Kitab bayramı, gənclərin toplantısı

 

Balakən xəbərləri

 

Heydər Əliyev Mərkəzində keçirilən yeddinci kitab bayramında təşkil olunmuş sərgidə dünya ədəbiyyatı nümunələri, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə nəfis şəkildə çap olunmuş kitablar nümayiş olunurdu.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, eləcə də rayonda qədim əşyaların toplanması ilə məşğul olan Arif Şabanovun gətirdiyi XVI əsrə aid  kitablar tədbir iştirakçılarında çox böyük maraq oyatdı. Kitab sərgisinin ortasında səliqə ilə düzülmüş qədim sənət əsərləri isə tədbirə xüsusi gözəllik verirdi.

Həmin gün həm də balakənli yazar Xutra Ramazanın “Əbədidir, gözəldir istiqlalımız” kitabının da təqdimat mərasimi keçirildi.

Sərgi ilə tanış olan rayon icra hakimiyyətinin başçısı İslam Rzayev əvvəlcə buraya toplaşanları bayram münasibətilə təbrik etdi. O bildirdi ki, kitab sahilsiz dəniz, biliklər ümmandır. Bu tədbirdə çox kitabsevərlər iştirak edirlər. Kitab ən zəngin xəzinədir. Kitabla ünsiyyətdə olan hər kəs həyatda öz düzgün yolunu tapır. Bu yolda hər birinizə uğurlar diləyirəm.

Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyə Seyidova və başqaları çıxış edərək bu gün rayonda 7-ci dəfə kitab bayramının keçirildiyini qeyd etdilər.

Sonra rayon icra hakimiyyəti tərəfindən 4 nəfərə – ən zəngin kitabxanası olan veteran Fuad Səlimova, ən qədim kitab növlərinin kolleksiyası ilə məşğul olan Arif Şabanova, ən fəal qocaman oxucu Səadət Xəlilovaya, Azad Jurnalistlər Birliyinin üzvü Zümrüd Dibirovayaşair Xutra Ramazana qiymətli hədiyyə təqdim olundu.

 

* * *

 

Rayondakı Gənclər evində isə Azərbaycan Gənclərinin VII Forumu ilə əlaqədar toplantı keçirildi. Toplantıda Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rüstəm Abdullayev, rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, fəal gənclər və müxtəlif müsabiqələrin iştirakçıları, idmançılar iştirak etdilər.

Sonra ötən forumdan keçən dövr ərzində görülmüş işlərə dair məruzə və gənclərin çıxışları dinlənildi. Bildirildi ki, bu gün Balakən gəncləri, sözün həqiqi mənasında, doğma yurdlarının adını uca tutur, müxtəlif müsabiqələrdə, idman yarışlarında ən yüksək nəticələr əldə edirlər. Elə bu günlərdə ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş 12 dövlətin təmsil olunduğu turnirdə Balakən boksçusu Ramazan Abdullayev birinci mükafatın sahibi olub. İqbal Hacızadə ilə idmanın sərbəst güləş növü üzrə Bolqarıstanda keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplantıda rayonda gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən, respublika və beynəlxalq səviyyəli müsabiqələrdə qalib olmuş  gənclər qiymətli hədiyyələrlə təltif olundular.

Sonda Azərbaycan Gənclərinin  VII Forumuna nümayəndələr seçildirespublika Prezidentinə müraciət qəbul edildi.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 22 may.- S. 7.