Lerik: ulu öndərin ruhuna
böyük ehtiram
Ölkəmizin hər yerində
olduğu kimi, Lerik rayonunda da ulu öndər Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr
edilmiş silsilə tədbirlər
keçirilib.
Ümumrayon
tədbirinin iştirakçıları öncə dahi şəxsiyyətin
adını daşıyan mərkəzi meydanda ulu öndərin
abidəsini ziyarət edərək önünə tər
gül-çiçək dəstələri düzdülər.
Sonra Heydər Əliyev Mərkəzində
elmi-praktik konfrans keçirildi.
Lerik Rayon
İcra Hakimiyyətinin başçısı Rövşən
Bağırov “Heydər Əliyev Azərbaycan xalqının
milli qürurudur” mövzusunda çıxış edərək
qeyd etdi ki, ulu öndərin zəngin bioqrafiyası, ideya-nəzəri
irsi Azərbaycan xalqı üçün, gənc nəsil
üçün böyük örnəkdir. Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə
uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin hərtərəfli
inkişafına nail olmuş, müstəqilliyimizi əbədi
və dönməz etmişdir. Bu gün Azərbaycanda Prezident
İlham Əliyevin rəhbərliyi altında Heydər
Əliyev siyasəti uğurla davam etdirilir, ölkəmizin
nüfuzu beynəlxalq arenada getdikcə artır,
insanlarımızın rifahı yaxşılaşır.
Çünki Heydər Əliyev siyasəti Azərbaycanın
uğurlarının möhkəm əsasıdır. Cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə
olunan nəticələr xalqın sabaha inamını qat-qat
artırmışdır.
Daha
sonra gənclər və idman
idarəsinin rəisi Rövşən Rüstəmov “Heydər
Əliyev və Azərbaycanda dövlət gənclər siyasəti”
mövzusunda, rayon mərkəzləşdirilmiş
kitabxana sisteminin əməkdaşı Arzu Əzizova “Azərbaycan
Respublikasının ümummilli lideri Heydər Əliyev və
dövlət qadın siyasəti” mövzusunda məruzələr
etdilər.
Konfrans
iştirakçıları sonda
ulu öndərin zəngin həyat və fəaliyyətindən
bəhs edən “ Böyük ömrün anları” filminə
tamaşa etdilər.
Ə.ƏLİYEV
Xalq qəzeti.- 2014.- 13 may.- S. 10.