Ulu öndərin ad gününə
həsr olunmuş elmi-praktik konfrans
Dünən AMEA Fəlsəfə
və Hüquq İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə
həsr edilmiş növbəti ümumrespublika
elmi-praktik konfransı
keçirildi.
Konfrans iştirakçıları
əvvəlcə Azərbaycan
xalqının ümummilli
liderinin dövlətçilik
fəaliyyətinin tədqiqinə
dair institutda nəşr edilmiş elmi-tədqiqat əsərlərinin
sərgisi ilə tanış oldular.
Sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, onun siyasi
fəaliyyətinin bir
sıra məqamlarını
əsk etdirən filmin nümayişi keçirildi.
Konfransı giriş sözü
ilə açan Fəlsəfə
və Hüquq İnstitutunun direktoru,
professor İlham Məmmədzadə
görkəmli dövlət
xadiminin Azərbaycanın
ictimai-siyasi həyatındakı
xidmətlərindən danışdı və onun irsinin öyrənilməsinin
həm ölkədə,
həm də beynəlxalq aləmdə xüsusi əhəmiyyət
kəsb etdiyini vurğuladı. Professor qeyd etdi ki, ümummilli lider hər zaman Azərbaycan elminə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. AMEA və
konkret olaraq bizim institut da onun qayğısından
bəhrələnmişdir. Ümummilli lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi
müqəddəs yol
daim müdrik xalqımızın yeganə
ümid və istinadgah mənbəyi olaraq qalacaqdır. Hazırda yalnız onunla təsəlli tapırıq ki, bu uğur magistralında
bizə ulu öndərin layiqli siyasi davamçısı
- Azərbaycan Prezidenti
cənab İlham Əliyev kimi vətənpərvər, qətiyyətli,
peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən
bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir.
Tədbirdə çıxış edən
AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Teymur Kərimli ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolununun hər zaman cəmiyyətimiz üçün real örnək
olduğunu qeyd edərək, Azərbaycan
xalqının bu şəxsiyyətlə daim
qürur duyacağını
xüsusi vurğuladı.
Tədbir iştirakçıları ulu
öndərin Azərbaycanın
hüquqi dövlət
kimi formalaşmasında,
ölkənin ilk Konstitusiyasının
və digər qanunların qəbulunda əsaslı islahatların
keçirilməsində misilsiz
xidmətlərindən söz
açdılar. Onlar Fəlsəfə və Hüquq İnstitutunda “Heydər Əliyev məktəbi”nin fəaliyyətini yüksək
qiymətləndirdilər. Qeyd
olundu ki, ulu öndərin irsini
tədqiq edən mərkəzdə fundamental araşdırmalar,
geniş elmi təhlillər, tədqiqat
işləri aparılır,
onun irsinin ictimaiyyət tərəfindən
mənimsənilməsi məktəbin
fəaliyyətinin əsasını
təşkil edir.
Konfransda
institutun sosial fəlsəfə şöbəsinin
müdiri, fəlsəfə
elmləri doktoru Azər Mustafayev, “Heydər Əliyev məktəbi”nin məsul katibi Sənan Həsənov, institutun aparıcı elmi işçisi, hüquq elmləri doktoru Əli Rzayev və digərləri məruzələrlə çıxış
etdilər. Onlar ulu öndərin
siyasi fəaliyyətinin
mühüm məqamlarına
toxunaraq qeyd etdilər ki, XX əsr Azərbaycan tarixinin ən yaddaqalan siması olan Heydər Əliyevin qeyri-adi irsi olduqca zəngin
və əhatəlidir.
İllər geçdikcə artıq
bəşəri sərvətə
çevrilən bu irsin əhəmiyyətini
daha çox dərk edir, sehrinə daha çox düşür, Vətəni necə sevmək, xalqa necə xidmət etmək nümunəsi olan şəxsi həyatını və fəaliyyətini örnək
kimi qəbul edirsən.
Anar TURAN
Xalq qəzeti.- 2014.- 11 may.- S. 15.