50 il səmada

 

Əgər möhtəşəm salonlar sükutuya təntənəsi ilə diqqət çəkirsə, bu salonlardan çox da uzaqda olmayan aerodromlar aeroplanların, təyyarələrin motorlarının uğultusu ilə, həyəcan və təhlükələr dolu qaynar həyatla insanı özünə çəkib. Bu yazımızın qəhrəmanı Əzimbala Əzimovu da bir zamanlar bu sirli aləm özünə çəkdi və o, nə az-nə çox, düz 50 ildir ki, bu dünyadan ayrıla bilmir...

- Uşaqkən rəhmətlik babam Xanbaba Əzimovla “yol yoldaşı” çox olmuşdum. Babam köhnənin dəmiryolçularından idi. Soyadını mənə verib, nəvələrindən də meylini mənə salan babamın, bəlkə də, ürəyindən məni dəmiryolçu görmək keçirdi. Əslində mən də buna biganə deyildim. Tez-tez məni parovoza mindirdiyindən texnikaya böyük maraq oyatmışdı və  mən də maşinist olmaq arzusuna düşmüşdüm. Ancaq xoş bir təsadüf mənim bütün istək və arzularımı tamam başqa bir istiqamətə yönəltdi.

Həyat yolumu nişan verən təsadüf 50 il bundan əvvəl baş verdi. May ayının 9-da atam Zabit Axundov məni Zabratda keçirilən aviasiya bayramına apardı. O zaman belə bayram günlərində bilet alıb “Li-2” təyyarəsində sərnişin kimi göyə qalxıb bir-iki dövrə vura bilərdin. Bu xoşbəxtlik mənə də nəsib oldu. Atamın səxavəti sayəsində “Li-2”-yə minib ilk dəfə səmaya üz tutdum. Keçirdiyim hisslərin təəssüratı uzun zaman məni bir an belə tərk etmədi. Gecələr yatanda da bu düşüncələr mənə “yoldaşolurdu. Sonralar bir-neçə dəfə atamdan pul alıb Zabratauçuşlaragedirdim. “Kukuruznikkimi məşhur olan “Po-2” təyyarəsilə 10-15 dəqiqəlik uçuşlar elə o vaxtdan təyyarəçi olmaq qərarımı qətiləşdirdi. Bunu babama deyəndə, gözlərimin içindən ürəyimi oxuyurmuş kimi, bu qərarı dəyişməyin mümkün olmayacağını yəqin etmişdi  başının işarəsi ilə bəyəndiyini bildirib xeyir-duasını verdi...

Əzimbalanın istəyi təsadüfdən yaranmamışdı. Hələ çox-çox qədim zamanlarda insanlar  uzaq səmaları fəth etməyə,  quş kimi ənginliklərdə uçmağa çox səy göstərmişlər.  Aviasiyasözünün qədim latın sözüavis”-quş sözündən götürülməsi də bunu təsdiq edir.  Bəşər övladı özünün bu istəyini gerçəyə çevirmək, səmanı fəth etmək üçün əsrlərlə ölçülən uzun yol gəlmişdi.  Amma bizim qəhrəmanımızın taleyinə göyləri fəth etmək üçün əsrlər yox, zəhmət və səylərlə dolu illər kifayət etdi.

Bu illərin ilk pilləsində – 1960-cı ildə Əzimbala Suraxanıdakı aviomodelçilik dərnəyinə gedir. Bir il sonra Bakı aeroklubuna yazılan qəhrəman üç il sərasər aviomodelçilik dərnəyində gələcəkdə səmaya qaldıracağı “dəmir quşların” sirlərini mənimsəməklə məşğul olur. 1964-cü ilin may ayında Qala aeroportunda ilk dəfə paraşütdən tullanan Əzimbala bu sahə üzrə kursu da qısa vaxtda uğurla başa vurur. Az bir vaxtda 109 dəfə paraşütdən tullanır.

Təyyarəçiliklə bağlı hər şeyi öyrənməkdə israrlı olan Əzimbala çox keçmir ki, planerdə uçmağa başlayır. Motorsuz təyyarə” adı ilə tanınan planerdə uçmaq asan deyildı və çox böyük cəsarət, bacarıq tələb edirdi. 1966-cı ildən “KAİ-2” və “Blonik” planerlərində uçuşlarını davam etdirən Əzimbala elə həmin vaxtlarda aeroklubda aviatexnik kimi işə başlayır. Çox keçmir ki, Əzimbala həyatında xüsusi rol oynayacaq bir uğura imza atır. 1966-cı ildə o, Ryazan vilayətinin Sasovo şəhərindəki Sovet İttifaqı Qəhrəmanı Taran adına təyyarəçilik məktəbinə daxil olur.

Məktəbi müvəffəqiyyətlə bitirən gənc təyyarəçi Zabrat Birləşmiş Aviadəstəsində işə başlayır. İkinci pilot kimi səmaya qalxdığı ilk təyyarə “An-2” olur. Sonra “YAK -12”, “YAK-18”, “Tesna”, “İl-18”, “Tu-154”, “İl-76” və “Boinq -707” hava gəmilərində əsas söz sahibi- kapitan olur. Uçuşlara başladığı ilk gündən başa düşür ki, seçdiyi peşə ondan qətiyyət, ciddi intizam, yüksək diqqət və dəqiqlik, geniş bilikdaim təkmilləşmək tələb edir. Tezliklə Əzimbalanın adı Azərbaycanın ən yaxşı pilotları sırasında çəkilməyə başlanır. Bəli o, artıq öz həyatını aviasiyasız təsəvvür edə bilmirdi.

Çoxdan Azərbaycan aviasiyasında sözünü demiş Əzimbala üçün idarə etdiyi hər bir hava gəmisinin öz tarixi olduğu kimi, hər uçuşun da öz tarixi var. Amma 36 ton humanitar yardımla  “İl-76” yük  təyyarəsində Belçikadan Əfqanıstana “səfərin” tarixçəsi isə onun heç zaman unuda bilməyəcəyi bir xatirədir. Həmin anları yaşayırmış kimi təcrübəli pilot söhbətə başlayır:

Kabil hava limanına nəzərdə tutulan vaxtda çatmışdıq. Mən, gəmi kapitanı olaraq, ilk növbədə, aeroportdakı hava təzyiqini, metereoloji vəziyyəti öyrənməli idim. Nə qədər “Kabil, Kabil” çağırsam da, aeroportun hava hərəkəti üzrə dispetçeri cavab vermirdi. Bildim ki, hava limanı ilə rabitə kəsilib. Ümidimi itirməyib, Kabil üzərində dövrə vuranda səmada bir təyyarə gördüm. Elə bu anda qulaqcıqdan da səs gəldi. Bu, Kabil hava limanı və Əfqanıstan səması üzərində patrul xidməti çəkən ABŞ-a məxsus “Boinq -707” təyyarəsindəki pilotun səsi idi. Bunlara çox vaxtuçan qərargah” da deyirlər. Sevincək əlaqəyə girib ingilis dilində bir neçə mühüm məlumat öyrənmək istədim. Lakinuçan qərargahdan” cavab gəlmədi. Pilot yalnız bunu dedi ki, heçbilmir.

Enmə zolağına istiqaməti müəyyənləşdirmək çox çətin idi. Nə qədər böyük risk olduğunu başa düşsəm də, özümə güvənib bir-iki dövrədən sonra enmə zolağına daxil oldum. Əslində enmə zolağından əsər-əlamət qalmamışdı. Təyyarə yerə oturanda gördüm ki, aeroport dağılıb, dispetçer məntəqəsi yerli -dibli yoxa çıxıb.

Mərmilərin “şumladığı” uçuş enmə zolağını bərpa etməyə çalışan mütəxəssislər mənim heç bir insident baş vermədən təyyarəni yerə endirdiyimi görüb heyrətdən donub qalmışdılar. Heç demə, bizim təyyarə  dağıntılardan sonra Kabil hava limanına enən birinci təyyarə imiş...

Adını unutduğum çox tanınmış təyyarəçilərdən biri xatirələrində  yazırdı: “əksər hallarda aviasiyada təyyarəçinin uğurlarını texnikanı yüksək səviyyədə bilməklə əlaqələndirirlər. Bu, doğrudur... ancaq 1 faiz, qalan 99 faiz özünü dərk etmək, öyrənmək və  özünü təkmilləşdirməyə aiddir”.

Aviasiyda çalışdığı bütün həyatı boyu Əzimbalanın ekstremal vəziyyətlərə düşdüyü az olmayıb. Təyyarəçi peşəsi belədir, neyləyəsən. Amma buna baxmayaraq, 28 min 500 saat uçmaqbu müddətdə düşdüyün bütün ekstremal vəziyyətlərdən öz bacarığınla üzü çıxmaq çox az -az pilotlara müyəssər olur. Bəs buna necə nail olub?  Bunun elə böyük sirri yoxdur,- deyir bizim qəhrəman. -  Pilot səmada hər şeyə hazır olmalıdır.  Axı səndən başqa heç kim təhlükəsiz uçuşa təminat verə bilməz.” Onu dinlədikcə, qeyri-ixtiyarı düşünürsən ki, bu insan səma üçün, bu riskli və əsl kişi işi üçün doğulub.

Pilot, gəmi kapitanı Əzimbala Əzimovun  dünyada torpağına enmədiyi, səmasına təyyarə qaldırmadığı ölkə yoxdur. Harada olubsa doğma Azərbaycana, öz evi bildiyi Azərbaycan “Hava Yolları” Qapalı Səhmdar cəmiyyətinə  hörmət gətirib, Azərbaycan aviasiyasının nüfuzunu yüksək tutub.

O, sərnişindaşıma aviasiyasından sonraSilk Way” (İpək Yolu) yük aviaşırkətinin eskadrilya komandiri kimikollektivin böyük rəğbətini və inamını qazanmışdır. Onun komandiri olduğu Azərbaycana məxsus yük təyyarələri üçrəngli bayrağımız altında Belçikaya, Əfqanıstana, Tanzaniyaya, Çinə, Sinqapura, Vyetnama, Hindistana, Kanadaya və dünyanın bir çox digər ölkələrinə çarter reysləri yerinə yetirmişdir.

İstənilən cəmiyyətdə titullar,  dövlət təltifləri və fəxri adlar sosial epoxanın, konkret tarixi dövrün möhürünü özündə daşıyaraq həmişə mühüm rol oynamış və oynamaqdadırlar. Bu mənada Əzimbala taleyinə düşən hər iki quruluşda öz vicdanlı əməyinin, ustalığının və istedadının  halal haqqına çatıb. Keçmiş sovetlər dönəmində “Əmək şöhrət”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, bir çox fəxri fərmanlarla təltif olunub, çox qiymətli hədiyyələrlə mükafatlandırılıb. Amma Əzimbalanın böyük qürur və fəxarət hissi ilə adını çəkdiyi dövlət təltifi müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordenidir.

Azərbaycan “Hava Yolları” Qapalı Səhmdar cəmiyyətinın rəhbərliyi, şəxsən prezident cahangir Əsgərov bu günöz qiymətli mütəxəssisinin qayğısına qalır və  necə deyərlər, onu  “gözdən qoymur”.   Zəngin təcrübəyə malik peşəkar pilot indi müstəqil ölkəmizin milli aviasiyası üçün daha çox lazım olan gənc pilotların hazırlanması işində yaxından iştirak edir.

Əzimbala söyləyir ki,  kim bir dəfə şturval əlində  göyə qalxıbsa və yer kürəsinin yanından ötübsə, yerə enmək istəmir. Aviasiyanın özünəməxsusliğu, onun cazibəsi bundadır.”

Elə bu cazibə Əzimbalanın oğlu Şəhriyar Əzimovu da öz sehrinə salıb. Atasının yolunu davam etdirməkdə israrlı olan, amma  atasının şöhrətinə sığınmayan Şəhriyar Milli Aviasiya Akdemiyasını fərqlənmə diplomu ilə bitirib. Pilot Əzimbala kimi ad qazanmaq üçün müxtəlif sınaqlardan keçib, müxtəlif təyyarələrdə üçüb. Hazırda  milli aviasiyamıza məxsus “Boing -747" təyyarəsində gəmi komandiri kimi çalışır.

Bir vaxtlar həyatını uçuşsuz təsəvvür edə bilməyən Əzimbala bu gün səmada süzən gəmiləri seyr edib sonra da nəzərlərini nəvəsi, onun adını daşıyan balaca Əzimə yönəldir. “Mən bu günuçuşa hazıram, amma növbə gənclərindir - deyir, Əzimbala müəllim. - İndi ən böyük arzum onu, balaca Əzimi pilot görməkdir. Bu arzuma çatsam, elə bilərəm ki, yenə də əngin səmalarda uçuram. Bu həm də Əzimin ana babasının, dostum Şəmsəddin Mirsalayevin arzusudur. Axı o da mənim kimi milli aviasiyamızın “Əməkdar pilotudur və neçə illərdir ki, təhlükəsiz uçuşlarla ad-san qazanıb”. Ömrününaz, nə çox 28 min 500 saatını, yəni 3 il 3 aya yaxın bir hissəsini tam olaraq səmada keçirən insanın bu arzusunu başa düşmək çətin deyil. Və elə bilirik ki, elə balaca Əzim üçün də babalarını bu müqəddəs arzularına qovuşdurmaq çətin olmayacaq.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 9 may.- S. 10.