“İdarəetmə
mədəniyyəti. Xarici ölkələrin
təcrübəsi” monoqrafiyasının müzakirəsi keçirilmişdir
Qərb Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının(DİA) professoru Fuad Məmmədovun DİA-nın Böyük Elmi Şurası tərəfindən Dövlət mükafatına təqdim olunan “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyasının müzakirəsi keçirilmişdir.
Müzakirədə çıxış edənlər əsərin əhəmiyyəti və özəllikləri barədə söz açmışlar. Orada səslənən fikirlərdən bəzi məqamları oxucuların diqqətinə çatdırırq.
Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Bəhruz Abdullayev:
– Professor Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyası hələ keçən əsrin 90-cı illərinin axırlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika alimləri və siyasətçiləri qarşısında irəli sürdüyü vəzifələrə, Qərb ölkələrinin təcrübəsi əsasında Azərbaycanın milli dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi xəttinə uyğun olaraq hazırlanmışdır. O, elmi ictimaiyyətimiz və ölkəmiz üçün böyük əhəmiyyətə malikdir.
Bakı Dövlət Universitetinin
(BDU) professoru Şahlar Əsgərov:
– Fuad Məmmədov Azərbaycanda kulturologiya elminin və idarəetmə mədəniyyətinin yaradıcısıdır. Amerika alimi Harri Hamel ədalətli olaraq hesab edir ki, idarəetmə mühərrik, elektronika, dərmanlar və internet kimi kəşflərdən daha vacibdir. Əgər Cənubi və Şimali Koreyanın nailiyyətləri arasındakı fərqə nəzər salsaq, görərik ki, bu fərq məhz iki dövlət arasındakı idarəetmə mədəniyyəti müxtəliflikləri ilə şərtlənir. İdarəetmə mədəniyyəti bir çox milli problemlərimizin həllinin açarıdır. Buna görə də bu monoqrafiya Dövlət mükafatına layiqdir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı, professor Ağacan Abiyev:
– Azərbaycanda kulturologiya elmini ilk dəfə Fuad müəllim yaratmışdır, bu ona böyük əziyyətlər bahasına başa gəlmişdir, belə ki, həmişə elmdə yeniliyə bir müqavimət olur. Monoqrafiya – ölkəmiz, elmimiz, təhsil sistemimiz üçün böyük töhfədir. Mədəniyyət olmasa, bəşəriyyət olmazdı. Allah təbiəti və insanları yaratmışdır, insanlar mədəniyyəti inkişaf etdirməlidirlər. Məhz mədəniyyət, mədəni dəyərlər bizi insan edir. Yalnız ölülərdə stress olmur. Stresslərin əsl dərmanı kimyəvi preparatlar deyil, mədəniyyətdir: düzgün təfəkkür, etik davranış, musiqi, rəssamlıq! Fuad Məmmədov mədəniyyəti və idarəetməni birləşdirmişdir. Azərbaycanda mühüm tətbiqi əhəmiyyətə malik yeni elm yaranmışdır. Buna görə Fuad Məmmədov ən yüksək mükafata layiqdir.
BDU-nin kafedra müdiri,
professor İzzət Rüstəmov:
– Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti” kitabı sistemli yanaşma əsasında onun tədqiqatlarında şərh olunan intellektual mədəniyyətin və humanizmin qabaqlayıcı inkişaf prinsipləri əsasında cəmiyyətimizin tərəqqiyə doğru yoludur... Bu fundamental əsəri ürəkdən dəstəkləyir və Azərbaycan Dövlət mükafatına layiq hesab edirəm.
BDU-nin professoru Fərman İsmayılov:
– Mədəniyyət bizi ağıl və gözəllik qanunları
əsasında münasibətlər
qurmağa öyrədir.
Harada mədəniyyət varsa, orada xaos
olmayacaq. Təəssüf ki, bizim bəzi
strukturlarımız, əsasən
də, bələdiyyələr
idarəetmə mədəniyyətinə
malik deyildir. Çox vaxt onlar nəyi
və necə etməyi bilmirlər.
Deməli, biz onları hələ
idarəetmə mədəniyyətinə
öyrətməmişik. Axı hər şeyi yuxarı idarə eşelonlarından gözləmək
olmaz. Yerli orqanlar da idarəetmə normalarına
yiyələnməlidirlər. Xarici ölkələrdə isə
idarəetmə mədəniyyəti
kontekstində onlar çox gözəl işləyirlər. Fuad Məmmədovun
“İdarəetmə mədəniyyəti”
monoqrafiyası – Azərbaycan
mədəniyyət və
elmi fikir tarixində insanları necə düzgün idarə etməyi bizə öyrədən birinci kitabdır. Arzu edirəm, biz bir də Fuad Məmmədova
Azərbaycan Dövlət
mükafatı verilməsi
münasibətilə onu
təbrik etmək üçün toplaşaq.
BDU-nin dosenti, əməkdar
müəllim Tahir Behbudov:
– Çox gözəl əsərini hələ əlyazması halında olarkən oxuduğum Fuad Məmmədovu ürəkdən təbrik
edirəm. Fuad Məmmədovun kitabı
əsaslı, sübutedici
xarakterə malik
fundamental əsərdir. Fuad Məmmədov böyük
alimdir, biz onu Azərbaycan Dövlət mükafatına layiq hesab edirik.
Milli Məclisin deputatı, professor Asim Mollazadə:
– Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti"
monoqrafiyası gənc
Azərbaycan dövləti
üçün çox
aktualdır və ən yüksək dövlət mükafatına
layiqdir. Təhsil və mədəniyyət
hər bir dövlətin uğurlu inkişaf amilləridir.
Dövlətimizin və xalqımızın
uğuru mədəniyyətin
inkişafı ilə
bağlıdır. Mən sizin
hamınızı təbrik
edirəm, çünki
bu kitab – yüksək təhsil sisteminin gözəl nümunəsidir.
Azərbaycannın xalq rəssamı,
professor Ağaəli İbrahimov:
– “Mən Fuad müəllimi artıq neçə illərdir tanıyaram. O, zahirən və daxilən gözəl Azərbaycan ziyalısıdır. Bir kulturoloq
kimi, o hər şeyə sistemli yanaşır və hər şeydə yeni dəyişdirici imkanları görməyi bacarır. Professor Fuad
Məmmədov yalnız
Azərbaycan Dövlət
mükafatına deyil,
həm də beynəlxalq mükafatlara layiqdir.
BDU-nin kafedra müdiri,
professor Kamil Səlimov:
– Fuad müəllim böyük alimdir. Mən kitabın nəzərdən
keçirilməsinə iki
aspektdən yanaşmaq
istəyirəm. Birincisi, kriminalistika
nöqteyi-nəzərindən. Başlıcası odur ki, Şər Xeyirə qalib gəlməsin. Bunun üçün məhkumları
cəmiyyətin xeyrinə
və əmək tərbiyəsi ilə inkişaf etdirərək,
düzgün idarə
etmək lazımdır.
İkincisi, mən “İdarəetmə
mədəniyyəti” monoqrafiyasında
təqdim olunan metodologiyanı – kriminalistika
və hüquqi mədəniyyət baxımından
çox vacib olan insanların psixologiyası daxil olmaqla, müəllifin bütün sahələri
əhatə edən konstruktiv sistemli yanaşmasını yüksək
qiymətləndirirəm. Məhkumlarla
ünsiyyət üçün
biz artıq praktik olaraq Fuad Məmmədovun
metodologiyası və
ünsiyyət mədəniyyəti
sistemlərindən istifadə
edirik və onun real həyatda faydasını görürük.
Dosent Firudun Əhmədov:
- Fuad Məmmədov
cəmiyyətin nəbzini
yaxşı tutur və onun tələbatlarını
bir çoxlarından
daha yaxşı görür. Onun mədəniyyətimizin və Azərbaycan cəmiyyətinin kulturoloji
maariflənməsinin inkişafına
verdiyi töhfəni qiymətləndirmək üçün
“İdrak” televiziya verilişinə baxmaq kifayətdir. Kitab böyük
əhəmiyyət daşıyır,
bilavasitə işdə
uğur qazanmaq üçün praktik olaraq necə idarə etmək lazım ölduğunu öyrədir. Burada xarici
ölkələrin ən
yaxşı praktik təcrübəsi təcəssüm
edilmişdir.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin professoru Eldar Abbaszadə:
– Hər bir xalqın
gələcəyi onun
intellektual və mənəvi mədəniyyətindən
asılıdır. “İdarəetmə
mədəniyyəti” fundamental əsəri Azərbaycanın
milli inkişaf strategiyası
baxımından çox
böyük elmi və praktik əhəmiyyətə malikdir.
Ona görə də mən Fuad Məmmədova
elm sahəsində Azərbaycan
Dövlət mükafatının
verilməsini dəstəkləyirəm.
Raifə
Sərxan, iqtisadçı,
şairə:
– Fuad Məmmədovun
kitabı bizi öyrədir ki, idarəetmə mədəniyyəti
özünüidarədən başlayır. Mən bu yaxınlarda
Türkiyədə yazıçıların
konfransında olmuşam
və fəxrlə deyə bilərəm ki, orada da
bu gözəl kitabla tanışdırlar
və onu yüksək idarəetmə,
davranış və kommunikasiya mədəniyyəti
üzrə mənbə
hesab edirlər.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin dosenti Mübariz Süleymanlı:
– İdarəetmə mədəniyyəti"
fundamental əsərdir, Fuad
Məmmədovun ən
mühüm elmi nəticələrindən biridir. Eyni zamanda,
universal bilikləri əhatə
edən gözəl dərs vəsaitidir.
Burada inzibati və iqtisadi idarəetmə qaydaları
ilə yanaşı, etik problemlər, insanın mədəniyyətinin
sosial-psixoloji xüsusiyyətləri,
ünsiyyət normaları
da öz əksini tapmışdır...
AR Prezidenti yanında DİA-nın tələbəsi Kamran Məmmədov:
– Biz tələbələr fəxr
edirik ki, professor Fuad Məmmədov kimi müəllimimiz var.
Biz onun öyrətdiklərinin
praktik faydasını,
yəni intellektual və etik mədəniyyətin,
həmçinin idarəetmə
mədəniyyətinin gücünü
görürük. Bu biliklər
bizə üstünlüklər
verir...
Professor Bəhruz Abdullayev:
– Beləliklə, biz Azərbaycan
elmi ictimaiyyətinin nümayəndələri, Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyası
tərəfindən professor Fuad Məmmədovun qiymətli
”İdarəetmə mədəniyyəti.
Xarici ölkələrin təcrübəsi"
əsərinin ona Azərbaycan Dövlət mükafatına təqdim edilməsi təşəbbüsünü
hərarətlə dəstəkləyirik.
Ümid edirik ki, Dövlət
Mükafatı Komissiyası
üzvləri alimlərin
bu rəyinə diqqətlə yanaşacaqlar.
Şəlalə
KƏSƏMƏNLİ,
“Simurq”AMA-nın
mətbuat katibi
Xalq qəzeti.- 2014.- 16 may.- S. 13.