Heydər Əliyev Mərkəzində
məşhur fransız fotoqrafı
Anri Kartye-Bressonun fərdi sərgisi
açılmışdır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva sərgi ilə tanış olmuşdur
Mayın 26-da Heydər Əliyev Mərkəzində XX əsrin görkəmli fransız fotoqrafı Anri Kartye-Bressonun “Paris” adlı fərdi sərgisi açılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olmuşdur.
Sərginin
açılış mərasimində “Magnum
photos” agentliyinin direktoru Klemen Sakkomani Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya, Fondun vitse-prezidenti
Leyla Əliyevaya və Arzu
Əliyevaya minnətdarlığını bildirmiş,
bu sərginin nadir
memarlıq nümunəsi olan Heydər
Əliyev Mərkəzində təşkilindən şərəf
duyduğunu söyləmişdir.
Bildirilmişdir ki, Anri
Kartye-Bresson 1908-ci ildə Fransanın Şantelup şəhərində doğulmuşdur. Onu
fotojurnalistikanın sütunu
adlandırırlar. Məşhur fotoqraf rəssamlıqla
da məşğul olmuşdur.
O, fotoqrafiyada zamanın və “həlledici
an”ın roluna böyük
əhəmiyyət vermişdir.
“Magnum photos” agentliyinin yaradıcılarından olan Anri Kartye-Bresson
sadə insanlarla yanaşı, XX əsrin ən
mühüm hadisələrini və bir çox məşhurların
- İren və Frederik
Jolio-Kürilər, Anri Matiss,
Alber Kamyu, Pol Valeri, Vilyam
Folkner, Trimen Kapote, Xoan Miro,
Merilin Manro, Koko Şanel, Jan Pol Sartr
və digərlərinin fotolarını lentə almışdır.
Fotoqraf deyirdi ki,
planlaşdırılmış və ya səhnələşdirilmiş
fotoqrafiyanın mənə heç bir aidiyyəti yoxdur.
“Əgər hər hansı bir qərar
verirəmsə, bu, yalnız daxili psixoloji sifarişdir. Əvvəlcədən
razılaşdırılmış və ya
təşkil olunmuş fotolar
da olur”, - deyən Anri Kartye-Bresson onu da
bildirirdi ki, fotoaparat mənim üçün
qeyd dəftərçəsi, intuisiya, alət, anın sahibi
- vizual baxımdan eyni
vaxtda sual qoyan və qərar verəndir. Fotoqraf
əmin idi ki,
dünyanı ifadə etmək üçün
obyektiv vasitəsilə görünən kadrlara aludə olmaq
lazımdır. Bu, konsentrasiya,
ağıl və həssaslıq, eləcə də geometrik duyğu tələb
edir.
Anri
Kartye-Bresson 2004-cü ildə
vəfat etmişdir. Hazırda onun əsərləri dünyanın bir çox muzeylərinin kolleksiyalarında saxlanılır.
“Magnum photos” agentliyinin
direktoru Klemen Sakkomani vurğulamışdır
ki, sərgi Parisin son 70 illik tarixinə səyahətdir. Burada nümayiş olunan əsərləri izləyənlər
sanki Fransanın paytaxtına gəzintiyə
çıxacaqlar. Sərgi
həm də Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyini nümayiş
etdirir.
Klemen Sakkomani
fotoqrafın 40 il bundan əvvəl Azərbaycan ilə daha yaxından
tanış olmaq məqsədilə ölkəmizə
gəldiyini, bu ecazkar məkanı fotoaparatı vasitəsilə
yaddaşında saxladığını
söyləmişdir. Diqqətə çatdırmışdır ki,
bu gün bizim Azərbaycanda olmağımız Anri Kartye-Bressonun iradəsindən
irəli gəlir.
Həmçinin agentlik “YARAT!” Müasir İncəsənət Məkanının
gənc fotoqrafları
ilə birgə işləmək niyyətindədir.
Bundan əlavə, agentlik 2015-ci
ildə Bakıda keçiriləcək ilk Avropa
Oyunlarına hazırlıq
işlərini fotoşəkillər
vasitəsilə dünyaya
çatdırmaq arzusundadır.
Sonra
mərasim iştirakçıları
sərgiyə baxmışlar. Sərgidə müəllifin müxtəlif
illərdə və fərqli mövzularda
lentə aldığı 80-dən çox
əsəri nümayiş olunur.
Bu əsərlər müəllifin daim mövzuya və öz yaradıcılığına yüksək
hörmət hissi ilə
yanaşdığını bir daha təsdiqləyir.
Sərgidə “Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani Anri Kartye-Bressonun fotoalbomunu Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevaya təqdim etmişdir.
Sərgi iyulun 27-dək davam edəcəkdir.
AzərTAc
Xalq
qəzeti.- 2014.- 27 may.- S.6.