“Heydər Əliyev-mədəniyyətimizin və ədəbiyyatımızın hamisimövzusunda elmi-praktiki konfrans

 

Dünən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev - mədəniyyətimizin və ədəbiyyatımızın hamisimövzusunda elmi-praktiki konfrans keçirildi.

Tədbiri muzeyin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, xalqımız qarşısındakı misilsiz xidmətləri haqqında ətraflı məlumat verdi. Heydər Əliyevin dövlətçilik tariximizdə müstəsna yeri olduğunu söyləyən natiq azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ulu öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və müstəqilliyimizin möhkəmləndirilməsinə nail olunduğunu bildirdi. Diqqətə çatdırıldı ki, ümummilli lider Heydər Əliyev yalnız XX əsrdə deyil, bütövlükdə Azərbaycanın tarix boyu yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biridir.

Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev respublikamızın yaradıcı ziyalılarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət göstərmiş, onların xidmətlərini yüksək qiymətləndirmişdir. Məhz bu dahi şəxsin təşəbbüsü ilə Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərin ev- muzeyləri yaradılmış, Sovet İttifaqının qüdrətli vaxtlarında siyasi rəhbərlikdən razılıq alınaraq “Nizami”, “Nəsimi” və “Dədə Qorqud  kimi filmlər çəkilmişdir.

Bildirildi ki, fenomen şəxsiyyət, müasir Azərbaycanın memarı, ümummilli liderin müstəqil Azərbaycanın dövlət quruculuğunda göstərdiyi əvəzsiz xidmətlərlər, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə ayırdığı diqqət daim xatırlanacaqdır.

Daha sonra filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəylinin “Heydər Əliyev və ana dilimövzusunda məruzəsi dinlənildi. Natiq ulu öndərin ana dilimizin dövlət dili səviyyəsinə yüksəldilməsi, Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi sahəsində böyük xidmətlərindən danışdı.

Professor Abbas Seyidov isə ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini dilə gətirdi, bu dahi şəxsiyyətin fenomenal yaddaşının dəfələrlə şahidi olduğunu vurğuladı.

Axırda çıxış edən professor Rafael Hüseynov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan islahatların bu gün Prezident İlham Əliyev tərəfindən yaşadığımız zamana uyğun olaraq uğurla davaminkişaf etdirildiyini diqqətə çatdırmışdır.

Tədbirdə Heydər Əliyevin həyat yolunu, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən sərgi də nümayiş etdirildi.

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2014.- 9 may.- S. 9.