Samux rayonunda Heydər
Əliyevin ad gününə həsr edilmiş elmi-praktik konfrans
Samux rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Heydər Əliyev mərkəzində elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov, Azərbaycan Tibb Universitetinin tədris terapevtik klinikasının direktoru Surxay Musayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə əklillər qoymuş və tər çiçəklər düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər. Sonra ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş video-filimə baxılmışdır.
Rayon icra başçısı Alı Qocayev çıxışında müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük nemət olduğunu demişdir.
Qonaqlar ümummilli lider Heydər Əliyev haqqında xatirələrini konfans iştirakçıları ilə bölüşmüşlər.
Tədbirin sonunda “Ulu öndər Heydər Əliyev uşaqların gözü ilə ” mövzusunda keçirilmiş müsabiqə iştirakçılarına fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
H. QASIMOV
Xalq qəzeti.- 2014.- 8 may.- S. 15.