Ordubad rayonunda yeni obyektlər istifadəyə
verilmişdir
Yuxarı Əylis kəndində
yeni məscid binası istifadəyə verilmişdir
Dini-mənəvi dəyərlər hər bir xalqın varlığını təcəssüm
etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dini dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək
nəsillərə çatdırılması
istiqamətində həyata
keçirdiyi tədbirlər
bu baxımdan mühüm əhəmiyyət
kəsb edir. Bu gün ölkəmizdə
mənəvi irsə diqqət və qayğı ilə yanaşılır, dini abidələr bərpa edilir, yeni məscid
binaları tikilir.
Mayın 14-də Ordubad rayonunun Yuxarı Əylis kəndində yeni məscid binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri
Vasif Talıbov Yuxarı Əylis kənd məscidinin istifadəyə verilməsi
münasibətilə sakinləri
təbrik edərək
demişdir: – Ölkəmizdə
islami dəyərlərə
yüksək qiymət
verilir, müqəddəs
yerlər, dini ziyarətgahlar və məscidlər yenidən qurulur, bərpa olunaraq insanların istifadəsinə verilir. Bütün bunlar ölkəmizdə islami dəyərləri yaşatmaqla yanaşı,
həm də bu dəyərlərin gələcək nəsillərə
ötürülməsi baxımından
mühüm əhəmiyyət
daşıyır.
Ali Məclisin sədri demişdir: “Azərbaycanda
dini-mənəvi dəyərlərin
qorunub saxlanılması
istiqamətində ardıcıl
tədbirlər görülür.
Çünki bu dəyərlər
uzun illər ərzində formalaşmış,
insanlar tərəfindən
yaşadılaraq bu günə çatdırılmışdır.
Ölkəmizdə bu sahəni
tənzimləyən qanunlar
və digər normativ hüquqi aktlar hər bir şəxsin inanclarına hörmətlə
yanaşılmasına, insanların
dini etiqad azadlığının təmin
olunmasına imkan verir. Dini etiqad azadlığının
təmin olunması sahəsində görülən
tədbirlərin nəticəsidir
ki, bu gün
Azərbaycan dünyada
tolerant ölkə kimi
tanınır.
Ümummilli lider Heydər Əliyevin “Məscidlər
İslam aləmində
islamı təmsil edən müqəddəs
yerlərdir”, – fikrini xatırladan Ali Məclisin
sədri demişdir: –
Məscidlər inanclarımızın
və mənəvi dəyərlərimizin yaşadıldığı
yerlərdir. Müsəlmanların müqəddəs kitabı Qurani-Kərim və məscidlər İslam aləmini birləşdirən simvollardır.
Bu gün istifadəyə
verilən Yuxarı Əylis kənd məscidi də mənəvi dəyərlərimizin
yaşadılması istiqamətində
görülən tədbirlərin
tərkib hissəsidir.
Ona görə bu məsciddə də dini və mənəvi
dəyərlərimizin yaşadılmasına
xüsusi diqqət yetirilməlidir”.
Ali Məclisin sədri
yeni məscidin istifadəyə verilməsi
münasibətilə kənd
sakinlərini və dindarları bir daha təbrik etmişdir.
Kənd
sakini Tofiq Hüseynov demişdir ki, bu gün
Yuxarı Əylis kəndində əhalinin sosial problemləri həll olunmuş, kənd mərkəzi, həkim ambulatoriyası, müasir məktəb binası istifadəyə verilmiş, insanların məşğulluğu təmin
edilmişdir. Artıq hər
bir sakin dövlətimizin yaratdığı
şəraitdən layiqincə
bəhrələnir. Bu
da yaxşı yaşayış və yüksək əhval-ruhiyyə
deməkdir. Məscid binası
da Yuxarı Əylis kəndində aparılan quruculuq işlərinin davamı, islami dəyərlərə
verilən qiymətin daha bir ifadəsidir.
Sonra Ali
Məclisin sədri açılışı bildirən
lenti kəsmiş, məsciddə yaradılan
şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ümumi sahəsi 250 kvadratmetr olan 1 minarəli məsciddə ibadət yeri, axund və yardımçı
otaqlar vardır. Binada eyni
vaxtda 200 nəfərin
ibadət etməsi mümkündür. Minarənin hündürlüyü
21 metrdir. Binada müasir
işıqlandırma sistemi
quraşdırılmış, qadınlar üçün
ayrıca ibadət yeri ayrılmış, mehrab qoyulmuşdur. İki girişi olan məscid binasının günbəzi naxış
və ornamentlərlə
bəzədilmişdir.
Ali Məclisin sədri
İslam dininin müqəddəs kitabı
Qurani-Kərimi və kitabın təfsirini məscidə hədiyyə
etmişdir.
Sonra kənd
sakinləri və dindarlarla görüşən
Ali Məclisin sədri
demişdir ki, dini-mənəvi dəyərlərin
qorunub saxlanılması
vacib şərtdir. Muxtar respublikada
207 məscid vardır.
Onların 167-si müstəqillik dövründə tikilmiş
və ya əsaslı təmir olunmuşdur. Bu da insanların saf niyyətlər ətrafında birləşməsinə,
dini-mənəvi dəyərlərimizin
olduğu kimi yaşadılmasına xidmət
edir.
Kənd ağsaqqalları və dindarlar Yuxarı Əylis kəndində yaradılan şəraitə,
yeni məscid binasının istifadəyə
verilməsinə görə
minnətdarlıqlarını bildirmişlər.
Ali Məclisin sədri
kənd ağsaqqalları
və dindarlarla xatirə şəkli çəkdirmişdir.
Məscidin həyətində dəstəmaz
yeri yaradılmış,
yaşıllaşdırma işləri
aparılmış və
müasir işıqlandırma
sistemləri quraşdırılmışdır. Həmçinin məscidə gedən yol genişləndirilərək
1 kilometr məsafəyə
asfalt örtük salınmışdır.
Ordubad şəhərində quruculuq işləri davam etdirilir
Qədim tarixə, memarlıq abidələrinə və
tikililərinə malik
olan Ordubad şəhəri bu gün həm də müasir görkəmi və inkişafı ilə diqqəti cəlb edir. Aparılan quruculuq işləri
şəhərin görkəmini
tamamilə dəyişmişdir.
Artıq
tarixilik və müasirliyin vəhdəti
qədim Ordubadın müasir inkişaf göstəricisinə çevrilmişdir.
Bu istiqamətdə görülən
tədbirlərin davamı
olaraq cari ildə Ordubad şəhərindən keçən
Dübəndi çayında
sahilbərkitmə işləri
aparılmış, ətraf
ərazilər abadlaşdırılmışdır.
Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov Ordubad şəhərinə gəlmiş,
aparılan abadlıq işləri ilə maraqlanmışdır.
Bildirilmişdir ki, çay yatağında istiqamətləndirici
beton bəndlər salınmış, istinad divarları tikilmiş, suyun sürətini azaldan beton konstruksiyalar
inşa edilmişdir. Həyata keçirilən
tədbirlər sürüşmə
təhlükəsinin aradan
qaldırılmasına və
insanların rahatlığının
təmin olunmasına imkan verəcəkdir.
Ali Məclisin sədri
ərazidə yaşıllaşdırma
işlərinin aparılması,
Ordubad şəhərində
tikinti və abadlıq işlərinin bundan sonra da
davam etdirilməsi barədə tapşırıqlar
vermişdir.
Akademik Yusif Məmmədəliyevin
Ev Muzeyində
yenidənqurma işləri
aparılmışdır
Muxtar respublikada görkəmli tarixi şəxsiyyətlərin,
ədəbiyyat, incəsənət
və elm xadimlərinin
ev muzeylərinin
yardılması və
bərpası istiqamətində
ardıcıl tədbirlər
görülür. Ötən
ildən başlayaraq,
görkəmli akademik
Yusif Məmmədəliyevin
Ordubad şəhərindəki
ev muzeyində
yenidənqurma işləri
aparılmışdır.
Mayın
14-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov muzeyin yenidənqurma işlərindən
sonrakı vəziyyəti
ilə tanış
olmuşdur.
Məlumat verilmişdir ki, muzeyin sahəsi 190 kvadratmetrdir. 2 mərtəbədən
ibarət olan binanın birinci mərtəbəsində fond və
iş otaqları, ikinci mərtəbəsində
isə ekspozisiya zalı yerləşir. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə
aid sənədlər, çap
olunmuş əsərləri,
fotoşəkillər, habelə
xatirə şəkillərindən
ibarət 2000-nə yaxın
eksponat saxlanılır.
Bu eksponatlardan 250-si ekspozisiyada nümayiş olunur.
Yenidənqurma işləri zamanı
iş otaqlarında müasir şərait yaradılmış, ekspozisiya
zalının döşəməsi
yenilənmiş, qazanxana
quraşdırılmışdır. Həmçinin muzeyə gedən
yol yenidən qurulmuş, binanın həyətində təmir
işləri aparılmış,
gülkarlıqlar salınmışdır.
Ali Məclisin sədri Yusif Məmmədəliyevin
Ev Muzeyinin ümummilli lider Heydər Əliyevin qayğı və himayəsi ilə 1975-ci ildə yaradıldığını,
2005-ci ildə Yusif Məmmədəliyevin 100 illik
yubileyinin UNESKO səviyyəsində
qeyd olunduğunu bildirmiş, muzeydə görkəmli alimin elmi irsinin hərtərəfli
öyrədilməsi barədə
tapşırıqlar vermişdir.
Xalq qəzeti.- 2014.-
16 may.- S. 10.