Göygöl:
yollar Hacıkəndə, Murova–zirvəyə aparır
....Göygölün gözəlliyi təkcə
coğrafi ərazisi ilə bağlı deyil. Buradan o yana yollar
Hacıkəndə, Toğanaya, Murova uzanır. Az
qala, hər addımda, hər döngədə hava da dəyişir,
mənzərə də... Dağların ətəyində
salınan bu şəhərdə evlərdən birinin
damı o birinin həyətinə açılır. Uzaqdan baxanda çoxmərtəbəli binalara
oxşayır, küçələr, əsasən,
üzüyenişədir. Görünür,
elə ona görə də ilin bütün fəsillərində
tər-təmizdir.
Başqa
bir məqam da var: burada hər evin, hər küçənin
öz tarixi görkəmi, fərqli arxitekturası var. Həm
millilik, həm müasirlik dərhal nəzərə
çarpır. Son illərdə bu gözəllik və müasirlik
bir az da artıb. Göygölə son səfərimiz
zamanı gözümüzü- könlümüzü
oxşayan dərhal, bax, bunlar oldu. Həqiqətən,
Şəhər indi öz görkəmini tamamilə dəyişmiş,
daha abad, müasir və yaraşıqlı olmuşdur.
Onu da əlavə edək ki, Göygölə xüsusi
gözəllik gətirən binaların, park və
xiyabanların çoxu son vaxtlar tikilib istifadəyə
verilmişdir.
2014-cü
il göygöllülər
üçün əlamətdar hadisələrlə yaddaqalan
olmuşdur. Hər şeydən əvvəl, qeyd edək ki,
Prezident İlham Əliyev yanvar ayının 21-də
Göygöl rayonuna üçüncü dəfə tarixi səfər
etmiş, şəhərə çəkilmiş su kəmərinin,
Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin
açılışında iştirak etmiş, Dövlət
Bayrağı Meydanı, Bayraq Muzeyi, Gənclər Mərkəzi,
Heydər Əliyev parkı ilə tanış olmuş, rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Həmin
səfər, keçirilən görüş və söhbətlər
bu gün də Gölgöl sakinlərinin qəlbində ən xoş və unudulmaz
xatirə kimi yaşamaqdadır.
Ümumiyyətlə, son vaxtlar rayonda istehsal və xidmət
sahələrinin genişləndirilməsi, sosial obyektlərin
tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması
istiqamətində həyata keçirilən tədbirlər uğurla
davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin
olunmuşdur.
Şəhərin 7 mərkəzi küçəsi
abadlaşdırılmış, 700 binanın dam
örtüyü əsaslı təmir olunmuşdur. Küçələrin gecə işıqlanma
sistemi yenidən qurulmuş, 680 dayaq
basdırılmışdır.
Göygöl şəhər mədəniyyət və
istirahət parkının ərazisi 3 hektar genişləndirilmiş
və abadlaşdırılmışdır. Mədəniyyət
və istirahət parkında müasir memarlıq üslubunda
Heydər Əliyev Mərkəzi, Gənclər və Uşaq
Əyləncə mərkəzləri tikilmiş,
açıq kinoteatr yenidən qurulmuşdur. Ərazisi 6 hektar olan Olimpiya İdman Kompleksi, Dövlət
Sosial Müdafiə Fondunun və Milli Təhlükəsizlik
Nazirliyinin Göygöl rayon şöbələri
üçün inzibati binalar tikilmişdir.
Hündür bir təpədə Dövlət
Bayrağı meydanı kompleksi tikilmiş, 50 metr
hündürlüyündə Bayraq qülləsi
quraşdırılmışdır. Kompleksin əhatə etdiyi 5,5 hektar ərazidə yaşıllıq
salınmış, Bayraq Muzeyi təşkil olunmuş, gecə
işıqlandırma sistemi
quraşdırılmışdır.
Şəhərin
su təchizatı və kanalizasiya sisteminin yenidən
qurulması layihəsinin icrası ilə bağlı Kürəkçaydan
Göygölə 25 kilometr uzunluğunda magistral su kəməri,
şəhərdə isə 13,4 kilometr kanalizasiya xətti
çəkilmiş, 6 su anbarı tikilmişdir. Təkcə
ötən il şəhər, qəsəbə
və kəndlərdə, park və xiyabanlarda, yol kənarlarında
10 mindən çox ağac və bəzək kolları əkilmişdir.
2013-cü
ildə 56,7 milyon manat əsas kapitala
investisiya qoyulmuş, bunun 50,9 milyon manatı
tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
Bakı-Qazax magistral avtomobil yolunun rayon ərazisindən
keçən 36 kilometr hissəsində yenidənqurma və bərpa
işləri başa çatdırılmışdır.
Bundan başqa, Yeni Zod - Çaykənd, Mixaylovka-Göyçəkənd,
Quşqara-Nadil kəndarası avtomobil yolları,
Toğanalı, Çaykənd, Yeni Zod, Balçılı kəndlərinin
daxili yolları təmir olunmuşdur.
Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı dövlət proqramında Göygöl rayonu
üzrə nəzərdə tutulmuş tədbirlərin
icrası yerinə yetirilmişdir. 2013-cü ildə 1 xidmət, 6
istehsal obyekti istifadəyə verilmiş, 502-si daimi olmaqla, 1328
iş yeri açılmışdır.
Ölkəmizdə sahibkarlığın inkişaf
etdirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsi,
dövlət tərəfindən hərtərəfli dəstəyin
verilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi
iqtisadi siyasətin əsas istiqamətlərini təşkil
edir. Bunun nəticəsi olaraq sahibkarlıq subyektlərinin
yaradılmasına və fəaliyyət göstərməsinə,
kiçik və orta sahibkarlığın inkişafına əlverişli
şərait yaradılmışdır. Nəticədə,
2013-cü ilin yekunlarına görə rayonda sahibkarların
sayı 2814-ə çatmışdır. Kiçik və
orta sahibkarlığın inkişafına dövlət dəstəyinin
nəticəsi olaraq sahibkarlığa Kömək Milli Fondunun
xətti ilə 127 hüquqi və fiziki şəxsə 1833
min manat güzəştli kredit verilmişdir.
Rayonda fəaliyyət
göstərən 21 sənaye müəssisəsi bütövlükdə 12,8
milyon manat dəyərində məhsul istehsal etmiş, sənaye
məhsulunun həcmində qeyri-dövlət sektorunun
xüsusi çəkisi çoxalmışdır. Ötən
il 2012 nəfər kənd təsərrüfatı məhsulları
istehsalçısına yanacaq və motor yağlarına,
buğda əkininə, toxum istehsalına və mineral gübrələrə
görə dövlət büdcəsindən 919,6 min manat
yardım verilmişdir.
Əvvəlki
illə müqayisədə 2013-cü ildə 2,2
milyon manat çox olmaqla, 43,5 milyon manat dəyərində kənd
təsərrüfatı məhsulları istehsal edilmiş,
bunun da 99,3 faizi qeyri-dövlət sektorunun payına düşür.
Ötən
mövsümdə 10275 hektar sahədə taxıl əkilmiş,
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə
173,7 ton çox olmaqla 27,1 min ton taxıl tədarük
edilmişdir. Əvvəlki ilə nisbətən, süd
istehsalı 434,5 ton, ət 30,3 ton, yun
3,8 ton, yumurta 26,1 min ədəd
artmışdır.
Elektrik enerjisi, təbii qaz və içməli su ilə
bağlı problemlər, demək olar ki, bütünlüklə
öz həllini tapmışdır. Belə ki, son illər
həmin sahələrin maddi-texniki bazasının daha da
möhkəmləndirilməsi istiqamətində bir sıra
mühüm layihələr işlənib həyata
keçirilmişdir. Təkcə 2013-cü ildə
elektrik təsərrüfatında 157,5 min
manat dəyərində təmir-bərpa işləri
aparılmışdır. 8 kilometr elektrik
veriliş xətti çəkilmiş, 123 elektrik dayaqları
yenisi ilə əvəz olunmuşdur. Göygöl
şəhərində 297 smartkart tipli sayğaclar
quraşdırılmışdır. 6 mərkəzi
küçədə 142 kilometr yeraltı kabel xətti
çəkilmiş, 5 qapalı paylayıcı qurğu
tikilmişdir. Əhali üzrə istehlak olunan elektrik
enerjisinin ödənişi 97,5 faiz,
qazın ödənişi isə 111,1 faiz olmuşdur. Hazırda rayonun 45 yaşayış məntəqəsindən
24-ü təbii qazla təmin edilmişdir. Başqa kəndlərə də təbii qazın
verilməsi ilə bağlı müvafiq tədbirlər
görülür.
Əhalinin
içməli su təminatını
yaxşılaşdırmaq məqsədilə Mollacəlilli kəndində
yeni salınmış yaşayış massivinə 1,5 kilometr su xətti çəkilmişdir. Yeni Zod kəndində nasos
quraşdırılmışdır. İstehlak olunan
suyun həcmi 1 milyon 110,6 min kubmetr
olmuş, ödəniş isə 93,6 faizdir. Rayon
icra hakimiyyətiində yaradılmış operativ qərargahda
əhalinin elektrik enerjisi, təbii qaz və içməli su
ilə təminatı sahəsində mövcud vəziyyət
müntəzəm olaraq təhlil edilir. Meydana
çıxan çətinliklərin aradan
qaldırılması istiqamətində müvafiq tədbirlər
görülür, istehsal olunmuş elektrik enerjisinin, təbii
qazın və içməli suyun dəyərinin ödənilməsi
daim nəzarətdə saxlanılır.
Son illər ümumtəhsil məktəblərinin
tikintisinə və maddi-texniki bazasının müasir tələblərə
uyğun möhkəmləndirilməsinə xüsusi diqqət
yetirilmişdir. Məsələn, dövlət proqramına əsasən
və Heydər Əliyev Fondunun təşəbbüsü ilə
“Yeniləşən Azərbaycana yeni məktəb” devizi
altında 17 məktəb binası, 5 məktəbdə 26 əlavə
sinif otağı, 1 uşaq bağçası tikilmiş, 19 məktəb
binası, 4 uşaq bağçası əsaslı təmir
olunmuşdur.
2013-cü
ildə Yeni Zod kənd uşaq bağçası, Ekoloji Tərbiyə
və Təcrübəçilik, Uşaq
Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzləri
əsaslı təmir olunmuşdur. Göygöl şəhər 1 və 2
saylı uşaq bağçalarında istilik sistemi
quraşdırılmışdır. Şəhriyar,
Bəhrəmbağ və Üçbulaq kənd məktəbləri
üçün yeni binanın tikintisinə, 4 saylı “Sevinc”
uşaq bağçasının əsaslı təmirinə
başlanılmışdır.
Ümumtəhsil məktəblərini
informasiya-kommunikasiya texnologiyaları ilə təmin etmək məqsədilə
məktəblərə 400 kompyuter dəsti verilmişdir. Hazırda
rayon üzrə 22 şagirdə 1 kompyuter dəsti
düşür. 11 məktəbdə
kompyuter sinifləri təşkil olunmuşdur.
Ötən
il ali məktəblərə sənəd
verən 400 məzundan 185-i qəbul olunmuş, bu, 2012-ci ilə
nisbətən 29 nəfər çoxdur. 17 nəfər 500-dən,
8 nəfər 600-dən çox bal
toplamışdır.
Göygöl rayonu həm də öz tarixi abidələri
və füsunkar təbiəti ilə məşhurdur. Hazırda rayonda 31 yerli əhəmiyyətli
tarixi- memarlıq abidəsi, kiçik göllər, qalın
meşə örtüyü var. Bu isə 5 istiqamətdə
ekoturizmi inkişaf etdirmək üçün geniş imkanlar
yaradır.
Mədəniyyət
və Turizm Nazirliyinin həyata keçirdiyi “Xalq
yaradıcılığı paytaxtları” layihəsinə əsasən,
ötən il Göygöl şəhəri
Azərbaycanın sənətkarlıq paytaxtı elan
olunmuşdur. 60-dan çox sənətkarın əl
işlərindən ibarət sərgi təşkil
olunmuşdur.
Rayon ərazisində 17 turist obyekti fəaliyyət
göstərir. Hazırda Göygöl şəhərində
5 ulduzlu otelin inşası davam etdirilir. Bütün
bunlara baxmayaraq, tarixi abidələrin əksəriyyətinin bərpa
və əsaslı təmirinə ciddi ehtiyac vardır. İqtisadi, sosial və mədəni həyatın
müxtəlif sahələrindən gətirdiyimiz fakt və rəqəmlər,
apardığımız təhlil və müqayisələr
öz-özlüyündə çox şeydən xəbər
verir.
Əlbəttə, belə dinamik inkişaf və yüksəliş,
ardıcıl və sistemli şəkildə aparılan və
bütün sahələri əhatə edən
tikinti-abadlıq və quruculuq işləri, əldə
edilmiş böyük uğurlar barədə dərindən
düşünməli olursan. Gəldiyimiz konkret nəticə,
görünən aşkar həqiqət ondan ibarətdir ki,
ölkəmizin bütün bölgələrində, o
cümlədən Göygöl rayonunda həyatın
bütün sahələrində qazanılmış
böyük uğurlar, sözsüz ki, Prezident İlham
Əliyevin gündəlik diqqət və
qayğısının, bu istiqamətdə
imzaladığı fərman və sərəncamların
konkret nəticəsidir.
Yeri gəlmişkən,
onu da əlavə edək ki, ölkə rəhbərinin
2014-cü il yanvar ayında Göygölə tarixi səfəri,
açılış və təməlqoyma mərasimlərində
iştirakı, ağsaqqallarla, ziyalılarla, gənclərlə keçirdiyi unudulmaz
görüş və söhbətlər, verdiyi qiymətli məsləhətlər
və tövsiyyələr rayonda böyük ruh yüksəkliyi
yaratmış, bütün sahələrədə işlərin
gedişinə güclü təkan
vermişdir.
Şübhəsiz
ki, burada məsələnin başqa tərəfi, daha
doğrusu, yerlərdə işin düzgün təşkili, adamlarla dil tapmaq,
onları öz ardınca apara bilmək, bir sözlə, təşkilat-idarəetmə
məsələləri barədə də ayrıca
danışmaq lazımdır. Qeyd edək ki, Göygöl
Rayon İcra Hakimiyyətində bu istiqamətdə
ardıcıl və sistemli iş qurulmuş, icra intizamı möhkəmləndirilmiş,
insan amili, vacib sosial problemlərin vaxtında və həssaslıqla
yerinə yetirilməsi diqqət mərkəzində
saxlanılmışdır.
Vətəndaşların qəbulu, onların ərizə,
şikayət və məktublarına baxılması nəzarətdə
saxlanılmış, bütün müracətlər hərtərəfli
araşdırılmış, haqlı tələblər
öz müsbət həllini tapmışdır. Rayon icra
hakimiyyətində vətəndaşların təsdiq
edilmiş cədvəl əsasında qəbul edilməsi
müntəzəm olaraq təşkil edilmişdir. Məsələn,
ötən il icra hakimiyyəti
başçısı aparatında 1111, o cümlədən
icra hakimiyyəti başçısı 823 vətəndaşı
qəbul etmişdir. Bundan başqa, icra hakimiyyətinin
başçısı yerlərdə 50 səyyar qəbul
keçirmiş, bu görüşlərdə 154 müxtəlif
xarakterli təklif, müraciət və şikayət söylənilmiş,
bir sıra sosial problemlər qaldırılmışdır. Sevindiricidir ki, qaldırılan məsələlərin,
demək olar ki, hamısı həllini tapmışdır.
Bu gün Göygöldə həyatın axarı
miqyaslı və gurdur. Hər addımda yeniliklə
rastlaşırsan. Hər gün meydana
yeni-yeni təsəbbüslər çıxır,
tikinti-abadlıq və quruculuq işləri daha da genişləndirilir.
Bu o deməkdir ki, Göygölün sabahı
daha işıqlı, abad və yaraşıqlı
olacaqdır.
Sonda görüşdüyüm, söhbət etdiyim
ağsaqqalların, ziyalıların, gənclərin ürək
sözlərini ümumiləşdirib yada salmaq istəyirəm. Onlar əldə
edilmiş bütün bu uğurlara, gündəlik diqqət və
qayğıya görə ölkə Prezidenti İlham
Əliyevə səmimi minnətdarlıqlarını bildirdilər.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2014.- 14 may.- S. 9.