Heydər
Əliyev və Azərbaycan teleradiosu
Teleradio XX əsrin ən mþhtəşəm kəşflərindəndir. Hər gün insanlarla ünsiyyətdə olan və cəmiyyət həyatında əvəzsiz yer tutan bu elektron KİV sahələri yarandığı gündən informasiya liderliyini þz əlində saxlamışdır. Xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi, məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən teleradio þz inkişafında bir neçə mərhələni yaşamışdır: a) təşəkkül və formalaşma; b) yerli qovşaq, qurğu, radio-şəbəkədən Ümumittifaq yayım şirkətinə çevrilmə;
c) yetkinlik və
dünyaya inteqrasiya.
Cəmiyyətin idarə olunmasında ən sərfəli
vasitə olan “kağızsız və məsafəsiz qəzet”-
teleradio XX əsrin ortalarından ən güclü təbliğat
sisteminə çevrildi. Qısa müddət ərzində radionun
inkişafına dair 200-dən artıq sənədin, o
cümlədən 9 dekretin imzalanması þlkədə radio işinin əhəmiyyəti
haqqında təsəvvür yaradır. Þlkənin
kütləvi şəkildə radiolaşması günün
ən vacib işi hesab edildi. RTV-nin þlkədə təşəkkül
və formalaşması mərhələsi analoqu olmayan bir
sürətlə davam edirdi. Sonrakı mərhələdə
radio verilişlərinin, teletranslyasiyaların keyfiyyəti məsələləri
ətrafında ciddi yaradıcılıq işi
başlandı. SSRİ-nin bu sahədə
nailiyyətləri ən inkişaf etmiş xarici þlkələri arxada qoyurdu.
Keçən əsrin 60-cı illərinin sonları,
70-ci illərinin əvvəlləri Azərbaycan ekran və
efirində fərqli düşüncə tərzi, fikir
plüralizmi, iradə azadlığı nədən və necə
yaranmışdır? İmperiya funksionerlərinin “Şərqin
qapısı” adlandırdıqları və bu qapını
daim əllərində mþhkəm saxlamağa çalışdıqları bir
vaxtda Azərbaycan teleradiosunun fəaliyyətində sərbəstlik və nisbi
azadlıq hansı qüvvənin hesabına mümkün
olmuşdur? Bu sualların birmənalı cavabı indi
heç kəsdə şübhə doğurmur: Þlkənin siyasi hakimiyyətinə
ulu þndərimiz Heydər
Əliyevin gəlişi 70-80-ci illərin və daha sonrakı
dþvrün milli
oyanış və þzünüdərk faktlarının əsasında
dayanır”.
Heydər Əliyev şəxsiyyətinin milli-mənəvi
keyfiyyətləri fenomen idarəçilik, dþvlətçilik səriştəsi
ilə birləşərək, hətta imperiya funksionerlərini
belə onunla razılaşmağa, ən prinsipial qərarların
qəbulu zamanı onunla hesablaşmağa məcbur edirdi. Super dþvlətin tərkibində Azərbaycanın
nisbi iqtisadi, mədəni müstəqilliyini təmin edən
Heydər Əliyev məhz bu dəmir məntiqi ilə bir
çox layihələrin respublikamızda reallaşmasına
nail ola bilirdi. İnkişaf
edən kənd təsərrüfatı ilə güclü sənaye
potensialını uzlaşdırmaq üçün o
vaxtkı þlkə rəhbərlərinin
diqqətini Cənubi Qafqaza çevirir, təbii ehtiyatların
yerli sakinlərin rifahı naminə sərf olunmasına şərait
yaradırdı. Bu məqsədlə Moskvadan yeni zavod və fabriklərin
tikilməsi razılığını alır, bütün
bu nəhəng layihələri sürətlə həyata keçirmək
üçün xalqın ruhunu yüksəltməyə, onun
İttifaq miqyasında nüfuzunu artırmağa
çalışırdı. Ulu þndər bu işi paralel gþrməyə
üstünlük verərək hesab edirdi ki, mənəvi dəyərlərin,
xalq adət və ənənələrinin dirçəldilməsi,
þlkə
iqtisadiyyatının ritminə təkan verəcək. O
vaxta kimi dini bayram hesab olunan Novruzun “Bahar bayramı” adı ilə
ilk dəfə dþvlət
səviyyəsində keçirilməsi də Heydər
Əliyevin SSRİ rəhbərliyindəki nüfuzu
hesabına baş tutdu. Kinolentlərdə qorunan
həmin xoşbəxt anlar xalqımıza daim əzilən ruhunu
qaytarırdı. Faktlar gþstərir ki, zəhmətkeşlər
həmin ilin təsərrüfat həyatında ruh yüksəkliyi
nümayiş etdirərək, fþvqəladə uğurlar qazanmışdılar.
İnsanların bu mənəvi, iqtisadi
dirçəlişi tarixə, salnaməyə çevrilməli,
gələcək nəsillər üçün inkişaf
tendensiyasına əsas yaratmalı idi. Hakimiyyətinin
ilk illərində Heydər Əliyev belə bir qlobal xidməti
yalnız ən kütləvi informasiya vasitəsi olan
televiziyanın, radionun həyata keçirə biləcəyinə
inanırdı. Bu inamın nəticəsi
kimi, 1970-ci ildə şirkətin nəzdində “Azərbaycantelefilm”
Yaradıcılıq Birliyi yaradıldı. Yaşadığı torpağı cənnətə
çevirən, onun nemətlərini xalqın süfrəsinə
gətirən əmək qəhrəmanlarının portretlərini
əks etdirən sənədli filmlərin, xronikaların
yaranması respublika rəhbərinin əmək adamlarına qayğı
və diqqətinin nəticəsi idi. “Sürəyya”,
“Sevilin bacıları”, “Mexanizator Nazilə”, “Azərbaycan ipəyi”,
“Muğanın qəhrəmanları” və s. onlarca, yüzlərlə
sənədli film məhz 70-80-ci illərdə lentə
alınaraq, dþvrün
salnaməsinə çevrildi. Bu ənənə
sonrakı illərdə Azərbaycan mənəviyyatının
ən gþrkəmli
simalarının portretlərini yaradarkən də eyni diqqət
və peşəkarlıqla həyata keçirildi. Məhz
Heydər Əliyevin təqdimatı və təkidli tələbi
ilə þlkənin ən
yüksək fəxri adlarına layiq gþrülmüş Qara Qarayev, Fikrət
Əmirov, Tahir Salahov, Süleyman Rəhimov, Mirzə
İbrahimov və başqa gþrkəmli ədəbiyyat, incəsənət xadimləri
haqqında sənədli filmlər çəkildi, “Azərbaycantelefilm”in
gündəlik işi respublikamızın bütün sahələrini
əhatə etdi.
Xalqın ruhu həm də onun epik ənənələr
toplusu olan eposlarda, folklor irsində və bu işin canlı
daşıyıcısı olan mərasim folklorunda
yaşayır.
Hər il təkrarlanan belə mərasim təkcə
tarixi yaddaşın bərpası faktı kimi deyil, həm də
insanların yaradıcılıq, əmək, hünər
imkanlarını artırması ilə müşahidə
olunur. Qədim zamanların ən qüdrətli
ideoloği vasitəsi olan ənənələr, bayramlar
xalqın çoxəsrlik bioenerjisini þzündə qoruması ilə əhəmiyyətlidir.
Bu milli maraq və düşüncə
faktını təməl prinsipləri kimi qəbul edən
ulu þndərimizin idarəçilik
prinsiplərində folklorun inkişafına geniş yer
ayırdığı þzünü
gþstərir. Təkcə Novruz bayramının xalqa
qaytarılması deyil, keçən əsrin 70-ci illərindən
radio və televiziyada yaradılan milli yaddaş ünvanlı
onlarla proqramın təsir gücündən saatlarla
danışmaq olar.
34 ildən artıq fəaliyyət gþstərən “Bulaq” belə milli
verilişlərin ilk qaranquşu oldu. Þlkə
başçısının xeyir-duası ilə fəaliyyətə
başlayan bu radiotoplu ilk dəfə Azərbaycan efirinə
şifahi nitqin ən koloritli, milli, etnoqrafik, xalq
düşüncə tərzi ilə cilalanmış nəfəsini
gətirdi. Respublikanın ən ucqar nþqtələrinə
nüfuz edib, etnoqrafik þzəlliklərdən,
say-seçmə folklor nümunələrindən, xalq
düşüncəsini müasir dünyamızın tələbləri
baxımından üzə çıxaran bu proqramın
tezliklə beynəlxalq poçtu yarandı. Sovet sərhədlərindən
quşların belə keçməyə cəsarət etmədiyi
bir vaxtda radio dalğaları ilə az qala bütün Şərqə
yayımlanan “Bulaq” xaricdəki soydaşlarımızın arzu
və istəklərini vahid dil, düşüncə, ortaq Vətən
duyğularını ifadə edən məktubları efirdə
səsləndirdi. Ulu þndərin
gþstəriş və məsləhəti əsasında
bu işin daha geniş auditoriyası televiziyada “Bulağ”ın
analoqu “Ozan” folklor toplusu yaradıldı (1981). “Ozan”
teletoplusu da tezliklə ümumxalq məhəbbəti
qazandı. Hər sayına gələn minlərlə
tamaşaçı məktubu bu rəğbəti ifadə
edirdi. “Ozan”ın da arxivi AMEA-nın Folklor
İnstitutu tərəfindən alındı, tədqiq olundu.
“Ozan”ın muzeyi bu gün də Folklor
İnstitutunun ən dəyərli, zəngin etnoqrafik
kolleksiyası kimi nümayiş etdirilir.
Heydər Əliyev ekranda elmin, mədəniyyətin
nailiyyətlərinin təbliğinə, xüsusən
televiziya ilə təbliğata çox bþyük əhəmiyyət verirdi. O, TV ilə xalqa
çatdırılan informasiyanın miqyasını və təsirliliyini
yüksək qiymətləndirərək deyirdi: “Televiziya
bütün informasiya orqanlarından ən kütləvisidir. İndi heç kəs þz həyatını televiziyasız təsəvvür
edə bilməz. Yəqin ki,
televiziyasız yaşamaq da olmaz. Televiziya
Azərbaycan xalqının milli sərvətidir”.
Ulu þndərimiz
Heydər Əliyevin ana dilinə, əlifbamıza, milli dəyərlərə,
tarixi və ədəbi şəxsiyyətlərimizə
münasibəti bir çox sahələr kimi RTV əməkdaşlarının
da perspektiv planlarını dəqiqləşdirirdi. 50 ilə
yaxın yaradıcılıq þmrü yaşayan Azərbaycan televiziyasının bþyük bir dþvrü Heydər Əliyev
ideyalarından bəhrələnmiş, cəmiyyətin ən
müxtəlif təbəqələrinin arzu və
maraqlarını əks etdirməkdə optimal yol seçə
bilmişdir. Bu istiqamətlər dünya
şþhrətli siyasətçinin
idarəçilik məktəbində yetişən
telejurnalistlərin, rejissorların, operator və digər sənət
sahiblərinin peşəkarlığı hesabına informasiyanın
elmi-kütləvi və bədii-əyləncəli
materialların ən maraqlı formalarda təqdimatına yol
açmışdır. Bir çox nəzəriyyəçilərin
və təcrübəli jurnalistlərin gəldiyi qənaətə
gþrə, Heydər
Əliyev teleradio ilə təbliğatın əsasən
tarixi-siyasi, milli əxlaqi, elm-maarifçilik istiqamətlərinə
þz
çıxış və məruzələrində ideyalar
verirdi. Hələ SSRİ məkanında Azərbaycan tarixinin
þyrənilməsi,
bu sahədə çoxcildliklərin yaradılması, tarix və
etnoqrafiya institutlarının bazasının gücləndirilməsi,
qədim yaşayış məskənləri - Azıx
mağarasında, Şabranda, Gəmiqayada, Qəbələ və
başqa tarixi abidələrdə bu işin intensivliyinin
vacibliyi þlkə
başçısının o dþvr üçün heç də
asan başa gəlməyən çıxışlarında þz əksini tapırdı. Sonralar bu elmi-tədqiqat işləri sənədli
filmlər hesabına þz
miqyasını daha da genişləndirdi. Bu,
Azərbaycan tarixinin təbliği istiqamətində milli
borcun yerinə yetirilməsi demək idi. Tarixi
biliklərin kütləviləşdirilməsi, tədrisin
elektron informasiya vasitəsinə keçirilməsi və əhalinin
marağının bu sahəyə istiqamətləndirilməsi
də Heydər Əliyev ideyalarından idi. Azərbaycan televiziyasının bu sahədə gþrdüyü işlərin
miqyası elm və təhsil redaksiyasının yaranması ilə
nəticələndi. Xain qonşuların ərazilərimizə
qarşı iddiası o vaxt da gizli, gþzəgþrünməz
xətlərlə davam etdirilirdi. Xalqa þz tarixini, ərazilərini,
milli soy-kþkünü
tanıtmağın vacibliyi həmişə aktual əhəmiyyət
daşımışdır. Ən yeni tarixin müəllifi
olan Heydər Əliyev hələ SSRİ-nin “qardaşlıq
ailəsində” þzünü
tanımağı məhz tarixi bilməkdə, ana dilinə
sahiblikdə, milli hərbi kadrları yaratmaqda gþrürdü. Bu
işdə teleradionun rolunu yüksək qiymətləndirirdi.
TV-də elm-təhsil, maarifçilik istiqamətli
verilişlərin sayının artırılması həm də
Azərbaycan dilinin funksionallığının yüksəlişinə
təkan verirdi. Postsovet reğimində Azərbaycan
dili ilk dəfə məhz Heydər Əliyevin rəsmi
çıxışlarında eşidilərək status
qazandı, işləkliyini, auditoriyasını xeyli genişləndirmiş
oldu. Tezliklə þlkə başçısının saf, dil
qanunları və normativlərinə uyğun zəngin
informasiyalı, spesifik intonasiyası ilə nümunə olan
dili canlı þrnəyə
çevrildi.
Çoxcildlilik “Azərbaycan dili” dərsliklərinin
müəlliflərinə dþvlət mükafatı verilməsi ulu þndərin ana dilinə þz yüksək dþvləti və milli
münasibəti idi. Məhz bundan sonra ana dilinin qanunları sahəsində
yeni axtarışlar, tədqiqatlar başlandı. TV-də qoşadilliliyin aradan qaldırılması
istiqamətində işlərə də təkan verən elə
þlkə
başçısının þz çıxışlarını ana dilində
qurması oldu. Birinci şəxsə gþrə düzlənən þlkə rəsmiləri o
vaxtdan ana dili kurslarına yazılmağa məcbur oldular.
Regionlarda belə milli siyasət aparmaq, Azərbaycan
dilini ana dili kimi o vaxtkı Konstitusiyada təsbit etmək þlkə
başçılarından titanik güc, cəsarət, ən
başlıcası isə Vətənə, millətə hədsiz
sevgi tələb edirdi. Heydər Əliyev
bunu bacardı və bütün çətinliklərin þhdəsindən məharətlə
gəldi. Bu gün Azərbaycan radiosunun və
televiziyasının dilinin ədəbi dil normasına, bir nþv etalona çevrilməsi məhz
Heydər Əliyevin nitq mədəniyyətinin təməl
prinsiplərinə əməl etməsi sayəsində
başa gəlmişdir.
Tarix, dil, mənəvi dəyərlərin TV təbliğatı
işin bir tərəfidirsə, hərbi vətənpərvərlik
təbliğatı müstəqilliyimizin
davamlılığı istiqamətində başlıca
amildir. Þtən əsrin 90-cı illərinin
əvvəllərindən bu iş þzfəaliyyət xarakteri
daşıyır, torpaqlarına təcavüz olunan dþvlətin ordu quruculuğu sahəsində
təbliğatı anti-təbliğata çevrilmişdi.
Şəxsi telekamerası olan hər kəs cəbhə bþlgələrinə gedib dþyüş mþvqelərinə çıxa
bilirdi ki, çox vaxt efirdən gþstərilən belə kadrlar
əsgərlərimizin mþvqeləri, hərbi vəziyyət haqqında düşmənə
bilməyərəkdən informasiyalar þtürürdü. Beləliklə,
þlkənin hərbi sirri
düşmən əlinə keçir, məğlubiyyətlərə
qapı açmış olurdu. Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ordu vahid
komandanlıq altına keçdi, bu sahədəki təbliğat
da hərbi dþvrün
qanunlarına uyğun nizamlanmış oldu. Cəbhə
bþlgəsində dþyüşən əsgərlərlə
þlkə
başçısının keçirdiyi intensiv gþrüşlər onlarda qələbəyə
inamı artırdı. Üzərində
“Əliyev uğrunda” şüarı yazılmış tanklar
tarixi xronikalara kþçmüş
oldu. Þlkədə, eləcə də orduda
yaranan dəmir intizam TV proqramlarının bu sahədəki fəaliyyətini
də tənzimlədi. Heydər Əliyevin hərbçilər
qarşısında hər çıxışı,
onların hünərə, zəfərə ruhlandırılması
kişilik məktəbi, vətəndaşlıq işi olan
bu sahənin efir təbliğatına da yeni ideyalar, forma və
məzmun bəxş etmiş oldu.
Hələ 70-ci illərdən hərbi məktəblər
açmaqla milli kadrlar yetişdirmək ideyasını həyata
keçirən ulu þndərimiz
müstəqillik dþvründə
bu sahədə təbliğatın ən yüksək fazaya
çatdırılmasını tþvsiyə edirdi. Dþyüş bþlgələrində rəşadət
gþstərən əsgərlərin
hünərini lentə kþçürən televiziya işçilərinin fədakarlığını
daha yüksək dəyərləndirirdi: “Azərbaycan
torpaqlarının keşiyində duran, onların qorunması
uğrunda dþyüşən,
çalışan, vuruşan insanların həyatının
dþyüş səhnələrinin
televiziya ilə təbliğ edilməsi, əhaliyə
çatdırılması bizim həyatımızda
onların bþyük
xidmətidir”.
Ordu
quruculuğunda hərb tariximizin þyrənilməsinə þnəm verən ulu þndər çıxışlarında Ə.Şıxlinski,
S.Mehmandarov kimi sərkərdələrin adlarını fəxrlə
çəkirdi. Azərbaycan TV-si bu tþvsiyələri əsasən iki
istiqamətdə: a) hərb tariximizin salnaməsıni vərəqləmək;
b) Azərbaycan Ordusunun bu gününü əks etdirməklə
işıqlandırmağı planlaşdırdı.
Prezidentin şəxsi məsləhətləri, tþvsiyələri zamanı hiss
edirdim ki, “Qədim hərb tariximiz”, “Hərbi taktika və fəndlər”,
“Xanlıqlar dþvrünün
hərb tarixi”, “Türk savaş sənəti” kimi verilişlərimizin
qəhrəmanlıq ruhu onu razı salır. Azərbaycan
ordusunun bu günü, əsgərlərimizin dþyüş
hazırlığı,
çağırışçıların psixoloği
aktivliyini əks etdirən “Aypara”, “Azərbaycan ordusu”, “Səngər”,
“E1 bir olsa” kimi proqramlar da, əslində, þlkə başçısının
ordu quruculuğu sahəsində fikir və ideyalarının
teleəksi idi.
Heydər
Əliyevin TV ilə əlaqəsi bir neçə istiqamətdə
þz əksini
tapır: a) dþvlət
əhəmiyyətli qlobal problemlərin həllində
iştirak edən strukturlardan biri kimi ümumi gþstərişlər istiqamətində;
b) KİV sistemində həyata keçirilən təşkilatçılıq
işlərinin istiqamətində; c) RTV ilə birbaşa əməkdaşlıqdan
meydana gələn gþstərişlər, məsləhətlər əsasında.
Birinci bþlümün
doğurduğu ideyaların həyata keçirilməsində
teleradioda sistemli iş quran ictimai-siyasi proqramlar redaksiyası ən
yeni tariximizdə baş verən dþvlətçiliyə qəsd,
Xocalı faciəsi, torpaqlarımızın işğalı
günləri ilə bağlı yaddaş bülletenləri təqdim
edir, erməni vəhşilikləri, terror və cinayətləri
barədə silsilə verilişlər hazırlayır. Bu
silsilədən olan “Xəyanət”, “Qəsd”, “Xocalı – qan
yaddaşımız” və s. verilişlər ulu þndərimizin ideyaları əsasında
efir həyatı qazanır. Vətəndaş
yaddaşını daim sayıq saxlamağa xidmət edən
“Dialoq”, “Günün nəbzi” kimi canlı yayımlar isə ən
aktual ictimai-siyasi məsələlərin
işıqlandırılması istiqamətində dþvlət
başçısının çıxış və məruzələrindəki
ideyalara əsaslanırdı.
Þlkənin xarici və daxili siyasətini ən operativ
şəkildə əks etdirən “Xəbərlər”
proqramı ulu þndərin
daim diqqət mərkəzində saxladığı
verilişlərdən idi. O, xəbərin müasir prinsiplərinə
– operativliyinə, qərəzsizliyinə, dəqiqliyinə,
yığcamlığına, bülletendən-bülletenə
inkişaf tendensiyasına çox əhəmiyyət verirdi. Xəbərin düzümü informasiya
bülletenində əsas şərtlərdən hesab olunur.
Bir çox hallarda mühüm dþvlət əhəmiyyəti kəsb
edən hadisələr haqqında informasiyanın orijinal təqdimatı,
yeri və forması barədə həmişə þz fikrini bildirirdi. Mərhum
Prezidentimiz ingilis dilində xəbərlər bülleteninin
efirə çıxmasını təqdir etmiş, bu sahədə
işlərin daha sivil formalarını axtarıb tapmaq, Azərbaycanı
beynəlxalq aləmə təqdim etməyin çox gərəkli
iş olduğunu demişdir.
Heydər Əliyev Azərbaycan Dþvlət Teleradio Şirkətinə
şəxsən bir neçə dəfə gəlmiş, bu
birbaşa gþrüşlər
zamanı verilişlərin hazırlanmasını
müşahidə etmiş, efirə canlı gedən bəzi
verilişlərin iştirakçısı olmuşdur. Xüsusən,
UNİSEF xətti ilə keçirilən Dünya
uşaqlarının televiziya bayramında þlkə
başçısının iştirakı gələcəyimiz
olan yeni nəslə qayğı və diqqətinin təzahürü
kimi hamımızın sevincinə səbəb olurdu. Onun iştirakı ilə keçirilən bu
canlı yayım neçə illərdir ki, yeni TV janrı
kimi formalaşmışdır. Gün ərzində
5-6 saat uşaqların ixtiyarına verilən ekran-efir ən
şən rəqslərin, bədii lþvhələrin, arzu və istəklərin, Vətənə,
dþvlətə sevgi hisslərinin
ifadə meydanına çevrilirdi. Təbii ki, bu
teleformanın təşkilində də aparıcı yeri
ümummilli liderimizin
uşaq yaddaşına qızıl naxışlar
salan, onların taleyi və gələcəyi barədə sþylədiyi ümidli
duyğular tutmuş olurdu. Heydər Əliyev belə
vaxtlarda bütün rəsmiyyəti bir kənara qoyaraq,
uşaqların sevincinə qatılır, bəzən onlara
qoşulub oynamaqla bu təntənəyə xüsusi rþvnəq verirdi. Gündəlik rəsmi gþrüşlərin sıxlığında, dþvləti vəzifənin gərginliyində
belə vaxt qazanmaq, uşaqlara qeyri-adi diqqət gþstərmək məhz Heydər
Əliyev fenomeninə yazılan keyfiyyətdir. Uşaqların yaddaşında tarixə çevrilən
belə gþrüşlər
onların gələcəkdə əsil vətəndaş
kimi formalaşmasına əsaslı zəmin yaradırdı.
Ulu þndərin
Teleradio Şirkətinə gəlişlərinin bir neçəsi
isə xüsusi xarakter daşımış, bu zaman o, TV ilə
xalqa müraciət etmişdir. Bu birbaşa müraciətlər
təkcə TV əməkdaşları üçün deyil,
ümumilikdə, xalqımız üçün fþvqəladə əhəmiyyət
kəsb etdiyindən bir az ətraflı bəhs
etməyə ehtiyac gþrürəm. Hər şeydən əvvəl,
qeyd edim ki, müstəqillik illərində dþvlət
başçısının teleşirkətə gəlib
xalqa birbaşa müraciət etməsi fþvqəladə hallarda baş
verirdi. Əslində, Prezident elə o
vaxtlarda televiziyanı þz
iqamətgahına dəvət edə də bilərdi.
Lakin onun televiziyaya gəlişi bir tərəfdən, bu
informasiya ünvanını əsl dþvlətçilik qalasına
çevirmək istəyindən irəli gəlirdisə,
ikinci halda, məqsəd vəziyyətin kritik həddi
haqqında cəmiyyətdə təsvir oyatmaq idi: “Azərbaycan
televiziyasının xidmətlərindən danışarkən
onun Azərbaycan dþvlətçiliyini,
müstəqilliyini qorumaq üçün nə qədər
bþyük bir vasitə
olduğundan siz yaxşı xəbərdarsınız. 1994-cü ilin oktyabr ayının əvvəllərində
dþvlət
çevrilişi cəhdi başlanan zaman məhz bizim televiziyamızdan
istifadə etdim. Bu, nə qədər güclü silah
imiş! Bu, bütün silahlardan da güclü silah
imiş...”.
Bu gün
tarixə dþnmüş
kinolentlər hər il təkrarlanan o gərgin
anların hiss və həyəcanlarını, Prezidentin þlkənin taleyi
üçün narahatlıqlarını bütün parlaqlığı
ilə əks etdirir:
“Hþrmətli həmvətənlər,
əziz bacılar, qardaşlar! Azərbaycan vətəndaşları!
Bu axşam vaxtı mən yaranmış vəziyyət
ilə əlaqədar olaraq, televiziya vasitəsilə sizə
birbaşa müraciət etmək məcburiyyətindəyəm.
Dünən televiziya ilə xalqa müraciət edərək,
son günlər Azərbaycanda yaranmış gərgin vəziyyət
haqqında məlumat verdim, þz mülahizələrimi bþlüşdürdüm və Azərbaycan
xalqını bu vəziyyətdən çıxmaq
üçün fəaliyyət gþstərməyə dəvət
etdim...”.
Bu
taleyüklü və həyəcanlı
çıxışda işlədilən “televiziya” termini adi
cümlə vahidi olan sþz deyil, ən çətin sınaq anlarının
silahdaşı, arxa-kþməyi, müşküllərin, siyasi düyünlərin
çþzülməsində
ən çevik təsir vasitəsidir. On minlərlə
insanı bir an içində Prezident İqamətgahının
qabağına yığan, dþvlətin, dþvlətçiliyin
müdafiəsinə qaldıran televiziya Prezidentin təbirincə
desək, “bütün silahlardan da güclü silah imiş”.
Bu təsir vasitəsi, unikal təbliğat
sistemi daim Prezidentin sadiq kþməkçisi,
ideya silahdaşı kimi fəaliyyət gþstərmişdir. Þlkə daxilində
baş vermiş bu siyasi qalmaqallar zamanı bir an da þz dþvlətçilik mþvqeyini itirməyən radio və
televiziyamız sonrakı fəaliyyəti dþvründə də dþvlətin ideoloji işinin tərkib
hissəsinə çevrildi, müstəqilliyimizin
qorunması, inkişaf etdirilməsi üçün hadisələrə
daha fəal münasibət gþstərməyə başladı. Açığını
deyim ki, o zamandan ulu þndərin
televiziya ilə əlaqələri daha intensivləşdi, onun
dþvlətə, dþvlətçiliyə sədaqətli
kollektivinə rəğbəti xeyli artdı. 1998-ci ildə müxtəlif peşə sahibi olan 17
teleradio əməkdaşının fəxri adlarla təltif
olunması da bu rəğbətin nəticəsi idi.
Günün xronikasını yaradan teleradio əməkdaşlarının
ən sevimli müsahibi kimi tanınan Heydər Əliyev bir
çox xarici, eləcə də þlkə mətbuat və TV
qurumlarının mükafatları ilə təltif
olunmuşdur.
Þlkədə yaratdığı sabitlik və demokratiyaya
gþrə, mətbuatda
sþz
azadlığına, þlkə iqtisadiyyatında və siyasi kursunda xalqa maksimum səmərəli
variantları seçib müəyyənləşdirdiyinə
gþrə, Heydər
Əliyev bir neçə il dalbadal “İlin adamı” fəxri
adına layiq gþrülmüşdür.
Kameranı
Heydər Əliyev kimi hiss edən ikinci dþvlət başçısı tapmaq
çətindir. Əslində o, kamera nümunəsində
qarşısında dayanan milyonlarla xalqı gþrür, bu cansız TV qurğuya
milyonların məsuliyyətini daşıyaraq
yanaşırdı. Onun televiziya ilə
çıxışlarında bir neçə incə keyfiyyət
həmişə þzünü
büruzə verirdi: inandırıcılıq, səfərbərlik,
səmimiyyət... Çıxışın
yüksək faktlılığı, arqumentliyi baş verən
hadisəyə tamaşaçıda inam hissi yaradırdı.
Mþvzunun hər kəsdən
þtrü vacibliyini,
cəmiyyət üçün gərəkliliyini ən
xırda məsələlərə kimi izah edən Prezident TV
çıxışlarında çox səmimi təsir
bağışlayır... Yaşlı adamlar bu
çıxışlarda yetkin siyasətçinin dəmir məntiqinin
ifadəsini hiss edirdilərsə, cavanlar, gənclər ata,
valideyn dərsləri kimi dinləyir, nümunə gþtürürdülər.
Heydər Əliyev þzünün mþtəbər
informasiya mənbələrindən biri hesab etdiyi teleradionun
yayım dairəsini həmişə geniş, əhatəli gþrmək istəyirdi. Təkcə
müsbət məqamları qabardıb cəmiyyətdə
arxayınçılıq yaratmağın sonrakı pis nəticələri
barədə bizi sayıq salır, haqlı tənqidə
geniş yer ayırmağı ümumi işimizin xeyrinə
hesab edirdi. Lakin bununla belə, qərəzli
tənqidin doğuracağı acı nəticələrdən
ehtiyatlanmağı, hadisənin o biri başında þz taleyini gþrməyi, sonra qələm
çalmağı tþvsiyə
edirdi. Humanitar yardımları yerlərə
çatdırarkən, əziz günlərdə ehtiyacı
olanlara yardımlar edərkən çox incə hərəkət
etməyi “sağ əlin verdiyini sol əldən gizlətməyi”,
kimsənin kþnlünü
qırmamağı məsləhət gþrürdü. Azərbaycanda
hər cür milli-mənəvi dəyərlərin və
inancların yayıldığı şəraitdə mənəviyyatla,
əxlaq, milli mentalitetlə bağlı proqramlara
üstünlük verməyi çox vacib hesab edirdi. Heç nəyi heç kəsə qadağan etməyin
mümkün olmadığı demokratik cəmiyyətdə þz mənəvi dəyərlərimizin
üstünlüyünü qoruyub saxlamağı əsas
şərt sayırdı.
Azərbaycançılıq-türkçülük
ideyalarının sistemli təbliği ilə tanınan
“Turan”, “Azərbaycan dili”, “Vətəndaş”, “Türk elləri”
kimi proqramların türk dünyasında doğurduğu əks-səda
ilə bağlı Prezidentin razılıq dolu sþzlərini dþnə-dþnə eşidib sevinmişəm.
Xüsusən, xalq yaradıcılıq redaksiyasının xətti
ilə hazırlanan “Yallı”, “Qala”, “Karvan”, “Buta”, “Qobustan”
kimi verilişlərin Türkiyə Cümhuriyyətində
populyar proqramlar kimi sevildiyi haqda Prezidentdən xoş sþzlər eşitmək bu sahədəki
işlərimizi daha da inkişaf etdirməyə stimul
yaradırdı. Təkcə “Dəmir qapı Dərbənd”
proqramının yaxın xaricdəki
soydaşlarımızın taleyini əks etdirməsi istiqamətində
müsbət nəticələri barədə dünya şþhrətli siyasətçidən
dəfələrlə razılıq eşitmişəm.
Əslində, cənab Prezidentin ən populyar
proqramlar haqqında orijinal fikirləri, tþvsiyələri vardır. Müşahidə etmişdim ki, Prezidentin maraq gþstərdiyi proqramlar
sırasında “Səhər”in xüsusi yeri var. Proqramın əlvan
politrasını peşəkarcasına təhlil edən þlkə
başçısı xüsusən xəbərin təqdimat
ritmini, blokdakı düzümünü hər dəfə təqdir
edirdi. Hər fəsildə yeniləşən
tərtibatı ilə təzə gþrünən “Səhər” xoş ovqat proqramı kimi
þlkə
başçısının da diqqətini cəlb edirdi.
Azərbaycan televiziyasının hər bir uğuru
prezidentin nəzərindən yayınmırdı. Azərbaycan
dili haqqında Prezident sərəncamında teleradionun bütþvlükdə milli yayıma
keçməsi məsələsi də bir vəzifə kimi
qarşıya qoyulurdu. Azərbaycan televiziyasında hələ
bir neçə il əvvəl
yaradılmış “Dublyaj” redaksiyası sərəncamdan irəli
gələn tələblərə əməl etmək
üçün yaradıcılıq potensialını qat-qat
artırdı. Efirdə yer alan hər nþv filmlərin, bədii lentlərin
dublyajı – milli dildə təqdimatı þlkə başçısını
çox razı salmışdı. Tez bir zamanda
zəngin film fondu yaradan kollektivi bu işi davam etdirməyə
çağırırdı.
Gənclərin cəmiyyətdəki fəallığı
þlkə
başçısını həmişə sevindirir,
onların təhsildə, idman yarışlarında,
istehsalatdakı uğurlarını daim diqqətdə
saxlamağı məsləhət gþrürdü. Gənc nəslin
sınaq, yetkinlik meydanı olan idman oyunlarının cəmiyyətdə
hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
Bugünkü þlkə başçımız cənab İlham
Əliyevin o vaxt respublika Olimpiya Təşkilatına uğurlu
rəhbərliyi gənclərimiz arasında idmanın
inanılmaz səviyyədə kütləviləşməsinə
səbəb oldu. Þlkəmizin hər guşəsində
inşa olunan Olimpiya idman kompleksləri on minlərlə gənci
yeni idman uğurlarına həvəsləndirdi. 2000-ci ildə
Sidneydə keçirilən Olimpiya yarışlarında əldə
olunan nailiyyətlər Azərbaycanın idman salnaməsində
ən parlaq səhifəni yazmış oldu. Heydər Əliyev bu
uğurların gələcəkdə də davam etdirilməsi
üçün qalib idmançıları, onların məşqçilərini
þlkənin ən ali mükafatları ilə təltif etdi.
Ulu þndərimiz
bütün bu uğurların qazanmasını düzgün
kadr siyasəti ilə sıx bağlayırdı. Əməkdaşların
təyinatı üzrə yerləşdirilməsini,
onların əməyinin intensiv şəkildə dəyərləndirilməsini
diqqət mərkəzində saxlamağı tələb
edirdi. Teleradio jurnalistinin boynuna bþyük vəzifə
düşdüyünü dəfələrlə qeyd edən
þlkə
başçısı onlardan nümunəvi davranış və
işə həssas münasibət tələb edirdi:
“Televiziya işçilərinə qarşı çox bþyük tələblər də
var. Onlar gərək ekranda hər bir vətəndaş
üçün nümunə olsunlar - həm þzlərinin
danışığı ilə, həm gþrünməsi ilə, həm ekranda þzlərini aparmaları ilə...”.
Televiziya mürəkkəb struktur, canlı mexanizmdir. Efirə
çıxan materialın uğur və nþqsanlarının mənbəyi
çox vaxt peşəkarlara da məlum olmur. Lakin ulu þndərin qeydlərində
bir çox unikal məqamların şahidi olmuşam: o, efir mətnini
bir dilçi həssaslığı ilə təhlil edir,
dizayna modern televizionçu gþzü ilə baxıb qiymət verə bilirdi. Televiziyada müasirliyi millilikdən ayrı təsəvvür
etməyən Heydər Əliyev klassik formaları birdən
vurub dağıtmağın, analitik verilişləri
yüngül şoularla əvəz etməyin əleyhinə
idi. Bu işdə kütləvi marağa
da birmənalı yanaşmamağı məsləhət gþrürdü. O,
televiziyanı kütlə marağına enmədən,
kütləni ekran ucalığına qaldırmağa
çağırırdı.
Ümummilli liderimiz tələbkarlıqla yanaşı,
qayğı gþstərməyi,
TV problemlərini birinci nþvbədə həll etməyi müvafiq strukturlara
tapşırırdı. 315 metrlik teleqüllənin istifadəyə
verilməsi, TV təsvirin
yaxşılaşdırılması, respublikanın ən
ucqar yerlərində belə proqramların qəbulu problemlərini
aradan qaldırmış oldu. Prezidentin
birbaşa gþstərişi
ilə şirkətə ən “müasir texnikanın
alınmasına, montajın yeni rəqəmli sistemə
qoşulmasına, internet xəttinə çıxaraq
dünya informasiya şəbəkəsinə inteqrasiyaya imkan
yaratdı. “APLİNQ” tipli yeni qurğunun alınması
AzTV-yə dünyanın ən ucqar nþqtəsindən belə birbaşa efirə
çıxmaq imkanı verdi. Yeni alınmış “BETECAM - SX” tipli kameralar ən
müasir çəkiliş imkanı ilə efirdə
maraqlı gþrüntü
yaratmış oldu. 2003-cü ilin əvvəllərindən
dünya efirinə çıxan AzTV, məhz bu sahədə də
Prezidentin qayğısını þz üzərində hiss etdi.
Televiziyamızın bu gününü müdrikcəsinə
xeyli əvvəldən gþrən þlkə
başçısı televiziyanın 40 illik yubiley tədbirində
çıxış edərkən demişdir: “Azərbaycan
Respublikası mþhkəmləndikcə,
þlkənin
iqtisadiyyatı gücləndikcə, Azərbaycan
xalqının rifahı yüksəldikcə milli
televiziyanın imkanları da artacaq, daha çox inkişaf edəcəkdir.
Ancaq Azərbaycan televiziyası bu prosesin þnündə getməlidir, bu prosesi
aparmaq üçün çox gərəkli, dəyərli
vasitə olmalıdır və ümidvaram ki, belə də
olacaqdır...” Ulu þndərimizin dediyi bu sþzlər Azərbaycan teleradiosunun gündəlik fəaliyyət
proqramı kimi bütün verilişlərin ana xəttini təşkil
etmişdir. İnanırıq ki, hər günü
fikir, düşüncə, intellektual dəyərlər
baxımından “min aya” dəyən ümummilli liderimizin həyatı,
fəaliyyəti XXI əsrdə də milli teleradiomuzun sþnməz ideyalar mənbəyi
kimi yaşayacaq, davam edəcəkdir.
Nizami XUDİYEV,
filologiya elmləri doktoru, professor
Xalq qəzeti.-
2014.- 8 may.- S. 9.