Zaqatala: bütün
yeniliklər ulu öndərin adı ilə
bağlıdır
Zaqatalada ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Göyəm kəndində əsaslı təmir edilmiş həkim məntəqəsinin açılış mərasimində iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə mərasim iştirakçılarını ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə təbrik etmiş, ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə səhiyyə sahəsində aparılan məqsədyönlü islahatlar, görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, bunun məntiqi nəticəsi kimi indi hər bir rayonda yeni diaqnostika mərkəzlərinin, müasir səhiyyə obyektlərinin tikilərək istifadəyə verilməsini xüsusi vurğulamışdır. Bununla yanaşı, səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən, həkimlərin peşəkarlığının artırılması sahəsində görülən işlər haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Kənd ağsaqqalları, ziyalılar və gənclər son illər Zaqatala rayonunda, o cümlədən Göyəm kəndində görülmüş işlərdən geniş söhbət açmış, diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər.
Göyəm kənd həkim məntəqəsinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılmış şəraitlə yaxından tanış olmuşlar. On üç otaqdan ibarət həkim məntəqəsi büdcə vəsaiti hesabına əsaslı təmir edilmiş, müasir istilik sistemi quraşdırılmış, yeni yumşaq və bərk inventarlarla təmin edilmişdir. Bundan əlavə, həkim məntəqəsi üçün su anbarı və yenu su xətləri çəkilmiş, kanalizasiya xətləri bərpa olunmuşdur. Məntəqənin həyətində abadlıq işləri aparılmış, tamet daş döşənmişdir.
Sonra tədbir iştirakçıları Əliabad qəsəbəsi ərazisində sahibkar Mahir Bağırov tərəfindən yeni inşa edilmiş “Xalça evi”nin açılışında iştirak etmişlər. Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ölkə Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirmiş, 2004-cü ildə “Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun qəbul olunmasının bunun bariz nümunəsi olduğunu qeyd etmişdir. Digər natiqlər rayonda belə bir obyektin açılışını yüksək qiymətləndirmiş, sahibkarlara göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidentinə dərin təşəkkürlərini bildirmişlər. Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılmış şəraitlə yaxından tanış olmuşlar. Hər mərtəbəsi 156 kvadratmetr olan ikimərtəbəli “Xalça evi”ndə xalça toxunması üçün dəzgahlar quraşdırılmış, xalça istehsalından əlavə yun yataq dəstləri və digər yun materiallarının istehsalı nəzərdə tutulmuşdur. Yeni xalça evində 15-20 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2014.- 8 may.- S. 7.