“Tour
d’Azerbaidjan-2014” veloyürüşü başa çatdı
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turuna yekun vurulmuşdur. Dünən Bakıda keçirilən sonuncu, 5-ci mərhələ ilə velotur başa çatmışdır.
Velosipedçilər Bakıda keçirilən 202 kilometr uzunluğu olan 5-ci mərhələyə saat 9.00-da Azadlıq meydanından start vermişlər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən keçərək Abşerona, oradan da Nardarana yürüş etmişlər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət evinin qarşısına qayıdan idmançılar burada finiş xəttini keçmişlər.
Mərhələnin qalibi adına Fransanın “Team La Pomme Marseille 13” komandasının üzvü Jüstin Jül layiq görülmüşdür - 4 saat, 41 dəqiqə, 7 saniyə. Onun ardınca finiş xəttini veloyürüşün 3-cü mərhələsınin qalibi Yusif Reqiqi (“MTN-Qhubeka”, CAR) keçmişdir. İlk “üçlüyü” isə Adrian Honkiş (“CCC Polsat Polkowice”, Polşa) tamamlamışdır.
Yarışın yekun sıralanmasına əsasən, göy köynək (ümumi sıralanma) - İlnur Zakarinə (“RusVelo”, Rusiya), qırmızı köynək (ən yaxşı dağ yürüşçüsü) - Linus Gerdemanna (“MTN Qhubeka”, CAR), yaşıl köynək (ən yaxşı sprinter) - Vitali Butsa (“Kolss”, Ukrayna), ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) - Pobert Pauerə (Avstraliya milli komandası), göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) - Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılova (“Synergy Baku”, Azərbaycan) tədqim edilmişdir.
Komanda hesabında
birinci yeri Ukrayna “Kolss”u tutmuşdur. Azərbaycan təmsilçisi “Synergy Baku” isə 25 komanda arasında 10-cu olmuşdur.
Qeyd edək ki, yarışda 22 ölkədən 8-i Pro-Kontinental
olmaqla 25 komandanın tərkibində ümumilikdə
150 velosipedçi 5 gün
ərzində 838 kilometr
məsafəni qət
etmişdir.
Mərhələnin qalibi Fransanın “Team La Pomme Marseille 13” komandasının
üzvü Jüstin Jül sonuncu mərhələdə yoxuşların
çox çətin
olduğunu diqqətə
çatdırmışdır. Lakin o, sonda
komandanın birgə səylərilə mərhələni
qalib kimi bitirə bilmişdir.
J.Jül
yarışın təşkilatçılığının
yüksək səviyyədə
olduğunu da vurğulamışdır.
Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin isə bildirmişdir ki, Bakı mərhələsi
çox çətin
olsa da, komanda yoldaşlarının
dəstəyi sayəsində
qalib adını qazanmışdır.
CAR-ın “MTN Qhubeka”
komandasının üzvü
Linus Gerdemann qeyd etmişdir ki, yarış onun komandası üçün çox yaxşı alınmış
və onlar 2 mərhələnin qalibi olmuşlar. Son mərhələnin çətinliyinə
baxmayaraq, komanda burada da yaxşı nəticə göstərmişdir.
Ən yaxşı
gənc velosipedçi
köynəyini almış
Avstraliya milli komandasının üzvü
Pobert Pauer isə bildirmişdir ki, bu, onun
komandası üçün
yaxşı nəticədir. Ən azından
bir köynəyi qazanmışlar və o, bu nəticədən çox razıdır.
Ən yaxşı
sprinter köynəyini almış
Ukraynanın “Kolss” komandasının üzvü
Vitali Buts xatırlatmışdır
ki, yarışı uğurlu saymaq olar. Çünki yekunda yaşıl
köynək əldə
edilmişdir.
Yarışdan sonra yekunlarla bağlı mətbuat konfransı keçirilmişdir. Azərbaycan
Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti,
“Tour d’Azerbaidjan-2014" veloyürüşünün
təşkilat komitəsinin
sədri Sahib Ələkbərov
vurğulamışdır ki,
5 günlük mübarizədən
sonra hamı müəyyən qədər
yorğundur. AVİF adından
hər bir komandaya, fəxri qonaqlara, iştirakçılara
və mətbuat nümayəndələrinə dərin minnətdarlığını
bildirən S.Ələkbərov
”Tour d’Azerbaidjan-2014" turunu dəyərləndirərək yarışın uğurla
yekunlaşdığını diqqətə çatdırmışdır:
“Veloyürüşü itkisiz,
heç bir zədə olmadan başa vurduq. Bunun üçün köməyi
olan hər bir şəxsə öz təşəkkürümü
bildirirəm. Azərbaycanda bütün idman növlərinin inkişafı
üçün hər
bir şərait var və dövlət
dəstəyi yüksəkdir”.
Federasiyanın vitse-prezidenti velosiped idmanı tariximizdə ilkə imza atdıqlarını da demişdir. Onun sözlərinə görə,
turun son mərhələsinin
1,5 saatının “Eurosport”
kanalı vasitəsi ilə canlı göstərilməsi və
bütün dünyanın
bunu izləməsi birinci dəfə məhz “Tour d’Azerbaidjan-2014"də reallaşmışdır.
Sahib Ələkbərov ənənəvi yarışın
ildən-ilə inkişaf
edəcəyini və
daha yaxşı keçirilməsi istiqamətində
çalışacaqlarını vurğulamışdır. O bildirmişdir
ki, Azərbaycanda artıq yeni gənc velosipedçi nəsli yetişməkdədir.
Bu yarışda Samir Cəbrayılov sübut etdi ki, respublikamızda velosiped idmanının gələcəyi
parlaqdır.
Avropa Velosiped İttifaqının vitse-prezidenti, Rusiya Velosiped İdmanı Federasiyası prezidentinin məsləhətçisi Aleksandr Qusyatnikov isə demişdir: “Tour d’Azerbaidjan-2014”ün son mərhələsini Avropa Oyunlarına bir hazırlıq kimi qiymətləndirmək olar. Biz bunun şahidi olduq”...
Beş mərhələdən
ibarət veloyürüşü canlı
izləyən qurum rəsmisi təşkilatçılıqdan
razı qalmışdır. A.Qusyatnikov daha sonra bildirmişdir: AVİF bununla
2015-ci ildə təşkil olunacaq ilk Avropa Oyunlarına
hazır olduğunu bir
daha nümayiş etdirmişdir. Əmin olduq
ki, Bakı həmin böyük
yarışa hazırdır. Avropa Velosiped İttifaqı Azərbaycandakı inkişafdan razıdır və hər dəstəyi
verir. Azərbaycanda idmana
ölkə başçısı tərəfindən də böyük dəstək var.
Tikilmiş çoxsaylı idman kompleksləri buna əyani
sübutdur. Cəmi 2 yaşı olan velotur gənc nəslin
özünü sübut
etməsi üçün əla bir imkandır.
Xalq qəzeti.- 2014.- 13 may.- S. 10.