Heydər Əliyev və türk dünyası

 

Dünya dövlətlərinin tarixi təcrübəsi göstərir ki, hər bir xalqın  durumu və gələcəyi əhəmiyyətli dərəcədə onun  malik olduğu imkanları, zamanın tələblərini düzgün qiymətləndirməyi bacaran, uzaqgörən, müstəqil dövlətçilik konsepsiyasını formalaşdıran və reallaşdıran xarizmatik liderlərin adı ilə bağlıdır. Xüsusən, inqilablar və müharibələr əsri olan XX əsrdə bəşər cəmiyyətində yaranmış yeni inkişaf meyillərini dərindən bilən, onları vaxtında nəzərə alan, qarşısına qoyduğu ideallara doğru xalqı arxasınca apara bilən liderləri olan ölkələr tarixin sınağından uğurla çıxmağı bacarırlar. Belə liderlər xalqların indiki və gələcək yaşayış fəlsəfəsini formalaşdırır, inkişaf  etdirirlər.

Bəşəri inkişafın dönüş nöqtəsini təşkil edən müasir dövrdə tale Azərbaycan xalqına çağdaş və müstəqil dövlətçilik fəlsəfəsini milli irs və təfəkkür bazası əsasında formalaşdırmış və reallaşdırmış Heydər Əliyev dühasını bəxş etmişdir. Bizim məqsədimiz müstəqil, demokratik, hüquqi dövlət qurmaqdır”– deyən  və “Müstəqilliyimiz əbədidir” şüarını qürurla irəli sürən  Heydər Əliyev 2000-ci  il dekabrın 29-da yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində ölkə qarşısında duran strateji xətti belə müəyyən etmişdir: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək”.

 Ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb, onun hüdudlarından kənarda,   bütövlükdə türk dünyasında dərin izlər buraxmışdır.  Bu fəaliyyət, bu sahədə gördüyü işlər az bir zamanda onu türk dünyasının danılmaz liderinə çevirdi. Ulu öndər  türk dünyasının həmrəyliyinin, bütün sahələrdə intensiv əməkdaşlıgının tarixi əhəmiyyətini dərindən dərk edirqürurla deyirdi: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz  bir kökdənik, biz  bir dilli xalqlarıq. Bizim milli ənənələrimiz, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımız  hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da  bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir- birimızlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

 Dünya şöhrəti  qazanmış böyük tarixi şəxsiyyətin türk dünyasının birləşməsi və möhkəmlənməsi yolunda gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi olduqca mükəmməl elmi-nəzəri mülahizələr reallıqlara əsaslanmaqla, böyük təcrübəvi və tarixi əhəmiyyətə malikdir. Onlar türk dünyasının birləşməsində, regionun nüfuzlu  bir ictimai-siyasi qüvvəsinə çevrilməsində əhəmiyyətli rol oynadı.

Məlum olduğu kimi, türk dünyasının yeni intibah yoluna qədəm qoyması baxımından zamanın tələbləri  olduqca böyükdür. İrimiqyaslı elmitexniki inqilablar dünyanın anlaşılması, yenidən qurulması, Şərqlə Qərb arasındakı və cəmiyyətin öz daxili qüvvələri  arasındakı əlaqələri baxımından yeni bir dövr başlatdı. Dünyanı bir-birindən ayrılmış, təcrid edilmiş hissələrdən ibarət  görən anlayışlar tarixə qovuşdu. Elmi  texnoloji  sıçrayışlarla bərabər dünya xalqları arasında iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin getdikcə dərinləşməsini əks etdirən inteqrasiyaqloballaşma prosesləri  özünün məlum daxili ziddiyyətləri ilə yanaşı, dünyanın inkişafının mühərriki oldu. Dünya iqtisadiyyatı bu prosesin nəticəsində bütövləşmiş və vahid  sistemə çevrilmişdir.

XX əsrin son onilliyində sovet imperiyasının süqutu, dünyanın bloklara bölünməsinin aradan qaldırılması  soyuq müharibə”yə son qoydu, böyük bir coğrafi bölgədə geosiyasi vəziyyəti kökündən dəyişdirdi. Bəşəri tərəqqi üçün dünya təsərrüfatı sisteminin bütün həlqələri arasında qarşılıqlı faydalı əlaqələrin daha da dərinləşməsi yolunda geniş imkanlar yarandı. Bu coğrafi məkanda Xəzər hövzəsinin zəngin neft yataqlarının mühüm bir hissəsinə nəzarət edən Orta Asiya və Qafqazın yeni müstəqil dövlətləri özünəməxsus yer tutur. Dünyanın neft xəzinəsi sayılan İran körfəzindən sonra öz əhəmiyyətinə görə ikinci yerdə duran bu regionda neft ehtiyatı 30 milyard ton, qaz ehtiyatı isə onlarla trilyon kubmetr təşkil edir. Mütəxəssislərin hesablamalarına görə, XXI əsrin ikinci yarısında orta illik neft hasilatı burada 100 milyon tona çata bilər. Uran və digər mühüm filiz növləri, qızıl ehtiyatı, habelə pambıq parça istehsalı imkanları nəzərə alındıqda regionun əhəmiyyəti daha da artır.

Türk dünyasının birləşməsi zərurəti dünya  sivilizasiyasına böyük töhfələr  vermiş türkdilli cümhuriyyətləri də  əhatə etmişdir. Yeni dövrdə yaranmış tarixi imkan nəticəsində   türkdilli cümhuriyyətləri (TDC) son illərdə sürətlə inkişaf edərək, qlobal dünyada mühüm nüfuz sahibi olmuş, öz  aralarında siyasi, iqtisadi, mədəni və elmi-texniki sahələrdə əlaqələri əhəmiyyətli dərəcədə  genişləndirmişlər. TDC-lərin İşbirliyi Şurası, Parlament Assambleyası, TÜRKSOY və digər sağlam qurumlar yaradılmışdır.

 Sovetlərdən ayrılmış TDC-lərin müstəqillik əldə etdikdən sonra  regional inteqrasiya  problemləri  araşdırılarkən  nəzərə almaq lazımdır  ki, qırmızı  imperiyanın süqutunda əsas amillərdən biri olan inzibati amirlik sistemiuzun müddət davam edən yarımmüstəmləkəçilik siyasəti türkdilli  cümhuriyyətlərdə daha sərt olmuşbu ölkələrə agır sosial-iqtisadi miras qalmışdır. Belə bir dövrdə Sov. İKP MK Siyasi Bürosunun    üzvü kimi Heydər Əliyev TDC-ləri hərtərəfli dəstəkləyirdi.

Türkdilli cümhuriyyətlərin 70 illik  bir dövrdə  “dəmir pərdələrlə” dünya  birliyindən siyasi, iqtisadi və mədəni cəhətdən təcrid olunması və ölkənin əsas aqrar-xammal bazası rolunu oynaması onların müstəqillik əldə etdikdən sonra dünya birliyinə sürətlə və səmərəli inteqrasiya etmələrini obyektiv olaraq zəruri edirdi. Bu amil həmin ölkələrin dünya bazarının tələblərinə uyğunlaşdırılması üçün köklü  və təcili  tədbirlər görülməsini israrla tələb edirdi. Buna baxmayaraq, türkdilli cümhuriyyətlərdə regional iqtisadi inteqrasiya prosesi agır siyasiiqtisadi  şərtlər əsasında formalaşmağa başlamışdır. Müstəqillik illərində bu ölkələrin öz aralarında və dünya dövlətlərilə iqtisadi  əlaqələrinin bütün istiqamətlərinin köklü şəkildə yenidən qurulması kimi  mürəkkəb bir proses  başlanmışdır. Öz  milli sərvətlərinə sahibliyin əldə edilməsi bu ölkələrin dünya bazarlarına  müstəqil  çıxmağına  və beynəlxalq iqtisadi  əlaqələri mövcud hüquq  normalarına  uyğun şəkildə qurmağına çox kömək etdi.

Bu ölkələr xam neft, təbii qaz, sənaye xammalı ilə yanaşı, çox çeşiddə sənaye məhsulları istehsal etmək və ixraca yönəltmək potensialına malikdirlər.  Hər bir ölkənin təbii sərvətlərini hərəkətə gətirərək istehsalın səviyyəsinin yüksəldilməsi və iqtisadi inkişaf yoluna çıxması ciddi şəkildə satış bazarlarının  geniş olmasından asılıdır. Bazarların genişlənməsi və dərinləşməsi iqtisadiyyatın səmərəliliyinin yaxşılaşdırılmasına və inkişaf sürətinin artırılmasına səbəb olur. Məsələn,  ABŞ-da transmilli şirkətlərin meydana gəlməsi və dünyanın   nəhəng  şirkətlərinə çevrilməsi çox böyük bazarların təmin etdiyi üstünlüklər sayəsində mümkün olmuşdur. Avropa Birliyiböyük bazarların təmin etdiyi üstünlüklərdən faydalanmaq məqsədi ilə dünyada ilk mükəmməl regional birlik yaratmağa nail olmuşdur.

  Araşdırmalardan bəlli olur ki, TDC-lərin inteqrasiyasında  öz aralarındakı əməkdaşlıq və işbirliyi böyük üstünlüyə malikdir. Çünki  Türkiyə və türkdilli cümhuriyyətlərin iqtisadiyyatları, istehsalın quruluşu, ixracat potensialları və idxal etmək istədikləri istehlak malları baxımından müqayisə edildikdə bir-birilərini tamamlayır.

Dünya dövlətlərinin çoxillik təcrübəsi göstərir  ki, bol təbii sərvətlərə sahib olan TDC-lər kimi ölkələrin gələcək sosial-iqtisadi inkişafı, onların qlobalregional proseslərə aktiv və səmərəli şəkildə qatılmasından əhəmiyyətli dərəcədə asılıdır. Dünya dövlətlərinin təcrübəsindən o da bəllidir ki, qloballaşma dövründə tərəqqinin, sənaye istehsalının artırılmasının  sosial-iqtisadi inkişafın həlledici amili heçneftqaz, təbii sərvətlər deyil, intellektualelmi-texniki ehtiyatların artırılmasıdır. Belə resurslar isə tamamilə aydındır ki, uzun  tarixi dövrdə inkişaf etmiş dünya dövlətlərinin topladığı zəngin təcrübəni hərtərəfli öyrənmək və ondan istifadə etməklə artırıla bilər. Bütün  bunlar isə qarşılıqlı  iqtisadi əlaqələri inkişaf etdirmək və beynəlxalq əlaqələr sisteminə intensiv  qoşulmaqla mümkündür.

 Ümummilli liderimiz Heydər Əliyev  türk dünyasının bu vacib problemlərinin həllinə xüsusi önəm verirdi.   O, müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu məsələlərlə ardıcıl şəkildə məşğul olmağa başladı. Ulu öndər İstanbulda  keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının  2-ci görüşünün  iştirakçılarına  (5 iyul 1993-cü il)    müraciətində   demişdi: “İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin – Türkiyənin, İranın, Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları vardır. Onlardan birgə istifadə olunması əsl müsəlman intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafina töhfə verəcəkdir”.

Məhz müdrik siyasətçi Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin  milli maraqlarına əsaslanan xarici siyasət kursu müəyyənləşdirilmiş və  dünyanın aparıcı dövlətləri və tanınmış beynəlxalq təşkilatları ilə qarşılıqlı etimadinama əsaslanan ikitərəfli münasibətlər formalaşdırılmış, inkişaf etdirilmişdir.

1994-cü il oktyabr ayının sonlarında Heydər Əliyev Türkmənistanın müstəqillik qazanmasının 3-cü ildönümü şənliklərində iştirak etmək üçün Aşqabada getdi. Onun çıxışlarından aydın oldu ki, Azərbaycan Prezidentinin məqsədi heç  yalnız şənliklərdə iştirak etmək deyildir. Aşqabadda jurnalistlərə verdiyi müsahibədə  bu səfərin daha böyük bir məqsəd izlədiyi aydınlaşdı: “... Türkmənistan bizə bir qonşu, dilimizə və keçmişimizə görə yaxın bir ölkədir. Ona görə də mən demək istəyirəm ki, ölkələrimiz arasındakı əlaqələri möhkəmləndirək.Vaxtilə  böyük səhvlər buraxılıb, Azərbaycanı Orta Asiya, ümumiyyətlə, Mərkəzi Asiya ölkələrindən uzaqlaşdırıblar. Mən istəyirəm  ki, bu, aradan qaldırılsın. Güman edirəm ki, belə tədbirlər gələcəkdə keçmiş “İpək yolunun canlandırılmasına kömək edəcəkdir”.

Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir-birilə,  o cümlədən bütün dünya ilə birləşdirilməsində Heydər Əliyevin tarixi  “İpək Yolu” layihəsinin həyata keçirilməsi işində  göstərdiyi  səy və xidmətlər müstəsna əhəmiyyətə malikdir. Bu tarixi  layihənin əsas məqsədi əhalisinin ümumi sayı 67 milyon nəfər olan  (1991-ci il)  Orta AsiyaQafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarətdir.  Bu isə həmin cümhuriyyətlərin 70  illik sovet dövründə yığılıb qalmış sosial-iqtisadi problemlərinin həll edilməsi  və nəhayət, bu dövlətlərin siyasiiqtisadi müstəqilliklərinin güçləndirilməsi üçün daha geniş perspektivlərin  açılması deməkdir. Məhz  buna görədir ki, dünya iqtisadiyyatı və region dövlətləri ilə geniş inteqrasiya bu ölkələrin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Heydər Əliyevin iqtisadi siyəsəti məhz bu məqsədlərə yönəlmişdir.

Böyük İpək Yolu” layihəsinin   reallaşdırılmasında  və TDC-lərin qırılmaz  tellərlə bir-birinə bağlanmasında Bakı-Tbilisi -Ceyhan boru xəttinin müstəsna əhəmiyyəti vardır. Ulu öndər Heydər Əliyev  bunu böyük uzaqgörənliklə dərk etmişbütün qüvvəsini  həmin xəttin gerçəkləşməsinə  yönəltmişdi. Tarix onun bu uzaqgörənliyini qısa bir zamanda təsdiq etdi. Tərəddüd etmədən demək olar ki, Baykal-Amur magistralının tikintisi, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan  əsas ixrac boru xətti layihəsi, Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu Heydər Əliyevin türk dünyasının birləşdirilməsi istiqamətində əvəzsiz xidmətləridir.

Ümummilli liderimizin türk dünyasının birliyinin təmin olunması yolundakı tarixi xidmətlərindən danışarkən onu da vurğulamaq  lazımdır ki, Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəm təməli məhz Heydər Əliyev tərəfindən ucaldılmışdır. Onun tarixibir millət, iki dövlət” ifadəsi hər iki dövlət əhalisinin dilinin əzbəri olmaqla gerçək həyatda bu dövlətlərin real siyasətinin əsasını təşkil edir. Çünki  Heydər Əliyevin xarici siyasətində Türkiyə ilə əməkdaşlıq ilk sıralarda yer alır.  Azərbaycan-Türkiyə əlaqələri türkdilli dövlətlərin iqtisadi əməkdaşlığının onurğa sütununu təşkil edirregional əməkdaşlığın genişlənməsi üçün mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə olan hörmət və ehtiramını bu sözlərlə ifadə edir: “ Mustafa Kamal Atatürk bütün türk dünyasının tarixi şəxsiyyətidir. Bütün türk dünyasının əvəzsiz, ölməz lideridir”.

Bu gün dünyada 6 müstəqil  türk dövləti  mövcuddur. Keçən  əsrin 90-cı illərindən başlayaraq, bu dövlətlərin birgə istəyi ortaq mənəvi mirasın qorunması və təbliğ olunması, işbirliyinin genişləndirilməsidir. Təsadüfi deyildir ki,  ulu öndər Heydər Əliyev  türk dünyasının gələcəyinə böyük ümidlər bəsləyirdi. O deyirdi: “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini  əldə etmiş bir çox  türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir.”

Bəs  Heydər Əliyevin türk dünyasının gələcəyinə böyük inamı nə ilə bağlıdır? Araşdırmalar göstərir ki, böyük iqtisadidemoqrafik potensiala malik olan türkdilli cümhuriyyətlər intensiv olaraq  qlobal iqtisadi sistemə qoşulmağaonun verdiyi üstünlüklərin bütün parametrlərindən  faydalanmağa  böyük önəm verirlər.

Gürcüstan  Ukrayna  hadisələri dünyanın yenidən qurulmasının, bəlkə də yenidən bölüşdürülməsinin  əsasını qoymuşdur. Dünyanın ikiqütblükdən çoxqütblülüyə keçid dövrü başlanmışdır. ABŞ və AB – nin bütün dünyada hegemonluğunu gücləndirmək istəyi, eləcə də  Rusiyanın  sovet imperiyasını  yenidən bərpa etmək səyləri daha da artmışdır.

Türk dünyası bu siyasi, iqtisaditexnoloji potensialı əllərində cəmləşdirmiş nəhənglərin döyüş meydanının tən ortasında yerləşmişdir. Bu gün türk cümhuriyyətlərini dünya nəhəngləri öz nüfuz dairələri altında saxlamağa çalışırlar. Hazırda türk dünyası bu iki nəhəng qüvvə arasında bölünmüş kimi görünür. Amma  hesab edirəm ki,  son nəticədə qloballaşmadan ən çox qazancı böyük Türk soyu əldə edəcəkdir. Belə bir fikrin  nə qədər əsaslı olduğunu görmək üçün aşağıdakı amillərə diqqət etmək lazımdır:

-Türk cəmiyyətinin dayandığı sağlam mənəvi təməl ona qloballaşmanın mənfi nəticələrindən yüksək dərəcədə qorunmaq imkanı verir. Həmin mənfi amillər isə məlum olduğu kimi bunlardır: milli-mənəvi dəyərlərin aşınması, mənəviyyatsızlıq nəticəsində genetik irsin ciddi təhlükə altına düşməsi, sağlam cəmiyyətin təməli olan ailə həyatının sarsılması, yer üzünün əşrəfi olan insanın zərərlı vərdişlər nəticəsində deqradasiyaya uğraması və başqaları. Uca Tanrı  türk soyuna çağdaş sivilizasiyanı təhlükəyə sürükləyən həmin mənfi təsirlərdən   qorunma və əksinə, onları özlərinin lehinə çevirmə imkanı vermişdir;

 -qloballaşmanın  yaratdığı yeni demoqrafik konyuktura türk cəmiyyətinin xeyrinədir və onun dünyada rolunun  təsirinin daha da artmasına şərait yaratmışdır. Qərb və Rusiyada əhalinin artımı sıfır nöqtəsinə yaxınlaşdığı və əhalinin  yaşlanma prosesinin sürətləndiyi  bir dövrdə türk dünyasında tamamilə başqa vəziyyət göz qabağındadır: əhalinin sürətli artımı və gəncləşməsi prosesi başlanmışdır. Müsbət demoqrafik faktor,  yalnız türk dünyasının sərhədləri daxilində deyil, həm də bu sərhədlərdən kənarda çox  böyük təsir gücünə malikdir. AvropaRusiyada türk əhalisinin geniş yayılması, sadəcə olaraq  türk dünyasından “brain-drain”(beyin köçü) olaraq  dəyərləndirilməməlidir. Bu, eyni zamanda türk kültürünün, türk ruhunun dünyaya yayılması, türkçülüyün  dünyada bilavasitə və real olaraq tanıdılmasıdır. Bundan başqa, qərbin elm və texnologiyasının,  qərb idarəçiliyinin yerindəcə mənimsənilərək, doğma yurda gətirilməsidir;

- Mustafa Kamal Paşanın “yurdda sülh, cahanda sülh” şüarı  bütün türk cümhuriyyətlərinin daxilixarici siyasətinin əsasını təşkil edir. Bu siyasət  onlara özlərinin yaxın və uzaq qonşuları ilə dostluq əlaqələrini qurmağa, çox mürəkkəb regiondabütün dünyada öz milli mənafelərinə uyğun strateji kurs yeritməyə şərait yaradır;

-yeniliksevər türk soyu qloballaşmanın iqtisadi, texnolojiinformasiya sahələrində müasir sivilizasiyanın gətirdiyi inqilabları çevik olaraq öz  malı edir və cəmiyyətin tərəqqisi üçün səmərəli istifadə edir;

  -qloballaşmanın təməlini təşkil edən neoliberal görüşlər və onun əsasında dünyada formalaşan liberal iqtisadi siyasət  bunun nəticəsi olaraq dövlətlərarası iqtisadi sərhədlərin aradan götürülməsi bir sıra siyasi maneələrə baxmayaraq, türk dünyasının bir-birinə və dünya ölkələrinə daha da yaxınlaşması üçün  geniş  imkanlar açır;

-türk dünyasının birləşməsində böyük əngəllərdən biri türk cümhuriyyətləri arasında uzun müddət birbaşa nəqliyyat əlaqələrinin, daha dogrusu, yolların olmaması idi. Bu da türk dünyasını parçalamaq istəyən imperiya dövlətlərinin   illər boyu yeritdikləri siyasətin  nəticəsidir. XIX əsrdə Orta AsiyaQafqaz xalqlarının çar Rusiyası tərəfindən istilasından sonra onların min illərlə qaynayıb-qarışdıqları cənub qonşuları və diğər dövlətlər ilə ənənəvi əlaqələri kəsildi. Sivilizasiyaya İbn Sina, Nəsirəddin Tusi və minlərlə düha sahibləri bəxş etmiş bu ölkələrə  “Rusiyanın ucqarı” damğası vuruldu. Müstəmləkəçilik siyasətini davam etdirən Sovet imperiyasında bu ölkələri dünya ilə birləşdirən çox az miqdar yollar yalnız Rusiya torpaqlarından keçirdi. Bu, yalnız görünən yollara aid deyildi, eyni zamanda, görünməyən mədəni-mənəvi yollara da aid idi. Orta Asiya xalqları və Azərbaycan dünya mədəniyyətinə yalnız rus mədəniyyəti ilə qoşulurdu. Dünya klassikləri əsasən rus dilindən tərcümə olunurdu. Bir sözlə, bu xalqların kainata baxmaq üçün yalnız bir pəncərəsi açıq idi: Rusiyanın yol verdiyi pəncərə...

Qərbin maddi və mədəni dəyərlərindən geniş yararlanmağa  çalışan bu ölkələrin zəngin təbii sərvətləri Avropanın ehtiyaclarının qarşılanması üçün mənimsənilməyə başlanmış və dünya siyasətinin ana xəttindən birinə çevrilmişdir. Yeni  İpək yolu probleminin yenidən aktuallaşması da Şərq və Qərb arasında enerji daşıyıcılarının Qərbə asan yolla çatdırılması üzərində ciddi işlə, yeni kommunikasiya xətlərinın açılması ilə əlaqədardır.  Bu amiltürk dünyasının birləşməsi və dünyada rolunun artması üçün çox faydalıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin gerçəkləşdirilməsi strateji əhəmiyyət daşıyır  iqtisadi olmaqla bərabər, həm də siyasi və mədəni əhəmiyyətə malikdir;

-son dövrlərdə türk dünyasında bir-birinə yaxınlaşma və birləşmə cəhdləri, daha doğrusu, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi sürətləndirilmişdir. Türk dünyası Parlament Assambleyasının, TDC  İşbirliyi Şurasının yaradılması böyük əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında əlaqələr “bir millət, iki dövlət” strateji xəttilə irəliləyir;    

 - bütün türk cümhuriyyətlərində islami dəyərlər daha da güclənir, hər  yerdə türk ruhu yüksəlir. Türk dünyasının həmrəyliyi və birliyi, bütün dünyada yaşayan türklərin diasporlarının təşkilatlanması, mədəni-siyasi, iqtisadi əlaqələrin durmadan genişlənməsi Heydər Əliyev ideyalarının və arzularının müasir dünyada reallığa çevrilməsidir. Bir millət,  yeddi dövlət  iyirmi doqquz qohum və əqrəbanın birlik və bərabərlik içində olması güclü olmaq deməkdir.

Türk dünyasının böyük oğlu Heydər Əliyev məhz bunu arzulamış və bütün şüurlu fəaliyyətini bu vacib işə həsr etmişdir.

 

 Dünyamalı VƏLİYEV,

 

AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri,

 

iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2014.- 14 may.- S. 3.