Bakı Peşə Liseyində hərbi marş və təntənəli andiçmə mərasimi keçirilmişdir

 

Mayın 7-də 18 nömrəli Bakı Peşə Liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş hərbi marş və təntənəli andiçmə mərasimi keçirilmişdir.

Tədbirdə Təhsil Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Vergilər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və valideynlər iştirak etmişlər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı meydana gətirilmiş və Dövlət himni səsləndirilmişdir. Şagirdlər hərbi marşla tamaşaçıların önündən keçmiş və təntənəli surətdə hərbi and içmişlər.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, mərasimin rəsmi hissəsində çıxış edən qonaqlar gənclərə hərbi vətənpərvərlik hisslərinin aşılanmasında belə tədbirlərin keçirilməsinin zəruriliyini vurğulamışlar.

Tədbirdə daha fəal iştirak edən bir qrup şagird liseyin Fəxri fərmanı və döş nişanı ilə təltif olunmuşdur.

Sonra şagirdlər ümummilli liderin xatirəsinə həsr etdikləri ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.

Tədbir iştirakçıları şagirdlərin əl işləri və rəsmləri, eləcə də təhsil müəssisəsində yaradılmış müasir maddi-texniki baza ilə yaxından tanış omuşlar.

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2014.- 8 may.- S. 13.