Ulu öndərin ideyaları
uğurla davam etdirilir
Bu günlərdə Azərbaycanın
hər yerində ulu öndər Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümü
geniş ictimaiyyət
tərəfindən qeyd
edilir. Əlbəttə,
bu, bir tərəfdən,
qədirbilən xalqımızın
Heydər Əliyev şəxsiyyətinə yüksək
məhəbbət bəsləməsindən
irəli gəlirsə,
digər tərəfdən,
əsas məqsəd yeni əsrdə həyata atılan yeni nəsillərə dahi şəxsiyyətin irsini, vətənpərvərliyini,
azərbaycançılıq ideyalarını, işgüzarlıq,
qətiyyət, mənəvi
təmizlik və sair kimi keyfiyyətlərini
aşılamaqdan ibarətdir.
Heydər Əliyevin həyatı və fəaliyyəti, doğrudan da, gənclərimiz üçün
əsl məktəbdir. Hər kəs
bu məktəbdən
bəhrələnməlidir. Son zamanlar Heydər
Əliyev irsinin tədqiqi ilə əlaqədar tədqiqatçılar
araşdırmalar aparır,
dissertasiyalar yazırlar.
Həqiqətən, bu
irs bir
dəryadır. Onu tədqiq
etməklə başa
çatdırmaq müşkül
məsələdir. Ulu öndərimizin
fikirləri, ideyaları
daim xalqın rifahının yaxşılaşmasına
yönəlib. Məhz ona
görə də Azərbaycan xalqının
gələcək inkişafı,
dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin
əbədiliyi naminə
onun irsi öyrənildikcə öyrənilməli,
hər bir gənc öz fəaliyyətində bu ideyaları əsas götürməlidir.
Bu, bir həqiqətdir
ki, XX əsrdə Azərbaycan tarixinin baş qəhrəmanı
müasir Azərbaycanın
banisi və qurucusu Heydər Əliyev olmuşdur. Həqiqətən, o, qəhrəman idi, çünki əlçatmaz
arzuları gerçəkləşdirdi
və bu yolda sevincli-kədərli günlər yaşadı.
Azərbaycanın inkişafı,
xoşbəxt gələcəyi
naminə ulu öndərimizin təkcə
sovet hakimiyyəti dövründə apardığı
siyasət böyük
tədqiqat əsərləri
üçün zəngin
material ola bilər. Harada olmasından,
hansı vəzifədə
çalışmasından asılı olmayaraq, o, daim Azərbaycanın gələcəyini düşünmüşdür.
Əbəs yerə xalq
ona “Yeni Azərbaycanın qurucusu” adını verməmişdir.
Azərbaycanın bugünkü inkişafının
əsası ulu öndər tərəfindən
hələ 1969-82-ci illərdə
qoyulmuşdur.
1993-cü ildə xalqın
təkidi ilə hakimiyyətə qayıdan
Heydər Əliyev yüksək dövlətçilik
bacarığı ilə,
polad iradəsi sayəsində ölkəni
vətəndaş müharibəsi
təhlükəsindən və
ictimai-siyasi çəkişmələrdən
qurtardı. Ona görə də
hər bir azərbaycanlı Heydər
Əliyevə borcludur.
Onun ideyalarının həyata
keçirilməsi üçün
hazırkı Prezidentimiz
İlham Əliyevin ətrafında sıx birləşərək dövlətçiliyimizi
möhkəmləndirməliyik, müstəqilliyimizin əbədiləşməsi
naminə öz işlərimizi elə qurmalıyıq ki, ulu öndərin ruhu şad olsun.
Heydər Əliyev keçən əsrdə gedən mübarizələrdən Azərbaycanı
qorudu, onun müstəqilliyinin təməlini
möhkəmləndirmək üçün müdrik
siyasət apardı, “Əsrin müqaviləsi” kimi nəhəng bir neft kontraktının
imzalanmasına nail oldu. Bununla müstəqilliyimizin
bünövrəsi daha
da möhkəmləndirildi.
Ulu öndərin neft strategiyasının bu gün tam reallığa çevrilməsi ölkənin
sürətlə inkişafına
təkan verib. Müasir Azərbaycanın nefti dünya siyasətində önəmli vasitəyə
çevrilib, nəhəng
dövlətlərin diqqətini
özünə cəlb
edib və bütün bunlar son nəticədə ölkəmizdəki
sosial-iqtisadi problemlərin
həllinə müsbət
mənada ciddi təsir edib. Azərbaycanın beynəlxalq arenada
nüfuzu və mövqeyi daha da güclənib. Hazırda Azərbaycan
160-dək dövlətlə diplomatik əlaqələr
qurub, ölkəmizin haqq səsi ali tribunalardan
eşidilməkdədir. Qonşu respublikalarla
müqayisədə ölkəmizdəki
ictimai-siyasi sabitlik, davamlı iqtisadi inkişaf göz qabağındadır.
Əfsuslar olsun ki, hələ
də həm daxildə, həm də xaricdə Azərbaycanın işıqlı
gələcəyini istəməyənlər
var. Onlar imkan düşən kimi ölkəmizdəki sabitliyi
pozmağa çalışırlar. Hər bir
qeyrətli Azərbaycan
vətəndaşı belələri
ilə mübarizə
aparmalıdır. Ulu öndər
bütün varlığı
ilə Azərbaycana, onun dininə, dilinə, ənənələrinə
ürəkdən bağlı
olan vətənpərvər
bir insan idi, azərbaycanlı olmağı ilə daim fəxr edirdi.
Heydər
Əliyev həmişə
qürur hissi ilə deyirdi: “Bir Vətənimiz var, o da Azərbaycandır!”
Azərbaycanı o qədər sevirdi
ki, onun gələcək inkişafını
təmin edən, ideyalarını həyata
keçirə bilən
bir şəxsiyyət
hazırladı və
əmin idi ki, yarımçıq qalmış ideyalarını
özü qədər
inandığı İlham
Əliyev başa çatdıracaq. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev həm daxildə, həm də xaricdə onun ideyalarını cəsarətlə
həyata keçirir.
Ulu öndərin ideyalarının
reallaşdırılmasında, yəni Azərbaycanın dinamik və sürətli inkişaf siyasətinin uğurla həyata keçirilməsində
onun layiqli davamçısı olan İlham Əliyevi bu gün bütün
xalqımız, xüsusilə
də gənclərimiz
dəstəkləyirlər. Bunu sonuncu prezident seçkilərində İlham
Əliyevə səs verməsi bir daha təsdiqlədi.
Bu, xalqın Heydər
Əliyev siyasi xəttinə inamının
bariz nümunəsi idi. Xalq faktik olaraq özünün
xöşbəxt gələcəyinə
səs verdi.
Bir daha sübut olundu ki, ulu
öndərin siyasəti,
onun ideyaları yaşayır və uğurla davam etdirilir.
Tamilla NAİBOVA,
Azərbaycan Dövlət Neft
Akademiyasının dosenti,
Yeni Azərbaycan Partiyası ADNA ilk təşkilatının sədri
Xalq qəzeti.- 2014.- 8 may.- S. 11.