Lənkəranda konfrans keçirilmişdir

 

Ölkəmizin subtropik “paytaxt”ı sayılan Lənkəranda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir. Ənənəvi Gül bayramı, gənc rəssamların yaradıcılıq sərgisi, Kitab bayramı, LDU-da elmi konfrans, çoxsaylı iməciliklərsair bu qəbildəndir.

Şəhərdəki Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusumövzusunda təşkil olunan konfrans xüsusilə sanballı tədbirlərdən idi.

Konfrans iştirakçıları əvvəlcə mərkəzin foyesində ümummilli liderə həsr edilmiş əl işlərindən ibarət sərgi ilə tanış oldular.

Sonra tədbiri açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov geniş məruzə etdi. Natiq bildirdi ki, Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti isə doğma xalqa, torpağa məhəbbət meyarı olmuşdur.

Məruzəçi qeyd etdi ki, XX əsrin 60-cı illərinin sonlarından başlayaraq 35 ilədək bir müddətdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin fəaliyyətində  xalqın milli özünüdərkinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişi daim mühüm yer tutmuşdur. Bu illərdə xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində böyük dirçəlişə nail olan ulu öndər Azərbaycanı tarixin sərt sınaqlarından inamla çıxarmışdır.

Məruzə ətrafında müzakirələrdə şəhər təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, mərkəzi rayon xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, qadınlar şurasının sədri Elduzə Əhmədova,   təmayüllü gimnaziyanın direktoru Mənsur Ağayev və Lənkəran Dövlət Universitetinin dosenti Rakif İbadov çıxış edərək ümummilli liderin şərəfli ömür yolundan iftixarla danışdılar, dahi rəhbərin Lənkərana qayğısını məmnunluqla xatırladılar.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 11 may.- S. 15.