Biomüxtəlifliyin qorunub
saxlanılması ciddi problemə çevrilib
İnsanların təbiətə müdaxiləsi nəticəsində
bir çox fauna və flora növləri məhv olub
XX əsrin ortalarından
başlayaraq, insanların
təbiətə müdaxiləsi
nəticəsində bir
çox fauna və
flora növləri məhv
olub və ya onların sayı kəskin surətdə azalıb. Belə ki,
son 400 ildə insanların
canlı təbiətə
zorakı münasibəti
nəticəsində 150-dən çox vəhşi heyvan və quşların nəsli tamamilə kəsilib.
Günümüzdə isə 600-dən artıq heyvan növünün nəslinin
tamamilə kəsilməsi
təhlükəsi var. İnsanın
təbiətə kobud
müdaxiləsi nəticəsində
çoxlu sayda qiymətli bitki növləri bərpa edilməsi mümkün olmayan şəkildə məhv edilib. Nəzərə alaq ki, bu bitki
növlərinin arasında
hətta bəşəriyyət
üçün fəlakətə
çevrilən bir sıra qorxulu xəstəliklərin, o cümlədən
xərçəng, şəkər,
astma, "Hepatit-B"nin təbii yolla müalicəsinə imkan verən dərman bitkiləri də olub. Ona görə
də hazırda dünyada 20 minə yaxın bitki növünün yığılması
qadağan edilib.
Azərbaycan dünyada zəngin
fauna və floraya malik olan ölkələrdən
biri olmasına, burada faunanın 18 min növünün qeydə
alınmasına, məməlilərin
97, quşların 357, balıqların
100-ə yaxın, amfibiya
və reptiliyaların
67 növ və yarımnövünü, həşəratların
isə 15 minə yaxın növünü özündə cəmləməsinə
baxmayaraq, biomüxtəlifliyin
qorunub saxlanılması
ilə bağlı problemlər ölkədən
də yan keçməyib. Ekoloq Zakir Əliyev deyir ki, Azərbaycanın
əsas ekoloji problemləri sırasında
biomüxtəlifliyin seyrəkləşməsi,
meşə ehtiyatlarının,
xüsusən də faunanın azalması mühüm yer tutur: "Bu isə, öz növbəsində,
biomüxtəlifliyin qorunub
saxlanılmasını qaçılmaz
zərurətlərdən birinə
çevirib".
Yeri gəlmişkən,
Azərbaycan 2000-ci ildə
BMT-nin "Bioloji müxtəliflik haqqında"
konvensiyasına qoşulub.
2001-ci il dekabrın
21-də isə bitkilərin,
heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının yox olması təhlükəsinin
qarşısını almaq
üçün kompleks
tədbirlərin həyata
keçirilməsini təmin
etmək məqsədilə
bioloji müxtəlifliyin
genetik ehtiyatları üzrə Dövlət Komissiyası təsis olunub. Azərbaycanın işğıl altında
qalan ərazisindəki
251 min hektar meşə
sahəsi, o cümlədən
Zəngilan rayonundakı
Bəsitçay və
Laçın rayonundakı
Qarabağ dövlət
qoruqları, həmçinin
dörd təbiət yasaqlığı, digər
çoxsaylı təbiət
abidələri vəhşicəsinə
məhv edilməkdədir.
Həmçinin erməni işğalı
altında olan ərazilərimizdə adları
Qırmızı Kitaba
düşən (ağquyruq
dəniz qartalının,
böyük qartalın,
məzar qartalının,
qara kərkəsin, Qafqaz tetrası və digərlərinin) və düşməyən
100-dən artıq quş
növlərinin nəslinin
tamamilə kəsilməsi
təhlükəsi qalmaqdadır. Təsadüfi deyil ki, Beynəlxalq
Təbiəti Mühafizə
İttifaqının Qırmızı
Siyahısına daxil edilmiş fauna növləri
ümumi şəkildə
bu təbii vilayətdə məskunlaşan
heyvanların 25-30 faizini
təşkil edir.
Amerikalı alimlər apardıqların
araşdırmalar nəticəsində
belə bir nəticəyə gəliblər
ki, növbəti 30-40
il ərzində
dünyada mövcud canlı növlərinin
15 faizi təmamilə
məhv olacaq. Azərbaycan Milli Elmlər Akademiyasının
Zoologiya instititunun direktor müavini Zakir Məmmədovun fikrincə, bu sahədə Azərbaycan üçün təhlükə
yoxdur: "Bizdə
nadir heyvanlar var. Eləsi
də var ki, vaxtilə olub, indi o heyvanlar
yoxdur. Məsələn, ceyran, cüyür,
maral nəsli kəsilməkdə olan heyvanlardır. Ceyran ancaq
Şirvan qoruğunda qalmaqdadır. Yaşılbaş ördək Xəzərin
sahilində var. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-də olur. Onurğalı heyvanlardan pələngin,
ayının nəsli
kəsilməkdədir. Elə həşəratlar var ki, onların da, məsələn, Xəzər parandasının
nəsli kəsilməkdədir".
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
Bioloji Müxtəlifliyin
Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı
Departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə
görə, Azərbaycanda
2002-ci ilin əvvəllərində
xüsusi müdafiə
olunan ərazilər
475 min hektar idisə, bu gün bu,
təqribən 2 dəfə
artaraq 890 min hektara çatıb: "Bu rəqəm
ölkə ərazisinin
10,2 faizini təşkil
edir. Bunlar əsasən nadir və nəsli kəsilməkdə olan
fauna və flora növlərinin
yerləşdiyi ərazilərdir.
Həmin
ərazilər xüsusi
olaraq müdafiə edilir. Bu günə kimi 8 milli park, 11 təbiət qoruğu və 24 təbiət yasaqlığı yaradılıb,
xüsusi mühafizə
olunur".
Ekologiya
və Təbii Srvətlər Hazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı
Departamentinin direktor müavini Hikmət Əlizadənin dediyinə
görə, bu günə kimi 8 milli park, 11 təbiət qoruğu, 24 təbiət yasaqlığı yaradılıb
xüsusi mühafizə
olunur. Heyvanların qorunması ilə bağlı aparılan işlər arasında vəhşi heyvanların istirahət mərkəzlərindən
yığılıb təbiətə
buraxılması da var: "Qanunsuz tutulmuş heyvanlar yığıldıqdan sonra
Altıağac Milli parkının nəzdində
"Vəhşi heyvanların
reabilitasiyası və
bərpası" Mərkəzində
reabilitasiya edilir və yenidən təbiətə buraxılır.
Eyni zamanda, burada nadir və nəsli kəsilməkdə olan heyvanların çoxaldılması
işləri də həyata keçirilir.
Bütün görülən işlər
öz növbəsində nadir və nəsli kəsilməkdə
olan heyvanların qorunması və artırılması
üçündür.
Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda
da artıq uzun onilliklərdən bəri geniş tətdiqatlar
aparılır. Sərbəst yaşayan və heyvanlarda
parazitlik edən 1500 ibtidai növ öyrənilib.
İnsanlarda, heyvanlarda və bitkilərdə parazitlik edən
1600 növdən çox helmit, 1930 növdə
buğumayaqlı, 20 mindən çox həşərat, 101
növdə və formada balıq, 10 növ suda-quruda
yaşayan, 54 növ sürünən, 365 növ quş, 97
növ məməli heyvan elmi araşdırmalarla müəyyən
edilib. Azərbaycan zooloqları 109 nadir və nəsli
kəsilməkdə olan heyvan növünü aşkar və
tədqiq edib ki, onların hamısı "Qırmızı
kitab"a salınıb.
Dünyada ilk dəfə müxtəlif sistematik qruplara
aid elm üçün yeni 466 növ təsvir edilib. Zooloqların
bu araşdırmaların sonucunda "Azərbaycan heyvanlar aləmi"
3 cildlik kitabı nəşr olunub, Azərbaycan
faunasını tam olaraq özündə əks etdirən,
informasiya bankı yaradılır. Bitki zərərvericilərinin
təbii düşməni olan 2500 yırtıcı və
parazit həşəratlar tapılıb və bioloji
mübarizə üçün kütləvi
çoxaldılıb. Bu, iqtisadiyyatın
inkişafı ilə yanaşı çevrənin
qorunması baxımından da önəm daşıyır.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri
Telman Zeynalovun sözlərinə görə, Azərbaycan
SSRİ-nin tərkibində olduğu zaman respublikanın təbiətinə
çox ağır zərbələr vurulmuşdu. Azərbaycan müstəqilliyini
əldə etdikdən sonra isə müəyyən işlər
görülüb: "Son illərdə Ekologiya və Təbii
Sərvətlər Nazirliyi 11 min hektara yaxın meşə
zolağı salıb. Bu da biomüxtəlifliyin
qorunmasında görülən mühüm işlərdəndir.
Bunun nəticəsidir ki, Ümumdünya
Ətraf Mühitin Müdafiəsi Cəmiyyəti 6 il ərzində
biomüxtəlifliyin bərpasına və qorunmasına
görə birinci yeri Azərbaycan və Estoniyaya verib".
Telman
Zeynalov, meşə zolaqlarında evlərin tikilməsini,
istirahət obyektlərinin salınmasını mənfi
qarşılayır: "İnsanlar meşə zolaqlarında
özbaşına və qanunsuz olaraq ev və istirahət
obyektləri tikirlər. Buna rayon İcra Hakimiyyəti
başçıları qanunsuz icazə verirlər. Nəticə məlumdur - o ərazilərə
yaxın yaşayan əhali zərər çəkir;
yaşayış arealı daralan canavar, tülkü,
çaqqal kimi yırtıcılar insanların
saxladığı ev heyvanlarına hücum edir".
Telman
Zeynalov deyir ki, sadalanan problemlərin həllində vətəndaş
cəmiyyəti də öncül olmalıdır: "Hər
şeyi dövlətdən gözləmək olmaz. Təbiəti cəmiyyət özü qorumaqda
maraqlı olmalıdır. İnsanlar
yaşadıqları ərazilərdə təbiətin
qorunmasında fəal olsalar, heç bir icra
başçısı meşə zolaqlarını sata bilməz".
Son zamanlar Azərbaycanda ovçuluq turizmi də geniş
yayılmaqdadır. Belə ki, yerli ovçularla yanaşı, hər il çoxlu sayda xarici ölkə vətəndaşı
ov etmək üçün ölkəyə gəlir. Bu isə daha çox heyvanın ovlanması deməkdir.
Azərbaycan Ovçular və Balıqtutanlar Cəmiyyətinin
sədri Füzuli Əşrəfovun fikrincə,
ovçuların sayının çoxalması nəsli kəsilməkdə
olan heyvanlar üçün heç bir təhlükə
yaratmır: "Çünki ovçular ancaq ovlanmasına
icazə verilən heyvanları ovlayırlar. O heyvanların da əksəriyyəti
quş növüdür ki, bunlara qaz, ördək,
qaşqaldaq və digər quşlar aiddir. Lakin 2006-cı ildən
bu yana ölkəmizdə quş ovuna
qadağa qoyulub. Bununla belə ovçular
lisenziya əsasında ancaq ovuna icazə verilən heyvan
növlərini ovlayırlar. Çünki
ovu qadağan edilən heyvanları nəinki ovlamaq, hətta
onlara güllə atmaq belə cinayətdir".
Bununla belə
cəmiyyət sədri qanuna tabe olmayan və qanunsuz
ovçuluqla məşğul olan brakonyerlərin olduğunu
da sözlərinə əlavə edir: "Yəni, ovçu
dilində desək, belələrinə ovçu demək
olmaz. Biz ovçu olan vətəndaşları
təlimatlandırırıq ki, onlar ov barədə məlumatlansınlar.
Ovçu olan şəxs ovlanması qadağan
olunmuş heyvana güllə atmaz".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
verilən məlumata görə, həmin ərazilər
üçün nəzərdə tutulmuş qaydalara əməl
etməyənlərə qarşı müvafiq inzibati tədbirlər
görülməklə yanaşı, onların adı
"Qara siyahı"ya salınır. Bununla da həmin
şəxslərin xüsusi mühafizə altında olan ərazilərə
giriş-çıxışı müvəqqəti məhdudlaşdırılır.
Bununla belə əməllərinin qanundan irəli
gələn qaydalara zidd olduğunu səmimi etiraf edib başa
düşən, təlimatlara və daxili davranış
qaydalarına əməl etməyə öhdəlik
götürən hər kəs siyahıdan
çıxarıla bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə
olunan təbiət ərazilərinin inkişafı
departamentinin direktor müavini Hikmət Əlizadənin
sözlərinə görə, qanunvericilikdə heyvandan
asılı olaraq brakonyerlərə qarşı tətbiq
olunan cərimələr şərti maliyyə vahidinin misli ilə
müəyyən edilib.
Misal
üçün, adı "Qırmızı kitab"a
düşmüş bir bəbirin ovlanmasına görə
şərti maliyyə vahidinin 3 min misli (təxminən 3 min
manat), ceyran ovuna görə 500 misli, vaşaqın
ovlanmasına görə 2 min misli, zolaqlı kaftarın
ovlanmasına görə min misli, quşlardan qızıl
qazın (flaminqo), eləcə də bir sıra qartal növlərinin
ovlanmasına görə 500 misli, turac ovuna görə isə
şərti maliyyə vahidinin 300 misli məbləğində
cərimə tətbiq olunur: "Lakin əgər qanunsuz ov
qoruq ərazisində aparılarsa, cərimələr 2-3 qat
artıq məbləğlə hesablanır. Bundan
əlavə qanunsuz ovla məşğul olan şəxsə
qarşı İnzibati Xətalar Məcəlləsinə
görə müvafiq sanksiyalar, o cümlədən müəyyən
müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq
edilə bilər".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 27 may.- S.13.