim, antonim sözlər lüğətinin tərtib olunması belə məsələlərdəndir.

Professor Zərifə Budaqova dillərin geneolojimorfoloji təsnifindən əlavə, xalqların, millətlərin, dillərin maraq dairəsini, zəruri problemlərin öyrənilməsinin vacibliyini nəzərə alaraq dillərin sosioloji təsnifini də aparırdı. Alim bu əsasda hər bir dilin inkişaf səviyyəsini, xidmət dairəsini, eləcə də mövcud imkanlarını üzə çıxartmağa çalışırdı. Bu mənada onun “Dillərin sosioloji təsnifi” məqaləsi dilçi alimin dillər və onların xüsusiyyətləri ilə bağlı nəzəri-praktik təhlil aparmaq bacarığını təsdiq edir. O, bu məqaləsində keçmiş SSRİ-də yaşayan millətlərin və xalqların dillərinin sosioloji təsnifini də aparmışdı.

 Alim rus dilinin o vaxt bütün millətlər üçün ünsiyyət vasitəsi olduğunu, ayrı-ayrı respublikalarda milli dillərin varlığını və bu dillərdən başqa xalqların (məs.: Azərbaycanda talışların, tatların və s.) istifadə etdiyini, muxtar qurumlarda yaşayan 40-a yaxın xalqın (məs.: tatar, başqırd, xakas, udmurts.) dilinin mövcudluğunu, nanay, qaqauz kimi 10-dan artıq milli mahal xalqlarının yazılı dilinin varlığını, ana dillərində yazısı olmayan, sayı bir neçə yüzdən bir neçə minə qədər olub bəzi rayonlarda və kəndlərdə yaşayan xalqların (məs.: “Dağıstanda rutul, aqul dilləri, Azərbaycanda qrız, buduq, xınalıq, udin dilləri və s.) dillərini dil quruculuğu prosesində unutmamağı nəzərə çatdırmışdı.

Görkəmli dilçi dilimizlə bağlı xarici ölkələrdə görülmüş işlər barəsində geniş təhlil aparmaqla, onun tədrisinə, təbliğinə böyük diqqətini ifadə etmişdir. XIX əsrdə Bestujev-Marlinskinin, M.Y.Lermontovun Azərbaycan dilini öyrənmələrini, Azərbaycan dilinin ilk qrammatika kitabı olanTürk-tatar dilinin qrammatikası” kitabının digər xalqların (xüsusilə rusların) Azərbaycan dilini öyrənməsində əvəzsiz rol oynadığını, L.Z.BudaqovunTuretsko-tatarskiy bukvar”, “Praktiçeskoye rukovodstvo turetsko-tatarsko-azerbaydjanskoqo nareçiya” kitabları, A.O. Çernyayevskinin “Vətən dili” dərsliyi, S.M.Qənizadənin “İstilahi- Azərbaycan” adlı kitabı və “Somouçitel tyurkskoqo yazıka Kavkazsko - Azerbaydjanskoqo nareçiya” dərsliyi və digərləri Zərifə xanımın tədqiqatlarına görə, Azərbaycan dilinə olan ehtiyacmaraqla bağlı yazılmışdır.

Professor Zərifə Budaqovanın tədqiqatları türkoloqların maraq dairəsində olmuş, onun qaldırdığı problemlər həmişə ciddi elmi dəyəri ilə seçilmişdir. Buna görə də onun araşdırmalarına türkoloqlar xüsusi əhəmiyyət vermişlər. Məsələn, professorlardan türkoloq Əthəm Tenişev, Məhərrəm Ergin, Sadəttin Buluc, Zeynəb Qorxmaz və digərləri professor Zərifə Budaqovanın yaradıcılığının araşdırılmasına xüsusi ehtiyac olan tədqiqatlar kimi yanaşmışlar. Onun əsərlərinin əhəmiyyətli olduğunu dilçilərimiz həmişə dəyərləndirmiş və yüksək qiymət vermişlər. Vaxtilə professorlardan Ağamusa Axundovun çap etdirdiyiVacib nitq mədəniyyəti məsələsi”, Afad Qurbanovun “Zamanın tələblərindən doğan kitab”, Mirəli Seyidovun “Türkoloqların IV konqresində”, Məmməd Qasımovun “Yazımızın nöqtəsinə də, vergülünə də fikir verək” və s. məqalələri Zərifə xanımın tədqiqatlarına verilən yüksək qiymətdir.

Zərifə xanım həmişə elmi ictimaiyyətin və dövri mətbuatın diqqət mərkəzində olmuş, dilçinin özü və tədqiqatları barəsində yüzlərlə məqalələr çap edilmişdir. Onun səmərəli elmi fəaliyyəti və əsərlərinin əhəmiyyəti Azərbaycan qadınının müvəffəqiyyəti kimi qiymətləndirilmişdir.

Məhəmməd Peyğəmbərin (s.) belə bir kəlamı var: “Behişt anaların ayaqları altındadır”. Peyğəmbərimizin başqa bir kəlamı da vardır: “Bir adam anasının, atasının üzünə şəfqətlə baxarsa, Allah ona qəbul olunmuş həcc savabı yazar”. Bu mənada bizim hər birimizin dəyərli insanlarımızı, xidməti olan alimlərimizi yada salmağımız həm savabdır, həm də keçmişə hörmət və gələcəyə örnəkdir. Professor Zərifə Budaqova anadan olmasının 85-ci ilində cismən dilçilərin arasında olmasa da, ruhən dilimizin həmişəyaşarlığındadır, ana dilimizin keşiyində dayanan ən nüfuzlu dilçilərlə bir yerdədir. Azərbaycan dilçiləri həmişə Zərifə xanım Budaqovanın xatirəsini əziz tutacaq, onun xidmətlərini unutmayacaqlar.

 

Buludxan XƏLİLOV,

 

filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2014.- 4 may.- S. 7.