AzProtein Foods Group” milli qida sənayesində öncüldür

 

Bu şirkət zamanın çağırışına vaxtında verilən çevik cavab olaraq yaranmış bazara gəlişi ilə Azərbaycan qida sənayesinin ət istehsalı istiqamətində ən müasir müəssisə kimi yeni bir yol açmışdır. Xidmətinin səviyyəsi ilə heç xarici bazardan geri qalmayan restoranlar marketlər, eləcə ət məhsullarına önəm verən alıcılar bu məhsulu primitiv istehsal şəbəkəsindən, kustar üsullarla işləyən qəssablardan almağa məcbur olduğu bir vaxtdaAzProtein Foods Group” qida bazarına beynəlxalq standartlar səviyyəsində bəslənmiş, kəsilmiş, emal olunmuş çesidli dana əti ondan hazırlanmış məhsullar çıxarır.

Bakı səhərinin ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, qısa müddətdə Buzovna qəsəbəsininAlbalılıqmassivində yaradılmış bu müəssisə iki ildir ki, Azərbaycanın qida sənayesinin ət sektorunda nümünəvi obyekt kimi öncüllük edir. Şirkətin uğurlu fəaliyyəti ölkənin ərzaq təhlükəsizliyi konsepsiyasının gerçəkləşdirilməsinə sanballı töhfə olmaqla yanaşı, turizm sənayesinin inkişafına işsizliyin aradan qaldırılması siyasətinə dəstəkdir.

Xatırladaq ki, müəssisə Türkiyənin dünyaca məşhur, İslam ölkələrini halal toyuq əti ilə təchiz edənBanvitşirkətinin ölkəmizdəki nümayəndəliyinin çoxillik təcrübəsinə əsaslanmaqla, yüksək keyfiyyətli dana ətinə böyük tələbatı cavablandırmaq üçün, ölkə rəhbərliyinin Bakı şəhərətrafı infrastrukturu modernləşdirmək proqramına uyğun olaraq yaradılmışdır. Ötən ildənBanvitdünya brendiniAzBanvitmilli markasına çevirənAzProtein Foods Group” ilk addımdan ölkənin qida bazarında mötəbər yer qazanmış, günün müəssisəsi olduğunu təsdiqləmişdir. Artıq Bakı onun ətrafında beynəlxalq standartlarla fəaliyyət göstərən iaşə obyektləri, beşulduz otel restoranları, xüsusi sifarişli iaşə obyektləri məşhur marketlər bu şirkətin məhsullarının daimi sifarişçiləridir.AzBanvitmarkası ilə hazırlanan ət ət məhsullarından xəbərdar olan hər kəs şirkətin müştərisi olmağa can atır.

Müəssisənin yaranma səbəbindən uğurlu başlanğıcından söhbət açan şirkət rəhbəri Nazim Səfərov bildirdi:

Hər gün ölkəyə gələn çoxsaylı qonaqlar turistlər  yüksək keyfiyyət təminatı olan qida məhsullarına, şəffaf şəraitdə hazırlanan ət məhsullarına xüsusi diqqət yetirirlər. Restoran, yeməkxana marketlər bu tələbatı cavablandırmaqda çətinlik çəkirdilər. Bu isə bazarda xüsusi bir boşluq yaradır, ət sənayesinin problemi kimi həllini gözləyirdi. Biz sıx əlaqədə olduğumuz qardaş Türkiyənin bu sahədə dünyada qabaqcıl yer tutan Amerikanın ət istehsalı, emalı satışı təcrübəsini dərindən öyrənib bu istehsalatı yaratmağa qərar verdik. Layihəmiz Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edildi.

Yaratdığımız müəssisə xaricdən ətlik cinsli danaların ferma-maşınlarda gətirilməsi, yerli şəraitə uyğunlaşdırılıb-bəslənməsi, halal qaydada kəsilməsi, xüsusi temperatur rejimində avtomat dəzghlarda  dad keyfiyyətinə istifadəyə uyğun hissələrə ayrılması, sümüklü sümüksüz, tikə çəkilmiş şəkildə paketlənməsi, sosis sucuq kimi emalı soyuducu konteynerlərdə sifarişçiyə çatdırılmasınadək kompleks istehsal-emal-göndərmə konveyerindən ibarətdir. Biz bununla ölkəmizdə ilk dəfə dünya standartlarına uyğun mal əti istehsalını emalını qaydaya saldıq, bu sahədə qabaqcıl dünya təcrübəsini respublikamıza gətirdik. Xüsusi qabiliyyət tələb edən kadrları da özümüz hazırlamaqla, şirkətimiz Azərbaycanın qida sənayesində yeni istiqamətin keyfiyyətin pioneri oldu...

Nazim müəllimlə müəssisənin fermasında, kəsim emal sexlərində olduq, soyuducu saxlama kameralarına baxdıq. Hər yerdə yüksək dezinfeksiya sanitariya qaydaları heyranlıq doğururdu. Ferma o dərəcədə təmizdir ki, heyvandarlığa məxsus ənənəvi iy belə duyulmur. Son dərəcə yaraşıqlı şux görünən 5-8 aylıq danalar baytarların nəzarəti altında bəslənilir. 600 kiloqrama çatdırtılmış cins heyvanlar tam sağlam halda, ətlərinin ən yumşaq dadlı çağında təcrübəli qəssabların duası ilə kəsilir, ət iri parçalarda aşağı temperaturda emala hazır vəziyyətə gətirilir. Sexlərdə ideal təmizlik, səliqə-sahman yaradılıb. Ətin hissələrə ayrılması, emalı hermetik-vaakum paketlənməsi avtomatlaşdırılmışdır.

İstehsalatla tanışlıqdan sonra şirkətin rəhbəri ilə ayaqüstü söhbəti davam etdirdik. İxtisasca həkim olan, qida sənayesinin ət istetsalı satışı sahəsi üzrə ixtisaslaşmış Nazim müəllim bildirdi:

Dana  əti ayrı-ayrı hissələrə ayrıldıqdan sonra hər parçanın sənədləşməsi aparılır spesifik nəzarətdə saxlanılır. Bu zaman ət parçasının çəkisi,   rəngi, istiliyi, “pH” göstəricisi yağlılığı ardıcıl yoxlanılır. Məsələn, sümüklü qoldakı istilik 4 dərəcədən, sümüklü budda isə 7 dərəcədən aşağı düşdükdən sonra sifarişçiyə göndərilir. Məhsulların “pH” yoxlamaları xüsusi diqqətlə yerinə yetirilir,  bu göstərici 5,8-dən yuxarı olan məhsul alıcıya göndərilmir. Yağlılığı normadan yüksək,  rəngi  nəzərdə tutulduğundan tünd ət   satışdan çıxarılır. Ən yaxşı ət isə aşağı temperaturda 1 ayadək  saxlanıb xüsusi  keyfiyyətə gətirilmiş  sümüksüz, yağlı  parçalardır. Yağın tədricən ətə hopub onu yumşaltması dadlandırması  prosesi  bizdə yüksək səviyyədə  həyata  keçirilir. Xarici qonaqlar bizim bu  məhsuladelikates  kimi yüksək qiymət verirlər.

Müsahibim ölkədə dana əti istehsalı sahəsində analoqu olmayan bu müəssisənin inkişaf perspektivi ilə bağlı sualımızı isə belə cavablandırdı:

Şübhəsiz, istehsalı genişləndirmək niyyətindəyik, lakin bunu əldə etdiyimiz yüksək keyfiyyət göstəricilərini itirmədən etməyi nəzərdə tuturuq. Biz məhsullarımızı 2-3 qat çoxalda bilərik. Gəlin görək, onu alıcıya lazımi sanitariya qaydasında temperatur rejimində sata bilən ticarət şəbəkəsi qədərdir. Yaxud, bir sıra kulinariya obyektlərinə normal qiymətə başa gəlmiş yüksək keyfiyyətli ət lazımdırmı? Yəqin, telereydlərdə görmüsünüz: adi dönəri ucuz alıcı bazarı üçün necə keyfiyyətsiz, bəzən mənşəyi gizlədilən ətlərdən hazırlayırlar.

 Bizim standart şişlərə yığıb hermetik paketlədiyimiz dönərlik ətin sifarişçisi hələlik xüsüsi müştərisi olan obyektlərdir. O ki qaldı geniş alıcı bazarına, bizim standartlarla uzlaşmayan mağazalara mal vermirik. Onların məhsulumuzu zay edib satması markamızı tanıtmaq üçün çəkdiyimiz zəhmətin yerə vurulması olardı. Zaman keçdikcə yüksək keyfiyyətə önəm verən sifarişçi çoxalır, biz buna uyğun olaraq istehsalı artırırıq.

MilliləşdirdiyinizAzBanvitmarkası özünü doğruldurmu?

Demək olar ki, işimizi  reklam etməsək bu marka qısa müddətdə kifayət qədər tanındı, müştəri topladı. İndi 20 ilə yaxın müddətdə ölkəyə gətirdiyimizBanvitbrendi ilə yanaşı, “AzBanvitmarkası da yüksək keyfiyyət zəmanətidir.

Xarici bazar sərgilərə çıxırsınızmı?

– “AzProtein Foods Gpoupşirkətini dünyada qəbul olunmuş normalara uyğun təzə, sağlam, faydalı ərzaq məhsulları istehsalı satışı üçün qurmuşuq. Bu, həm dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış milli ərzaq təhlükəsizliyi konsepsiyasının tələbidir.

 

 Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 9 may.- S. 11.