Heydər
Əliyev Fondu gözdən əlil
insanların cəmiyyətə inteqrasiyasını sürətləndirdi
Bu günlərdə Heydər Əliyev Fondunun yaradılmasının on illiyi yüksək səviyyədə qeyd olundu. Artıq on ildir ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə bu fond ölkəmizdə bir sıra mühüm əhəmiyyətli layihələri uğurla reallaşdırır.
Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə fondun yubileyinə həsr olunmuş təntənəli mərasimdə ulu öndərin adını daşıyan fondun on illik fəaliyyəti barədə ətraflı söhbət açılmışdır. Cənab Prezident mərasimdəki çıxışında demişdir: “ Bu gün Heydər Əliyev Fondu ulu öndərin adını şərəflə daşıyır, ulu öndərin xatirəsinə layiqli fəaliyyət göstərir”. Doğrudan da, on il ərzində fondun gördüyü işlərin, reallaşdırdığı layihələrin miqyası çox genişdir. Bunu Mehriban xanım da mərasimdəki çıxışında bildirmişdir: “Biz diqqətimizi ölkəmizdə həllini tapmayan problemlərin aradan qaldırılmasına yönəltdik. Biz Azərbaycanda çoxəsirlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrinə arxalanaraq, köməyə ehtiyacı olan hər kəsin yanında olmağa çalışdıq.”
Bu bir həqiqətdir ki, Heydər Əliyev Fondu köməyə ehtiyacı olan insanların həmişə yanında olub. Bunu biz, gözdən əlil insanlar daha aydın hiss etmişik. Hələ 2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya- kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanmışdır. Sənədi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti imzalamışdi. Həmin sənədin imzalanma mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirmişdi ki, Azərbaycanda 320 min əlil insan yaşayır ki, onların da 40 mini kor və görmə qabiliyyəti zəif olan insanlardır. Bu layihə həmin şəxslərin həyata qoşulmasına, onların informasiya- kommunikasiya vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış şəraitinin yaxşılaşmasına xidmət edəcəkdir.
Görmə qabiliyyəti zəif olan insanlar çox yaxın zamanda fondun bu layihələrinin real nəticələrindən faydalanmağa başladılar. Məlumat üçün bildirim ki, bu layihə üç mərhələdə həyata keçirildi. İlk mərhələdə kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə ehtiyaclarını müəyyən etmək, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram layihəsi hazırlamaqdan ibarət oldu. Bu məqsədlə sorğular, müzakirələr keçirildi, təcrübə mübadiləsi aparıldı, bu iş üçün alınacaq müasir texnologiya nümunələri müəyyənləşdirildi.
Bundan sonrakı
mərhələ də
operativ həyata keçirildi. Belə ki, kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəbində model İKT sinfi yaradıldı, burada kompyuter avadanlıqları alınıb
quraşdırıldı, proqram
təminatı lokallaşdırıldı,
internetə çıxış
təmin edildi və xüsusi tədris-təlim proqramları
hazırlandı.
Üçüncü mərhələdə
audio kitabxanalar və təlim mərkəzləri
yaradıldı, kitabxana
fondunun audioformata çevrilməsi üçün
səsyazma studiyasının
qurulması , bu studiyanın yardımı
ilə mövcud kitabxanalarda Brayl şriftli audiokitabların
bərpası, internetə
çıxış, informasiya-
texnologiya əsaslı
təlim kursları, internetdə informasiyanın
tapılması, əldə
edilməsi kimi xidmətləri təmin edən kurslarda dərs deyəcək müəllimlərin, təlimçilərin
hazırlığı kimi
bir sıra işlər həyata keçirildi.
Mehriban xanım
bu işləri daim nəzarətdə saxlayırdı. 2007-ci il
martın 15-də Mehriban
xanım Əliyeva bu layihə çərçivəsində Nərimanov rayonundakı kor və zəif
görən uşaqlar
respublika internat məktəbində görülmüş
işlərlə tanış
olmuş, birinci mərhələdə görülmüş
işləri yüksək
qiymətləndirmişdi. Bu
gün İKT-dən gözdən əlillərin
istifadəsi regionlarda
da reallaşmaq üzrədir. Belə ki,
Mehriban xanımın təşəbbüsü ilə
Gəncə şəhərində
Resurs Mərkəzi açıldı. Müasir standartlara
cavab verən bu mərkəzdə gözdən əlillərin
informasiya texnologiyalarından
istifadəsi üçün
şərait yaradılmışdır.
Onun ardınca Naxçıvan
şəhərində də
belə bir mərkəz fəaliyyətə
başladı. Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə Yevlax şəhərində də
“Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi” layihəsi çərçivəsində
Resurs Mərkəzi yaradıldı. Şəhərin
Heydər Əliyev prospektində inşa edilən mərkəzin üçmərtəbəli binasında
beş sinif,
bir tədris, bir audio-studiya otağı, kitabxana və digər yardımçı otaqlar
vardır. Artıq xaricdən gətirilən
avadanlığın quraşdırıldığı
model İKT sinifləri yaradılıb,
kitabxana və təlim mərkəzləri
fəaliyyətə başlayıb.
Bununla da kor və
görmə qabiliyyəti
zəif olan uşaqların Brayl şriftli kitablardan istifadə imkanlarının
genişləndirilməsi istiqamətində
ciddi addım atılıb. Bundan əlavə,
gözdən əlil insanlar üçün
audio kitabxana və tələb olunan bütün növ ədəbiyyatın audio formatda
hazırlanması işi
həyata keçirilib.
Burada kompyuter mərkəzi də istifadəyə verilib. Kor və görmə
qabiliyyəti zəif olan insanlar üçün
təlim keçəcək
müəllimlərin hazırlanması
işi aparılıb,
kompyuterlər üçün
“Virqo” xüsusi proqram təminatı Azərbaycan dilinə tərcümə edilərək
lokallaşdırılıb.
Heydər Əliyev Fondu tərəfindən cəmiyyətə
hədiyyə edilən
“Mini informasiya laboratoriyası”
əlil vətəndaşlara
göstərilən qayğının
bariz nümunəsidir. “Mini informasiya
laboratoriyası”na xüsusi kompyuter masası, kompyuter dəsti, gözdən əlil şəxslərə
müxtəlif informasiyaları
əldə etmək və ötürmək imkanı yaradan proqram sistemi daxildir.
Gözdən Əlillər Cəmiyyətinə
təqdim olunan Jawes For Windows səsli proqram paketi, Pearl kamera-skaner, səsli kitab oxuma maşını,
Brayl yazısı üçün qalın kağızları dəftər
formasında tikən böyük stepler vasitəsilə dərslikdən
istifadə etmək, səsli proqram vasitəsilə isə müxtəlif informasiyaları
oxumaq mümkündür.
Heydər Əliyev Fondunun
gözdən əlil insanlara qayğısı ildən ilə artır. Cəmiyyətimizin üzvləri bu
qayğıdan kifayət
qədər yararlanır,
indi onlar cəmiyyətə inteqrasiya
üçün böyük
imkanlar əldə etmişlər. Bütün bunlar
Mehriban xanım Əliyevanın əlil insanlara necə böyük qayğı göstərdiyinin canlı
nümunəsidir.
Səmyar ABDULLAYEV,
Azərbaycan Gözdən Əlillər
Cəmiyyətinin prezidenti
Xalq qəzeti.- 2014.-
18 may.- S. 6.