Amerika Birləşmiş
Ştatlarının Xarici Hesablar
üzrə Vergi Əməletməsi
Aktı (FATCA) ilə bağlı razılıq əldə edilmişdir
Qısa olaraq FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu ildə qəbul edilmiş və 1 yanvar 2013-cü ildən qüvvəyə minmişdir. Bu akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları, habelə xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.
FATCA-ya əsasən, ABŞ vergi ödəyiciləri hesab olunan şəxslər xarici hesabları və digər maliyyə aktivləri barədə məlumatları ABŞ vergi bəyannaməsi ilə birlikdə İRS-ə təqdim etməlidir. Banklar da daxil olmaqla, xarici maliyyə institutları isə ABŞ Daxili Gəlirlər İdarəsinə (İRS) onlarda hesab açmış ABŞ vergi mükəlləfləri barədə məlumatları, o cümlədən, onların adları, vergi identifikasiya nömrələri, ünvanları, hesab qalıqları, hesaba daxil olan və hesabdan çıxan ödənişlər barədə məlumatları verməlidirlər. İstənilən dövlətin qanunun tələblərinə əməl etməyən, yəni İRS-lə əməkdaşlıq etməyən maliyyə institutlarını 2014-cü ilin 1 iyul tarixindən başlayaraq ciddi sanksiyalar gözləyir və onlara ABŞ-dakı və FATCA-ya əməl etmək öhdəliyini qəbul etmiş digər dövlətlərdəki maliyyə institutlarında olan müxbir hesablar vasitəsilə edilən ödənişlərdən müxbir hesabın yerləşdiyi maliyyə institutu tərəfindən ödəmə mənbəyində 30 faiz vergi tutularaq İRS-ə köçürülməlidir.
Məlum olduğu kimi, bütün dünyada ABŞ dolları ilə reallaşdırılan ödənişlərin böyük əksəriyyəti ABŞ-da yerləşən banklardakı müxbir hesablar vasitəsilə həyata keçirildiyindən ABŞ-ın əməkdaşlıq etməyən istənilən xarici maliyyə institutuna qarşı qanunda nəzərdə tutulmuş cəza tədbirlərini tətbiq etmək üçün real imkanları vardır.
FATCA qəbul edildikdən sonra bir çox dövlətlərin daxili qanunvericiliklərinin həmin dövlətin banklarına və digər maliyyə institutlarına məlumatları xarici dövlətdə qəbul edilmiş qanun əsasında həmin dövlətə ötürməyə imkan vermədiyindən ABŞ Xəzinədarlıq Departamenti və İRS FATCA-nın tətbiqi üçün digər dövlətlərlə hökumətlərarası sazişlərin bağlanması yolu ilə məlumatların alınması variantı da qəbul edilmiş və təklif olunan hökumətlərarası sazişin iki modeli hazırlanmışdır.
1-ci model məlumatların
maliyyə institutları tərəfindən İRS-ə deyil, öz dövlətlərinin
səlahiyyətli orqanına, həmin orqan
tərəfindən isə İRS-ə ötürülməsini
nəzərdə tutur. Bu modelin
isə “Model 1A” və
“Model 1B” adlanan iki forması vardır. “1A Modeli”nə uyğun bağlanmış sazişlərə
əsasən, ABŞ və
digər dövlət
arasında qarşılıqlı
məlumat mübadiləsi
həyata keçirilir,
yəni ABŞ tərəfi
də eyni qaydada digər dövlətin vergi ödəyicilərinin ABŞ maliyyə
institutlarında olan hesabları barədə məlumatları həmin dövlətin səlahiyyətli
orqanına təqdim edir. “1B Modeli” əsasında bağlanmış
sazişlərə əsasən
isə məlumatlar yalnız həmin dövlət tərəfindən
ABŞ-a ötürülür.
Hökumətlərarası Sazişin “2-ci Modeli” məlumatların maliyyə
institutlarının özləri
tərəfindən İRS-in elektron portalında qeydiyyatdan keçməklə
birbaşa İRS-ə təqdim
edilməsini nəzərdə
tutur.
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 22 aprel
2014-cü il tarixli
103s nömrəli sərəncamı
ilə FATCA-nın tətbiqi məqsədi ilə Amerika Birləşmiş Ştatlarının
Hökuməti ilə
Azərbaycan Respublikası
hökuməti arasında
FATCA tələblərinin həyata
keçirilməsi barədə
hökumətlərarası sazişin bağlanması
məqbul hesab edilmişdir. Qeyd edilən sərəncamla bağlanması nəzərdə
tutulan hökumətlərarası
sazişin nümunəsi
kimi mümkün olan ən əlverişli
model, yəni dövlətlər
arasında qarşılıqlı
məlumat mübadiləsini
nəzərdə tutan
“1A Modeli”, məlumat mübadiləsinin aparılması
məqsədi ilə səlahiyyətli orqan qismində isə Azərbaycan Respublikasının
Vergilər Nazirliyi müəyyən edilmişdir.
Hökumətlərarası saziş layihəsinin mətninin razılaşdırılması məqsədi ilə Nazirlər Kabinetinin eyni sərəncamı ilə komissiya yaradılmışdır və hökumətlərarası
saziş layihəsinin
ilkin mətni üzrə diplomatik kanallar vasitəsilə
ABŞ tərəfi ilə
aparılmış müzakirələr
nəticəsində layihə
üzrə mövcud modellərdən ən üstünü olan “1A Modeli” əsasında ümumilikdə razılıq
əldə edilərək,
16 may 2014-cü il tarixdə
Azərbaycan Respublikası
tərəfdaşlıq edən
ölkələr siyahısına
daxil edilmişdir
(http://www.treasury.gov/resource-center/tax-policy/treaties/pages/fatca-archive.aspx
ttp://).
Azərbaycan Respublikasının tərəfdaşlıq
edən ölkələr
siyahısına daxil edilməsi nəticəsində
Azərbaycanın maliyyə
institutları üçün
İRS-in portalında qeydiyyatdan
keçməyin son müddəti
5 may 2014-cü ildən 31 dekabr
2014-cü ilə qədər
uzadılmışdır. Bundan əlavə,
Azərbaycan maliyyə
institutlarının iyulun
1-dən başlayaraq tətbiq
ediləcək sanksiyaların
təsiri altına düşməyəcəyi birmənalı
olaraq təmin edilmişdir.
Ümumilikdə mahiyyəti üzrə
razılıq əldə
edilmiş hökumətlərarası
sazişin yekun mətninin hazırlanması,
onun imzalanması ilə bağlı dövlətdaxili prosedurların
həyata keçirilməsi
və 2014-cü il
31 dekabradək imzalanması
təmin edildikdən sonra tərəflərin səlahiyyətli orqanları
arasında məlumat mübadiləsinin praktiki təşkilinin formatı,
konfidensiallığın qorunması
və digər məsələləri tənzimləyən
əlavə razılaşma
bağlanacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 22 may.- S. 3.