Heydər
Əliyev xalqın qəlbində və əməllərində
yaşayır
Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında 1969-cu il dönüş mərhələsinin başlanğıcı oldu. Sonrakı illərdə isə respublikada bütün sahələrdə dinamik inkişaf qarşısıalınmaz prosesə çevrildi. Ulu öndərin Azərbaycana rəhbərliyə başlamasından sonra respublikanı müasirləşdirmək siyasətinə mühüm önəm verildi. Paytaxtdan kənarda yeni sənaye müəssisələrinin yaradılmasına başlanıldı.
Sənayenin strukturu və yerləşdirilməsindəki bu mütərəqqi irəliləyiş bölgələrin inkişafına təkan verdi, iş yerləri açıldı. Əsas kənd təsərrüfatı məhsullarının istehsalı tam mexanikləşdirildi. 1980-ci ildə respublikanın tarixində görünməmiş miqdarda məhsul yetişdirildi, 1136,2 min ton (1970-ci ildə 723,4 min ton) dənli bitkilər, 883,5 min ton pambıq (1970-ci ildə 335,6 min ton), 824,4 min ton tərəvəz (1970-ci ildə 409,9 min ton), 1508 min ton üzüm (1970-ci ildə 351,7 min ton) yığıldı. Kənd əməkçilərinin gəlirləri ildən-ilə artdı, yaşayış səviyyəsi yüksəldi, rayon mərkəzlərinin və kəndlərin siması getdikcə dəyişdi.
Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması isə ümummilli liderin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlandı. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik
əldə etdikdən sonra ölkədə daxili vəziyyət
və hakimiyyət böhranı yarandı. İctimai həyatın
bütün sahələrində xaos, hərc-mərclik
baş alıb gedirdi. Orduda da vəziyyət
ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü
gündən-günə güclənirdi. Azərbaycanda
hakimiyyət boşluğu yaranmışdı. Gənc
respublikada rəhbərliyə yiyələnmək
üçün ayrı-ayrı şəxslər və
qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin
yayında isə Azərbaycanda vətəndaş müharibəsi
təhlükəsi yarandı. Vətənin belə
ağır günündə xalq Naxçıvandan Azərbaycanın
görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət
etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin
dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər
Əliyev çox qısa zamanda Azərbaycanda vətəndaş
müharibəsinin qarşısını ala bildi. 1993-cü
il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə
Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin
iyununda bu günü bayram elan etdi.
Heydər
Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə
qayıdışı ilə ölkənin ictimai-siyasi,
sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə
dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil
dövlət quruculuğu prosesi başlanmışdır. Heydər
Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin
nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun
formalaşdırılması, Azərbaycanın milli mənafelərini
qorumağa qadir nizami silahlı qüvvələrin
yaradılması, torpaqlarımızın müdafiə
olunması ilə bağlı mühüm addımlar
atılmış, digər tərəfdən, atəşkəsə
nail olmaq üçün bütün siyasi və diplomatik
vasitələr işə salınmış, bunun da nəticəsində
1994-cü ilin mayında ölkəmiz üçün həyati
əhəmiyyət kəsb edən atəşkəsə nail
olunmuşdur.
Azərbaycan
daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq
aləmdə ölkəmizə artan inam və maraqdan istifadə
edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”
adlandırılan ilk neft müqaviləsinin imzalanması və
onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən
işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft
strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Ulu öndərin Azərbaycan
rəhbərliyinə qayıdışı ilə
başlıca qayəsini müstəqillik, azərbaycançılıq,
dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi,
dünyəvilik kimi ümumbəşəri dəyərlər
təşkil edən yeni bir ideologiyanın əsası
qoyulmuşdur. Heydər Əliyevin
apardığı daxili siyasət Azərbaycanın hər bir
vətəndaşına azad, sərbəst yaşamaq
hüquqlarını təmin etmək və öz
rifahını yaxşılaşdırmaq imkanları
yaratmaqdan ibarət olub. Ümummilli liderimizin fəaliyyətində iqtisadi
islahatlar, bazar iqtisadiyyatının bərqərar olması,
iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata keçirilməsi
ardıcıl prioritet sahələr olmuşdur.
Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi
gətirdi, inamımızı özümüzə
qaytardı, sabitlik və əmin-amanlıq yaratdı,
uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz
xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək
böyük nailiyyətlər qazanıldı. Heydər
Əliyev öz gücünə, təcrübəsinə
güvənən dahi siyasətçi kimi dəfələrlə
söylədiyi məşhur kəlamına sadiq
qaldığını sübut etdi ki, Azərbaycanın
dövlət müstəqilliyi əbədidir,
sarsılmazdır, dönməzdir.
Dahi öndərin strateji xətti bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda bazar
iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması,
xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də
regionların inkişafına yönəldilməsi, əlverişli
sahibkarlıq və biznes mühitinin
formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin
həyat şəraitinin yaxşılaşdırılması
məsələləri dövlət
başçımızın yeritdiyi iqtisadi siyasətin
prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə
sisteminə dinamizm və müasirlik çalarları gətirən
cənab İlham Əliyev hökumətin həyata
keçirməli olduğu tədbirlərin icra prosesini daim
şəxsi nəzarətdə saxlayır, habelə ölkənin
strateji resurslarını milli inkişafa təkan verən
qlobal layihələrin reallaşdırılması
yönündə səfərbər edir. Bu
baxımdan son illərdə regional inkişaf və qeyri-neft
sektorunun tərəqqisi istiqamətində
reallaşdırılmış tədbirləri xüsusi
vurğulamaq olar.
Regionlarda aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin
yaradılması prosesində mühüm uğurlar əldə
edilmişdir.
Bu da təsadüfi deyil. Çünki
ölkəmizin bazar iqtisadiyyatı sisteminə
transformasiyası ilk əvvəl aqrar sahədən
başlamış, kənd təsərrüfatında
90-cı illərin əvvəllərində özünü
qabarıq büruzə verən tənəzzül meylləri
dayandırılmış, iqtisadi artıma və inkişafa
nail olunmuşdur.
Prezident
İlham Əliyevin
rəhbərliyi ilə son on ildə Azərbaycanda əldə
edilən sosial-iqtisadi
uğurların əsasında yuxarıda qeyd etdiyim kimi,
dahi Heydər Əliyevin siyasi kursu dayanır. Dövlət
başçımız ölkəyə rəhbərliyə
başladığı 2003-cü ilin oktyabrından daim ulu
öndərin siyasi kursuna sədaqətini nümayiş
etdirmiş, xalqın etimadını əməli fəaliyyəti
ilə doğrultmuşdur. Xalqımız və
müstəqil dövlətimiz üçün alternativsiz
olan bu siyasi kurs dövlət başçısının
uğurlu fəaliyyətinin başlıca amili sayılır.
Xatırlatmaq
yerinə düşər ki, möhtərəm İlham
Əliyev hakimiyyət sükanı arxasına keçərkən
bu siyasəti dönmədən davam etdirəcəyini də bəyan
etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər
Əliyevin siyasətini davam etdirəcəyəm,
çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan
xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən
quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə
keçdi. Mən ondan çox şeyi
öyrənmişəm və onun təcrübəsini, məsələlərə
baxışını öyrənməklə hələ
çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl
düşünürəm ki, bu vəziyyətdə Heydər
Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə
səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək
mükafat onun ideyalarına inamdır, bunsuz işləmək
çox çətindir, ona görə də mən
çalışacağam ki, Heydər Əliyevin bütün
prinsipləri həyatda öz təcəssümünü tapmaqda
davam etsin”.
Ümummilli liderimizin yaratdığı təməl və
qoyduğu prinsiplər əsasında Prezident İlham
Əliyev ötən müddət ərzində Azərbaycanı
sürətli və davamlı inkişaf yoluna
çıxarmış, dahi öndərimizin siyasi kursunun ən
layiqli davamçısı olduğunu bütün dünyaya
nümayiş etdirmişdir. Qənaətimizi
faklarla əsaslandırmaq istərdik.
Ötən
on il ərzində regionlarda infrastrukturun
yenidən qurulması və inkişafı, səhiyyə və
təhsil müəssisələrinin tikintisi, əhalinin sosial
vəziyyətinin daha da yaxşılaşdırılması
istiqamətində mühüm əhəmiyyətli tədbirlər
həyata keçirilmişdir. Bu, Azərbaycanın
öz iqtisadiyyatını sadəcə neft amili üzərində
qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə
qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir.
İqtisadiyyatın şaxələndirilməsi,
sahibkarlığın inkişafı, investisiya mühitinin
daha da yaxşılaşdırılması nəticəsində
ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam
etmişdir.
Qeyri-neft sektorunun sürətli yüksəlişi həm
də daxili investisiyaların həcminin artımında
özünü göstərir. Bir sıra dövlətlərin
təcrübəsində uğurla sınaqdan
çıxmış, özünü doğrultmuş bu
iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin
qeyri-neft sektoruna, istehsal sahibkarlığının
inkişafına yönəldilməsini, özəl sektorun
ümumi daxili məhsulda xüsusi çəkisinin
artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin
inkişafı həm də makroiqtisadi sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb edir.
Azərbaycanın yeni inkişaf mərhələsinə
uyğun olaraq sənayenin təşkilinin ən müasir
formalarının tətbiqinin genişləndirilməsi də
sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan Prezident
İlham Əliyevin tapşırığına əsasən,
Azərbaycanda müasir sənaye komplekslərinin və
texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye
və Balaxanı sənaye parklarının yaradılması qeyri-neft sektorunun və
xüsusilə də qeyri-neft sənayesinin
inkişafını sürətləndirəcək, yerli və xarici investisiyaları
stimullaşdıracaq, müasir texnoloji sahələrin
inkişafına, yeni rəqabətqabiliyyətli məhsul
istehsalına təkan verəcək və iqtisadiyyatın
modernləşməsinə və innovativ iqtisadiyyatın
formalaşmasına, qeyri-neft ixracının
artırılmasına öz müsbət töhfəsini verəcəkdir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən
biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Ölkədə nəqliyyat
infrastrukturunun beynəlxalq standartlara
uyğunlaşdırılaraq müasirləşdirilməsi,
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
tərkibində avtomobil magistrallarının tikintisi və
genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin
bərpası və yenilənməsi, sərhəd-keçid
məntəqələrinin yenidən qurulması,
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının, müasir gəmiqayırma
müəssisəsinin tikintisi, Heydər Əliyev adına
Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin
inşası, habelə regionlarda hava limanlarının,
uçuş-enmə zolağının yenidənqurulması
və genişləndirilməsi kimi layihələrin icra
olunması ölkəmizin nəqliyyat potensialının
reallaşdırılması üçün geniş imkanlar
yaradır.
“2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı”na
əsasən müəyyənləşdirilmiş prioritet
istiqamətlərə uyğun olaraq, artıq yüzlərlə
azərbaycanlı gənc dünyanın qabaqcıl ölkələrinin
aparıcı təhsil müəssisələrində təhsil
alır. Bununla yanaşı, Azərbaycanın ali
təhsil müəssisələrində də təhsil alan
xaricilərin sayı artmış və “Qlobal innovasiya
indeksi”nə əsasən, təhsil alan xarici tələbələrin
xüsusi çəkisinə görə Azərbaycan dünya
ölkələri arasında 37-ci, MDB ölkələri
arasında 2-ci yerdədir.
Son illər beynəlxalq qurumların hazırladığı hesabatlar da Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləmişdir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Vüqar
SƏRDAROV
Xalq qəzeti.- 2014.- 11 may.- S. 9.