Azərbaycan faşizm üzərində qələbədə misilsiz rol oynayıb

 

Qələbə - 69

 

Bu gün bütün tərəqqipərvər bəşəriyyət, o cümlədən Azərbaycan faşizm üzərində tarixi qələbənin 69-cu ildönümünü qeyd edir. Hər il olduğu kimi, bu il də dünyanı faşizm taunundan xilas edən xalqlar uzaq şimal torpaqlarında, eləcə də Şərqi Avropa və Almaniyanın döyüş meydanlarında həlak olmuş şəhidlərinin xatirəsini anır, onların şərəfinə ucaldılmış abidələrin önünə əklillər, gül dəstələri qoyurlar.

Əslində, 1939-cu ildə Hitler Almaniyası tərəfindən başlamış İkinci Dünya müharibəsinin tərkib hissəsi olan Böyük Vətən Müharibəsində şanlı qələbə məhz həmin keçmiş SSRİ ərazisində yaşayan xalqların birgə səyi, birgə rəşadəti sayəsində qazanılmışdı. İkinci Dünya müharibəsi, doğrudan da, özünün miqyasına və insan tələfatına görə dəhşətli bir savaş idi.

Müharibə dünyanın əksər dövlətlərini əhatə etmiş, döyüş cəbhələrində milyonlarla insan qurban getmiş, böyük şəhərlər darmadağın edilmiş, xarabalığa çevrilmişdi. İtaliyadakı faşist və Almaniyadakı nasist diktaturaları təkcə öz ölkələrinin deyil, demək olar ki, bütün qonşu, yaxın və uzaq ölkələrin xalqlarını da fəlakətə düçar etmişdi. İkinci Dünya müharibəsi 1939-1945-ci illəri əhatə etmişdi. Bu müharibə 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başlanmış, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatmışdı. Bu müharibədə dünyanın 61 dövlətindən 120 milyon adam iştirak etmişdi. Müharibədə ideolojisiyasi yönümündən asılı olmayaraq, 50-dən çox dövlət antifaşist koalisiyasında birləşmiş, dünyanı faşizm taunundan xilas etmişdir.

1941-ci il iyunun 22-də keçmiş SSRİ ərazisinə soxulmuş Hitler ordusu yolu üzərindəki bütün şəhər və kəndləri viran etmiş, bir neçə aydan sonra artıq ölkənin MoskvaLeninqrad (Sankt-Peterburq) kimi paytaxt şəhərlərinə yaxınlaşmışdı. Belə bir şəraitdə faşizmə qarşı amansız mübarizəyə SSRİ-nin tərkibində olan Azərbaycan da qoşulmalı olmuşdu. Azərbaycan xalqı Böyük Vətən müharibəsinin əsas ağırlığını öz üzərinə götürmüş ölkələrdən biri idi. Ərazisində müharibə getməsə də, bu cənub ölkəsinin vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük şücaətlər göstərərək qələbəyə böyük töhfələr verdi. Müharibənin ilk illərindən etibarən Azərbaycan SSR-də 87 qırıcı təyyarə və 1124 özünümüdafiə batalyonu təşkil olundu. 600 mindən çox vətəndaş isə səfərbərliyə alınaraq birbaşa ön cəbhəyə yola salındı. Ancaq onların yarıdan çoxu müharibədə həlak oldu.

İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən, azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük və şərəfli bir döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi qəhrəmanlıq göstərmişdir.

Müxtəlif cəbhələrdə faşist qoşunlarına qarşı döyüşlərdə göstərdikləri rəşadətə görə 416-cı diviziyaTaqanroq diviziyası”, döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziyaTemryuk diviziyası”, 271-ci diviziyaQarlov diviziyası”, 77-ci diviziyaSimferopol diviziyası” və 223-cü diviziyaBelqrad diviziyası” adını qazanmışdılar.

Heç də təsadüfi deyil ki, müharibə illərində 100-dən çox Azərbaycan vətəndaşı SSRİ-nin ən ali mükafatına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 30 nəfər “Şərəf” ordeni, 170 min nəfər isə müxtəlif ordenmedallarla təltif olundu. Sovet İttifaqı Qəhrəmanı adına ilk layiq görülmüş SSRİ vətəndaşları arasında azərbaycanlı İsrafil Məmmədovun da adı vardı. Bu ada iki dəfə layiq görülmüş həmyerlimiz, general Həzi Aslanovun şöhrəti isə bütün ittifaqa yayılmışdı. Sovet İttifaqı Qəhrəmanları Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz hünərləri ilə xalqımızın hərb tarixinə şanlı səhifələr yazdılar.

Amansız müharibə təkcə ön cəbhədə döyüşənlər üçün deyil, elə arxa cəbhədə qalanlar üçün də məşəqqətə çevrilmişdi. Təcili surətdə bütün SSRİ, o cümlədən Azərbaycan iqtisadiyyatı hərbi relslər üzərinə keçirilmişdi. Yüngülyeyinti sənayesi sahələri hərbiləşdirilmiş, az vaxt ərzində Bakı şəhəri döyüşən ordunun cəbbəxanasına çevrilmişdi.

Azərbaycan neftçiləri isə Böyük Vətən Müharibəsində əvəzsiz bir rol oynadılar. Cəbhəni, döyüş tank və təyyarələrini yanacaqla əsasən Azərbaycan neftçiləri təmin edirdi. Məşhur Azərbaycan alimi, akademik Yusif Məmmədəliyev gecə-gündüz çalışaraq döyüş təyyaləri üçün yüksək oktanlı benzininin alınması üsulunu kəşf etdi. Yusif Məmmədəliyev başda olmaqla, kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.

1941-ci ildə Azərbaycanın neft hasilatı tarixində rekord miqdarda - 23,5 milyon ton neft istehsal olunmuşdu. Bu, bütün SSRİ- istehsal olunan neftin 71,4 faizi demək idi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri keçmiş SSRİ- 75 milyon ton neft, 22 milyon ton benzin başqa neft məhsulları vermişdilər. Sovet ordusunun təyyarə tankları, demək olar ki, Bakı nefti ilə işləyirdi. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, müharibədə hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən Müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq fədakarlığını nümayiş etdirdi.

Müharibə illərində Bakıda 130-dan çox növdə silah döyüş sursatı istehsal edilmişdi. Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. BakıdaKatyuşaraketi, “Şpakin pulemyotuistehsal edilir, “YAK-3" qırıcı təyyarəsi yığılırdı.

Azərbaycanın digər sərvətləri cəbhə üçün sərf olunurdu. Arxa cəbhədə istər zavod fabriklərdə, istərsə tarlalarda çalışan qadınlarımız nəinki ərlərini əvəz edərək işləyir, həm   döyüş meydanlarında candan keçməyə hazır olan ərləri üçün yun corablar, əlcəklər, köynəklər toxuyur, özlərinin zinət əşyalarını ölkənin Müdafiə Fonduna bağışlayırdılar. Təki Vətən qələbə çalsın. Kolxozçular döyüşən ordunu ərzaqla lazımınca təchiz etmək üçün gecəli-gündüzlü çalışır, insanlar tarlalarda gecələyirdilər. İstehsal olunan kənd təsərrüfatı məhsulları - taxıl, ət, süd, yağ s. son qramınadək cəbhənin ehtiyaclarına yönəlirdi.

Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı müharibə dövrünün tələblərinə uyğun qurulmuşdu. Fəhlə qulluqçular üçün günü 11-12 saata qaldırılmış, məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin əvəzinə qadınlar yeniyetmələr cəlb olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində işləməyə 11 min qadın gəlmişdi. Gənclərdən ixtisaslı kadrlar hazırlanması üzrə böyük işlər görülürdü. Müəssisələrdə kolxozlarda işləyənlərin təxminən 70 faizi qadınlar idi. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar.

Azərbaycanın kənd əməkçiləri müharibə illərində döyüşən cəbhə üçün əllərindən gələni etmişdilər. Onlar ölkəyə 500 min ton pambıq digər strateji xammal vermişdilər. Azərbaycan zəhmətkeşləri ölkənin Müdafiə Fonduna təmənnasız olaraq milyardlarla rubl könüllü vəsait qiymətli əşyalar vermişdilər. 1941-1943-cü illərdə Azərbaycan vətəndaşları Müdafiə Fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manatlıq istiqraz bağışlamışdılar. Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərmişdilər. Öz vəsaitləri hesabına tank təyyarələr alaraq cəbhəyə göndərmişdilər.

Lakin böyük zəhmətlər itkilər bahasına başa gəlmiş müharibə faşist Almaniyası üzərində qələbə ilə başa çatsa da, Azərbaycanın xidmətləri ittifaq dövlətinin rəhbərləri tərəfindən lazımınca qiymətləndirilmədi. Döyüşən ordunu neft yanacaqla təmin etmiş Bakı şəhərinəQəhrəman şəhəradının verilməsi gözlənilsə , bu günədək bu məsələ ilə bağlı ədalətli qərar çıxarılmayıb. Alman faşizmi üzərində qələbədə misilsiz rol oynamış Bakı neftinin roluna belə münasibət əsrlərdən bəri imperiyaların xalqımıza qarşı ədalətsizliyinin bariz nümunəsidir.

Onu da qeyd etmək lazımdır ki, zəngin təbii sərvətlərə əlverişli coğrafi mövqeyə malik olan Azərbaycanı işğal etmək Hitler Almaniyasının planlarına daxil idi. Fürer Bakı neftini ələ keçirmək arzusunda idi. Bundan sonra isə Şərqə - İran körfəzinə Hind okeanına çıxış əldə etmək asan olacaqdı. Hitler hətta Bakının sənaye hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsini hazırlamaq barədə tapşırıq da vermişdi. Hitlerin Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ Böyük Britaniya da Azərbaycanı öz nüfuz dairələrinə keçirmək niyyətində idi. SSRİ rəhbərliyi isə buna qarşı plan cızmış, hətta respublikada yaşayan azərbaycanlıları Mərkəzi Asiya Qazaxıstana köçürmək qərarına gəlmişdi. yaxşı ki, o vaxt respublka rəhbərliyi bu məkrli planın qarşısını ala bilmişdi.

SSRİ-nin dağılmasından, Azərbaycanın müstəqillik qazanmasından sonra da Qələbə günü bütün MDB ölkələrində qeyd edilir. Azərbaycan da özünün qəhrəmanlarını unutmur. Eyni zamanda, bu qəhrəmanlar torpaqlarının 20 faizi qonşu Ermənistan tərəfindən işğal olunmuş ölkəmizin vətəndaşları üçün əsil örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev hər il Qələbə günündə sağ qalmış müharibə iştirakçılarına onların dul qadınlarına mükafatlar verir. Qədirbilən Azərbaycan xalqı öz şanlı oğullarının xatirəsinə ölkənin hər yerində, hətta ən ucqar kəndlərdə abidələr ucaldıb.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2014.- 9 may.- S. 9.