Naxçıvan Muxtar Respublikasında aqrar
müşavirə keçirilmişdir
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar
Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev
çıxış edərək demişdir
ki, muxtar respublikada əhalinin ərzaq məhsullarına
olan tələbatının yerli məhsullar hesabına ödənilməsini
təmin etmək məqsədilə kompleks
tədbirlər həyata keçirilməkdədir.
2013-cü ildə muxtar respublika
üzrə 109 min 468 ton
dənli və dənli paxlalılar, 66 min
497 ton tərəvəz, 43 min 276 ton meyvə və 41
min 297 ton kartof istehsal olunmuşdur. Heyvandarlıq məhsullarının
istehsalında da artım olmuş,
ümumilikdə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 337 milyon 127 min manatdan artıq olmuşdur.
Hazırda muxtar respublika
üzrə 29 min 698 hektar
sahə payızlıq taxıl əkini altındadır. Təkcə ötən
il sahibkarlara
14 milyon 700 min manatdan artıq kredit verilmişdir.
Qeyd olunmuşdur
ki, əldə edilmiş bütün nəticələr muxtar respublikada kənd təsərrüfatı sahəsində
yaradılmış əlverişli
şəraitin nəticəsində
mümkün olur. Cari ilin ötən dövründə “Azərbaycan”
nasos stansiyasından Kəngərli rayonunun Böyükdüz kəndinin
ərazisini əhatə
edən boru xəttinin və Sədərək rayonunda nasos stansiyasının tikintisi başa çatdırılmış, Babək
rayonunda Uzunoba Su Anbarının yenidən qurulması, Kəngərli
rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin
torpaq sahələrinin
suvarma suyu ilə təmin olunması məqsədilə
Uzunoba Su Anbarından qidalanan 40 km uzunluğunda boru xəttinin çəkilişi davam etdirilir. Görülmüş tədbirlər nəticəsində
Sədərək rayonunda
1500, Kəngərli rayonunda
isə 4000 hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılacaqdır.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov çıxış
edərək demişdir
ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin
rayon bazaları üçün
inzibati bina, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmişdir.
Fəaliyyəti dövründə
cəmiyyətin xətti
ilə muxtar respublikaya 1383 ədəd texnika və texnoloji avadanlıq gətirilmiş, onlardan
996 ədədi lizinq yolu ilə sahibkarlara
satılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri
Vasif Talıbov müşavirədə çıxış
edərək demişdir:
“Kənd təsərrüfatı
iqtisadi fəaliyyətin
aparıcı sahəsi
kimi muxtar respublikamızda qayğı
ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafı
ilə bağlı qəbul olunmuş birinci və ikinci dövlət proqramları, kartofçuluğun
inkişafı, eləcə
də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, meyvəçiliyin
və tərəvəzçiliyin
inkişafı ilə
bağlı dövlət
proqramlarında nəzərdə
tutulan tədbirlərin
icrası daha böyük nəticələrin
əldə olunmasına
şərait yaradıb.
Həyata keçirilən tədbirlər artıq öz nəticələrini
göstərməkdədir. Ötən il
kənd təsərrüfatı
üzrə ümumi məhsul istehsalında 7 faiz, əkinçilikdə
isə 8 faiz artıma nail olunmuşdur.
Lakin bunlar arxayınçılıq
üçün əsas
yaratmamalıdır. Kənd təsərrüfatına
diqqət artırılmalıdır.
Ona görə ki, bu sahə bir
tərəfdən əhalinin
ərzaq təminatını
ödəyirsə, digər
tərəfdən ildən-ilə
artan yeni emal müəssisələrinin
xammalla təmin olunması və muxtar respublikanın ixrac potensialının artırılması üçün
geniş imkanlar yaradır. Qeyd olunan sahələrdə
fəaliyyətin gücləndirilməsi,
eləcə də yaz-tarla işlərinin başlanması ilə əlaqədar olaraq kənd təsərrüfatı
məhsulu istehsalçıları,
həmçinin bu sahənin inkişaf etdirilməsinə cavabdeh dövlət orqanları qarşısında bir sıra mühüm vəzifələr dayanır.
Ali Məclisin sədri
müşavirədə aidiyyatı
orqanlara tapşırıqlar
vermişdir.
Ali Məclisin sədri
“Naxçıvan Aqrolizinq”
Açıq Səhmdar
Cəmiyyəti tərəfindən
alınmış yeni
kənd təsərrüfatı
texnikalarına, təmir
sexinə, gübrə
və ehtiyat hissələr anbarlarına
baxmışdır.
***
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Araz” Elm-İstehsalat Birliyinin yardımçı
təcrübə təsərrüfatına
gəlmiş, əkin
sahələrinə baxmışdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı
naziri Elşad Əliyev məlumat vermişdir ki, yardımçı təcrübə
təsərrüfatının sahəsi 70 hektardır. Bu ilin məhsulu üçün
şırım üsulu
ilə 41,1 hektarda payızlıq taxıl əkini aparılmışdır. Səpin zamanı
məhsuldar buğda və arpa sortlarından
istifadə olunub.
Həmçinin 9 hektarda “Santa” sortlu
kartof, 16 hektarda yonca, 1 hektara yaxın ərazidə isə bostan məhsulları əkilmişdir.
Birliyin nəzdində 25 texnika var.
Əkin və becərmə işlərinin
həyata keçirilməsində
texnikadan səmərəli
istifadə olunur.
Ali Məclisin sədri əkin zamanı yerli iqlim şəraitinə
uyğunlaşmış toxum
növlərindən istifadəyə
üstünlük verilməsi,
torpaq mülkiyyətçiləri
və fermerlərlə
kənd təsərrüfatı
bitkilərinin əkin
və becərilmə
qaydaları haqqında
söhbətlərin aparılması,
seminarların və rayonlarda səyyari yığıncaqların keçirilməsi,
mütərəqqi əkin
üsullarının izah
edilməsi, qeyd olunan məsələlərlə
bağlı kitabçaların
hazırlanıb paylanılması,
yardımçı təcrübə
təsərrüfatında yerli sortlarından ibarət meyvə bağının salınması
barədə müvafiq
tapşırıqlar vermişdir.
Xalq qəzeti.- 2014.- 11 may.- S.
10.